Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Dünyanın hansı ölkələri doğumla vətəndaşlıq verir?

Dünyanın hansı ölkələri doğumla vətəndaşlıq verir?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp 1868-ci ildə ABŞ Konstitusiyasına edilən düzəlişlə qüvvəyə minmiş ölkədə doğulan hər kəsə vətəndaşlıq vermək hüququnu dayandırmağı planlaşdırır.

Lakin Trampın bunu reallaşdırması çətindir. 

Dünyanın bəzi ölkələri vətəndaşlığı  doğum yolu ilə verir, digərləri isə uşaq həmin ölkədə doğulsa belə, valideynlərin vətəndaş olmasını və ya müəyyən müddət yaşamasını tələb edir. 

"Cebheinfo.az" xəbər verir ki, dörd illik fasilədən sonra Ağ Evə qayıdan ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası zamanı tez-tez qeyd etdiyi kimi, bu ölkədə doğulan hər kəsə vətəndaşlıq verilməsini dayandırmağı planlaşdırdığını bildirib. Tramp yanvarın 20-də vəzifəyə başlayarkən doğuş vətəndaşlığı anlayışını müəyyən edən sərəncam imzalasa da, detallar hələ dəqiqləşdirilməyib.

Doğumla vətəndaşlıq 1868-ci ildə 14-cü düzəlişlə ABŞ Konstitusiyasına əlavə edilib. O vaxtdan bəri ABŞ-də doğulan bütün şəxslər avtomatik olaraq bu ölkənin vətəndaşı olurlar.

Konstitusiyaya edilən 14-cü düzəlişin birinci cümləsində deyilir: 

“Birləşmiş Ştatlarda doğulmuş və ya vətəndaşlıq almış və Birləşmiş Ştatların yurisdiksiyasına tabe olan bütün şəxslər Birləşmiş Ştatların və yaşadıqları ştatın vətəndaşlarıdır”.

Əksər ABŞ hüquq ekspertləri deyirlər ki, Tramp icra sərəncamı ilə konstitusiya müddəasını ləğv edə bilməz. Konstitusiyaya dəyişiklik etmək üçün həm Nümayəndələr Palatasında, həm də Senatda üçdə iki səs çoxluğu, ardınca isə ştatların dörddə üçünün dəstəyi lazımdır. 

Doğum yolu ilə vətəndaşlıq hətta valideynləri vətəndaş olmasa belə, həmin ölkənin sərhədləri daxilində doğulan hər bir uşağa, avtomatik olaraq həmin ölkənin vətəndaşı olmaq hüququ verir. 

Dünya Əhali İcmalının məlumatlarına görə, hazırda dünyada 33 ölkə "məhdud" doğum hüququ ilə vətəndaşlıq verir, 30-dan çox ölkə isə "məhdud" doğum hüququ verir.

"Məhdudiyyətsiz" doğum hüququna malik olan ölkələr: ABŞ, Antiqua və Barbuda, Argentina, Barbados, Beliz, Boliviya, Braziliya, Çad, Dominika, Ekvador, El Salvador, Fici, Honduras, Qrenada, Qvatemala, Qayana, Kanada, Kosta Rika, Kuba, Yamayka, Lesoto, Meksika, Nikaraqua, Panama, Paraqvay, Peru, Sent Kitts və Nevis, Sent Lusiya, Sent Vinsent və Qrenadinlər, Tanzaniya, Trinidad və Tobaqo, Tuvalu, Uruqvay və Venesueladır.

Bu ölkələrlə yanaşı, 30-dan çox ölkə müəyyən şərtlər yerinə yetirildikdə doğum yolu ilə vətəndaşlıq təklif edir.

Fransa, Almaniya, İsveç, İngiltərə, Hollandiya, Lüksemburq kimi ölkələr doğumun həmin ölkədə olub-olmamasından asılı olmayaraq, valideynlərdən birinin öz ölkəsinin vətəndaşı olmasını və ya müəyyən müddət ərzində həmin ölkədə qanuni yaşamasını tələb edə bilər.

“Məhdud” doğum hüququ ilə vətəndaşlıq verən ölkələr:

*Almaniya: Valideynlərdən birinin Almaniyada daimi yaşayış icazəsi varsa və ən azı 8 il Almaniyada yaşayırsa;
*Avstraliya: Əgər valideynlərdən biri vətəndaşdırsa, yaxud daimi sakindirsə və ya uşaq ölkədə 10 il yaşayırsa;
*Birləşmiş Krallıq: Əgər valideynlərdən biri Britaniya vətəndaşıdırsa, eləcə də ölkədə qanuni rezidentdirsə və ya uşaq 10 yaşına qədər ölkədə yaşayırsa;
*Belçika: Əgər valideynlərdən biri Belçikada doğulubsa və uşağın doğulmasından əvvəl 10 il və ya 5 il orada yaşayıbsa;
*İrlandiya: Əgər valideynlərdən biri İrlandiya və ya Britaniya vətəndaşıdırsa və ya son dörd ilin üçündə qanuni yaşayışı olubsa;
*Hollandiya: Valideynlərdən biri vətəndaşdırsa və uşağın doğulduğu vaxt ölkədə yaşayırsa, valideynin doğulduğu vaxt baba və nənənin əsas yaşayış yeri bu ölkədə olubsa;
*İtaliya: Valideynlərin nəsilləri vətəndaşdırsa və ya uşaq 18 yaşına qədər ölkədə yaşayırsa;
*Fransa: Valideynlərdən biri Fransa vətəndaşıdırsa və ya Fransada doğulubsa, yaxud uşaq 18 yaşına qədər ölkədə yaşayıbsa;
*İspaniya: Valideynlərdən biri İspaniyada doğulubsa və ya valideynlər vətəndaşlığı yoxdursa;
*İsveç: Əgər valideynlərdən biri vətəndaşdırsa (1 aprel 2015-ci il tarixindən əvvəl doğulmuş uşaqlar üçün);
*Lüksemburq: Valideynlərdən biri ölkədə doğulubsa və ya uşaq 12 yaşından sonra 5 il ölkədə yaşayırsa;
*Finlandiya: Ana vətəndaşdırsa və bu ölkədə doğulubsa və ya ata vətəndaşdırsa və ana ilə evlidirsə;
*Portuqaliya: Əgər uşaq başqa vətəndaşlıq olmadan doğulubsa,yaxud uşaq vətəndaşlıq üçün müraciət edibsə və valideynlərindən biri uşağın doğulmasından ən azı 2 il əvvəl Portuqaliyada yaşayıbsa;
*Yunanıstan: Valideynlər 5-10 il Yunanıstanda yaşayırsa, uşaq məktəbəqədər təhsil müəssisəsinə gedirsə və ya uşağın başqa vətəndaşlığı yoxdursa və ya naməlumdursa;
*Yeni Zelandiya: Valideynlərdən biri vətəndaş və ya daimi sakindirsə, yaxud uşağın vətəndaşlığı yoxdursa;
*İsrail: Uşaq bu ölkə ərazisində doğulubsa və başqa vətəndaşlığı yoxdursa ( 18-21 yaş arası İsrail vətəndaşlığı üçün müraciət edə bilərlər);
*Hindistan: Əgər valideynlərdən biri vətəndaş, digəri isə qanuni immiqrantdırsa;
*Yaponiya: Əgər vətəndaşlığı olmayan və ya naməlum valideynlərdən doğulubsa;
*Misir: Əgər valideynlərdən biri Misirdə doğulubsa;
*İran: Valideynlərdən biri İranda doğulubsa;
*Tayland: Valideynlər ölkədə qanuni olaraq ən azı 5 il yaşayırlarsa;
*Cənubi Afrika: Valideynlər vətəndaş və ya daimi sakinlərdirsə;
*Kolumbiya: Valideynlərdən biri vətəndaş və ya daimi sakindirsə;
*Sudan: Əgər ata bu ölkədə doğulubsa;
*Mərakeş: Valideynlər bu ölkədə doğulsalar;
*Ukrayna: Valideynlərin Ukraynada qaçqın statusu varsa və ya uşağın vətəndaşlığı yoxdursa;
*Malayziya: Valideynlərdən biri vətəndaş və ya daimi sakindirsə;
*Tayvan: Əgər valideynlər ölkə vətəndaşıdırsa və ya valideynlərin vətəndaşlığı yoxdursa;
*Kamboca: Valideynlər qanuni olaraq ölkədə yaşayırlarsa;
*Tunis: Əgər ata və baba Tunisdə doğulubsa (Uşaq 20 yaşından əvvəl vətəndaşlıq üçün müraciət etməlidir);
*Monqolustan: Valideynlərin etibarlı yaşayış yeri varsa və ya şəxsiyyəti məlum deyilsə (Uşaq 16 yaşınadək vətəndaş olmalıdır).

Nigar
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Yanvar 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri