Icma.az
close
up
RU
Dünyanın gələcəyinə miras kimi ötürülən tarixi dəyər: Azərbaycan və Türkiyə qardaşlığı

Dünyanın gələcəyinə miras kimi ötürülən tarixi dəyər: Azərbaycan və Türkiyə qardaşlığı

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Türkün türkdən başqa dostu yoxdur”... Bu ifadəni tez-tez eşidirik. Etiraf edək ki, məsələnin dərinliyinə varanda, bu ifadənin reallıq olduğunu da görürük. “Türkün türkdən başqa dostu yoxdur” ifadəsi, Türk millətinə düşmənçilik edənlərə qarşı birlik, həmrəylik naminə istifadə edilmişdir.

Türkiyə ilə Azərbaycan arasında münasibətlər həmişə qardaşlıq münasibətləri çərçivəsində olub. 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin qurulması və Osmanlı İmperiyasının Azərbaycanda dəstəyi dövründə baş verən proseslər bunu sübut edir. 1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulduqdan sonra Türkiyə-Azərbaycan əlaqələri eyni səviyyədə davam etdi.

Tarixə nəzər saldığımız zaman Cümhuriyyətin qurulması uğrunda mübarizədə Azərbaycanın Türkiyəyə verdiyi dəstəyi çox önəmli hesab etmək olar. Liderlər dəyişsə də, tarix boyu iki ölkə liderləri arasında hər söhbət Türkiyə ilə Azərbaycanın qardaş olması ilə bağlı olub. Bu münasibətlərin kuliminasiya nöqtəsi, İkinci Qarabağ savaşında əldə edilən qələbədir.

Bu gün ən önəmli, məsələ Türkiyə və Azərbaycanın bölgədəki effektivliyini artıracaq Zəngəzur dəhlizinin açılmasıdır. Çünki Zəngəzur dəhlizinin açılması Türkiyə və Azərbaycan arasında sosial-iqtisadi əlaqələri 2-3 dəfə gücləndirəcək. Türkiyə ilə Azərbaycan arasında olan vəhdət müəyyən mənada ekzistensialdır. Yəni iki fərqli coğrafiyada bir cismin mövcudluğuna əsaslanır. İki fərqli coğrafiyada olan bu cisim eyni millətdən, dindən, tarixdən, məqsəddən, dildən və iqtisadi gücdəndirlər. Maraqlısı budur ki, iki ölkənin düşməni də eynidir. Yəni əhəmiyyətli ortaq düşmən Ermənistandır və hər iki ölkə bu ortaq düşmənə qarşı birgə hərəkət edir. Türkiyə və Azərbaycan üçün hadisələrin bu gedişatı dünya və regional cəmiyyətlərin gələcəkdə də sülh, təhlükəsizlik və firavanlıq içində yaşamasını təmin edəcək ən mühüm məsələdir.

Türkiyə ilə Azərbaycan arasında hərbi əlaqələr

Qara dənizdən Xəzərə qədər uzanan coğrafiyada yeraltı və yerüstü sərvətlərin mövcudluğu həmişə güclü dövlətlərin diqqətini cəlb edib. Bu baxımdan regionda suverenliyin bərqərar olması uğrunda mübarizə aparılıb və burada yaşayan insanlar çətin şəraitdə belə işğal altında yaşamaqdan imtina edərək, sülh və müharibə dövründə hərbi ittifaqlar yaradaraq təhlükəsizliyin təmin edilməsinə hər zaman səy göstərmişlər.

Dost və müttəfiq olan Azərbaycan və Türkiyə tarix boyu bir-birinə dəstək olmuş, çətin anlarda belə hərbi yardım göstərmişlər. Türkiyə ilə Azərbaycan arasında 1992-ci il avqustun 11-də “Hərbi təlim sahəsində əməkdaşlıq müqaviləsi” imzalanıb. Bu müqavilənin nəticəsi olaraq 1994-cü ildən etibarən Azərbaycan hərbi qulluqçuları Jandarma Baş Komandanlığına tabe olan təlim müəssisələrində hazırlanmağa başlayıb.

1994-cü il oktyabrın 4-də Azərbaycan və Türkiyə respublikalarının Daxili İşlər nazirlikləri arasında “Təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi” imzalanıb. 1996-cı il iyunun 10-da iki ölkə arasında “Hərbi təhsil, texniki və elmi əməkdaşlıq haqqında Saziş” imzalanıb. Maraqlıdır ki, 1999-cu ildən başlayaraq ikitərəfli hərbi əlaqələrdə Türkiyənin Azərbaycana qeyd-şərtsiz yardımı ilə bağlı çoxsaylı protokollar və sazişlər imzalanıb.

2000-ci ildə Türkiyənin Azərbaycana 2 ədəd TCG AB-34 (P-134) tipli hərbi hücum katerinin verilməsi ilə bağlı protokol imzalanmış və bu katerlər qısa müddətdə Azərbaycana gətirilmişdir.

İki dövlət arasında hərbi əlaqələr nəticəsində “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qeyd-şərtsiz hərbi yardım haqqında Saziş” və “Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Baş Qərargahı arasında Maliyyə Yardımı Protokolu” imzalanmışdır. İmzalanan protokol və sazişdə Türkiyənin Azərbaycan Silahlı Qüvvələrinə 3 milyon dollar töhfə verəcəyi qeyd edilib.

Son bir neçə ildə əlaqələrə müdafiə sənayesinin əlavə edilməsi və hərbi önəmi də daşıyan Strateji Əməkdaşlıq Müqaviləsi imzalanması Türkiyə-Azərbaycan hərbi əlaqələrindəki çatışmazlıqların aradan qaldırılmasında faydalı olub. 2011-ci il martın 26-da Türkiyənin Azərbaycanı müasir piyada tüfəngi layihəsində iştiraka dəvət etdiyi, martın 29-da Azərbaycanın Türkiyənin HAVELSAN şirkətindən hərbi gəmilər üçün idarəetmə sistemi aldığı, martın 30-da hərbi gəmilərin satın alınması planlarının aparıldığı bildirilib. 2010-cu ildə Türkiyənin Müdafiə Sənayesi 119 sektorundan iki şirkət (Roketsan və Otokar) Azərbaycana orta hesabla 270 milyon dollar ixrac edib.

1992-ci ildən Ermənistanın işğalı altında olan Qarabağda müharibə 27 sentyabr 2020-ci ildə başlayıb. 10 noyabr 2020-ci ildə Türkiyənin dəstəyilə Azərbaycan Ermənistana qarşı qələbəsini elan edib və atəşkəs imzalanıb.

“Şuşa Bəyannaməsi”

16 iyun 2021-ci il... İki ölkə arasında bəlkə də bu günə qədər imzalanan ən əhəmiyyətli sənəd “Şuşa Bəyannaməsi”... Bilirik ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla Azərbaycan prezident İlham Əliyevin dostluğu, qardaşlığı möhkəmdir, əbədidir. Bu dostluğu heç bir qüvvə, güc poza bilməz. “Şuşa Bəyannaməsi” bu dostluqdan, bu qardaşlıqdan yaranan iki ölkə liderinin şah əsəridir. Azərbaycan prezidenti İlham Əliyev “Şuşa Bəyannaməsi”nin önəmindən danışarkən qeyd etmişdi ki, “Türkiyənin dəstəyi olmasaydı, müdaxilə etmək istəyən çox olardı”. Belə olan halda “Şuşa Bəyannaməsi” hər iki dövlətə bir-birini hərbi cəhətdən dəstəkləmək öhdəliyini verir. Azərbaycan müstəqillik tarixində bəlkə də bu gün olduğu kimi Türkiyə ilə qardaşlıq münasibətində olmayıb. İlham Əliyevin uzaqgörən siyasəti bu münasibətin inkişafında təməl rol oynayıb.

Etiraf etməliyik ki, “Şuşa Bəyannaməsi” Azərbaycan üçün çox əhəmiyyətli və güclü bir sənəddir. Bəyannaməyə görə, Azərbaycan üçün təhlükə yarandığı zaman Türkiyə, Türkiyə üçün təhlükə yarandığı zaman Azərbaycan vəziyyətə müdaxilə edə bilər. “Şuşa Bəyannaməsi”nin əsas məğzi budur.

Bəyannamədə fəxarət hissi ilə Türkiyənin 44 günlük Vətən müaribəsində rolunun danılmaz olduğu qeyd edilir. Eyni zamanda Azərbaycan ordusunun Türkiyə ordu modelinə keçməsi ilə bağlı müddəa da yer alıb.

Vurğulayaq ki, Türkiyə ordusu NATO ordusudur və Azərbaycan ordusunun Türkiyə ordu modelinə keçməsi ehtimal müharibələrdə Azərbaycanın qələbə nisbətini artırır “Şuşa Bəyannaməsi”ndə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və həyatın yenidən bərpa edilməsi üzrə birgə əməkdaşlıq müddəası da yer alıb ki, bu da iki ölkənin hərbi əlaqələri üçün çox önəmli məsələdir. Çünki Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış əraziləri, minalarla çirklənmiş ərazilərdir.

Konteksdən çıxaraq qeyd edim ki, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr arasılndadır. Belə ki, son statistikaya görə, 1,5 milyon mina və naməlum sayda ERW ölkə ərazilərinin 13%-dən çoxunu çirkləndirir, mülki əhali üçün ciddi risk yaradır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumi çirklənmiş ərazi təxminən 11667 kvadratkilometrdir. Bu ərazi ölkənin ümumi ərazisinin təxminən 13,47%-ni təşkil edir. Vurğulayım ki, son 30 ildə Azərbaycanda 3448 nəfər mina qurbanı olub. Mina təmizləmə üçün ayrılan vəsaitin cəmi 5 faizini xarici yardımlar təşkil edir ki, bu da çox cüzi bir rəqəmdir. Yəni bu problemin həllində qardaş ölkə Türkiyənin yardımı önəmlidi və ciddi ehtiyacdır.

“Şuşa Bəyannaməsi”nin önəmli müddəalarından biri də, hər iki dövlətə qarşı qərəzli mövqeyi olan Ermənistanla bağlıdır. Deyirlər ki, düşməni eyni olan insanlar birləşdikləri zaman daha uğurlu olur və qələbə qazanırlar. Fikrimcə, bunu dövlətlərə də şamil etmək olar. Həm də maraqlı bir nüans var. Türkiyə və Azərbaycanın düşməninin eyni olması, Türkiyə türkü və Azərbaycan türkünün tarixi problemlərinin də ortaq sübut edir. Bir baxın, Ermənistanın Türkiyə türkü və Azərbaycan türkündən başqa kimə qarşı qərəzli iddiası, düşmənçiliyi var? Heç kimə!

İkitərəfli əlaqələr baxımından ən diqqət çəkən məsələlərdən biri, müdafiə sənayesi texnologiyaları sahəsində əməkdaşlığın artırılmasıdır. Türkiyə prezidenti Prezident Ərdoğan bu məsələ ilə bağlı şərhində bildirmişdi ki, “Türkiyə Azərbaycanla müasir texnologiyaları paylaşacaq və Azərbaycanda ortaq məhsul istehsal edəcək, fabrik qurulacaq”. Bu layihənin reallaşması Azərbaycanın hərbi texnologiya idxal edən dövlətdən istehsal edən dövlətə çevrilməsi deməkdir.

Zəngəzur dəhlizinin əhəmiyyəti

Xüsusi olaraq vurğulayaq ki, Azərbaycan Türkiyənin Qafqaz regionunda ən mühüm iqtisadi tərəfdaşıdır. Ölkələr arası iqtisadi-ticarət əlaqələri 1 noyabr 1992-ci il tarixli “Ticarət və İqtisadi Əməkdaşlıq Sazişi” çərçivəsində başlamışdır.

2010-cu il avqustun 16-da imzalanmış hərtərəfli Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişi ilə münasibətlərin mahiyyəti dərinləşmiş, 15 sentyabr 2010-cu ildə iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında Birgə Bəyannamənin imzalanması ilə strateji əlaqələrə yeni məzmun əlavə edilmişdir. Orta Asiya-Azərbaycan-Türkiyə arasında həyata keçirilən və Türk Şurasının dəstəyi ilə həyata keçirilən Orta Dəhliz də “Şuşa Bəyannaməsi”nə daxil edilib. Azərbaycan və Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin əhəmiyyəti vurğulanaraq, bu siyasətlərin əslində uzunmüddətli olduğu göstərilib.

Türkiyə və Azərbaycanda ticarət sektorunda fəaliyyət göstərən şirkətlərlə aparılan sorğuda Türkiyə və Azərbaycan dedikdə ağlımıza hansı sözlər gəlir sualına “dostluq, qardaşlıq, yaxınlıq, Mustafa Kamal Atatürk və Heydər Əliyev” sözləri ön plana çıxır. Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr qarşılıqlı investisiyalar, ikitərəfli ticarət, regional və qlobal enerji və nəqliyyat layihələri kimi fəaliyyətlərdən ibarətdir. Bu gün iki ölkənin xarici ticarət həcmi 8 milyard dollar civarındadır. Zəngəzur dəhlizi açılsa, bu rəqəm 15-20 milyard dollara qədər artacaq.

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr tarixin dərinliklərindən iki dövlətin mənafeyinə deyil, iki qardaş və dost ölkə kimi davam edir. Bunu iki ölkə liderlərinin sözləri və əməlləri də təsdiq edir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Fevral 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1224

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see190

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see182

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see128

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see125

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see119

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see113

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see113

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Bakıda bu əraziyə sahib çıxan yoxdur Video

16 İyul 2025 14:01see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see111

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see111

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri