Dünyanın gözü İsraildədir! 24 saat sonra hər şey dəyişə bilər
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsraildə keçirilən seçkilərdən sonra yaranan siyasi vəziyyət Baş nazir Binyamin Netanyahu üçün hökumət qurmaq prosesini çətinləşdirib. Rəqibi Gadi Eisenkot parlamentdə 67 deputatın dəstəyini alsa da, bu dəstəyin vahid koalisiyaya çevrilməsi hələ də sual altındadır.
Sherg.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, oktyabrın 27-də keçirilən seçkilərdən sonra İsrail Prezidenti İsaak Hersoq parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşüb. Görüşlər zamanı Eisenkotu 67, Netanyahunu isə 46 deputat dəstəkləyib.
Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası 27 mandat qazanaraq parlamentdə ən böyük siyasi qüvvə olsa da, sağ və dini partiyalardan ibarət ittifaqı cəmi 53 mandat əldə edib. Hökumət qurmaq üçün tələb olunan 61 mandatlıq çoxluq təmin edilməyib.
Netanyahunun uzunmüddətli koalisiya tərəfdaşı olan Birləşmiş Tövrat Yəhudiliyi Partiyası (UTJ) isə prezidentlə görüşdə heç bir namizədi dəstəkləməmək qərarına gəlib. Buna səbəb kimi ultraortodoks yəhudilərin hərbi xidmətdən azad olunması ilə bağlı tələblərinin hökumət tərəfindən qarşılanmaması göstərilir.
Eisenkotu dəstəkləyən qüvvələr arasında Yashar, Yisrael Beytenu, Ra'am, Demokratlar, Birlikdə və Birgə Siyahı partiyaları var. Lakin onun topladığı 67 səsin 19-u ərəb partiyalarının payına düşür. Bu partiyaların hökumətə qoşulması ilə bağlı fikir ayrılıqları isə koalisiya danışıqlarını çətinləşdirir.
İsrail Prezidenti İsaak Hersoq hökuməti qurmaq səlahiyyətini kiminə verəcəyini noyabrın 8-də açıqlayacaq. Seçilən namizədə hökuməti formalaşdırmaq üçün 28 gün vaxt veriləcək. Zərurət yaranarsa, bu müddət daha 14 gün uzadıla bilər.
İlk namizədin uğursuzluğu halında prezident başqa deputata mandat verə bilər. Sonrakı cəhdlər də nəticəsiz qalarsa, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi gündəmə gələcək.
Hökumət qurulana qədər Netanyahu və nazirlər müvəqqəti hökumət kimi fəaliyyətlərini davam etdirəcəklər. Yeni kabinet formalaşanadək Netanyahu baş nazir vəzifəsində qalacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 07 Noyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















