Icma.az
close
up
RU
VERGİ DƏRƏCƏSİ AŞAĞIDIR, BƏS MAAŞLAR?... Azərbaycanda işləyənlər çox qazanır, yoxsa region ölkələrində? + RƏQƏMLƏR

VERGİ DƏRƏCƏSİ AŞAĞIDIR, BƏS MAAŞLAR?... Azərbaycanda işləyənlər çox qazanır, yoxsa region ölkələrində? + RƏQƏMLƏR

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“2026-cı ildə muzdla işləyənlərin böyük əksəriyyətini əhatə edən, 2500 manata qədər gəliri olan şəxslərin ödəyəcəyi gəlir vergisi cəmi 3 %-dir. Və mən bir daha da həm hörmətli həmkarlarıma, deputatlarımıza, eyni zamanda ekspertlərimizə çağırış edirəm ki, istənilən ölkənin vergi rejimini araşdırsınlar və görsünlər, gəlir vergisinin 3 % olduğu neçə ölkə var. Bu, çox böyük bir güzəştdir və Azərbaycan hökumətinin özəl sektorun inkişafı üçün yaratdığı növbəti imtiyazdır”.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin ötən günkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan gəlir vergisi ilə bağlı daimi güzəştli rejim tətbiq edir və bu verginin dərəcəsini 50 % aşağı salır: “Qanuna dəyişiklik edilməsəydi, 2500 manata qədər gəlir 14 %-lə, 2500 manatdan artıq gəlir isə 25 %-lə cəlb ediləcəkdi. Lakin Azərbaycan hökuməti yenə də özəl və qeyri-neft-qaz sektorunun inkişafını, bu sektorun ehtiyacını nəzərə alaraq növbəti böyük güzəştli rejim tətbiq edir – 14 %-lik vergini 7 %-ə salırıq. Özü də bunu tədricən edirik”.

Xatırladaq ki, Azərbaycanda özəl sektorda 2019-cu ildən tətbiq olunan gəlir vergisi güzəştinin müddəti 2025-ci ildən sonra uzadılmayacaq. Belə ki, 2026-cı ildən etibarən özəl sektorda çalışan və aylıq gəliri 2500 manata qədər olanlar 3 % gəlir vergisi ödəyəcəklər. Növbəti illərdə isə bu faiz artacaq – 2027-ci ildən 5 %, 2028-ci ildən isə 7 % vergi tətbiq ediləcək.

Dövlət sektorunda, o cümlədən neft-qaz sahəsində çalışan işçilərin gəlir vergisi dərəcələri gələn il də dəyişmədən qalacaq. Yəni əməkhaqqısı 2500 manatadək olanlardan maaşlarının 14 faizi, 2500 manatdan yüksək maaş alanlardan isə 25 faizi vergi kimi tutulacaq. Başqa sözlə, bu il tətbiq olunan vergi qaydaları növbəti ildə də eyni şəkildə davam edəcək.

Məlumat üçün bildirək ki, hazırda bir sıra ölkələrdə gəlir vergisi rejimi ümumiyyətlə tətbiq edilmir. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Monako və s.

Keçmiş SSRİ və qonşu ölkələrə nəzər saldıqda isə həqiqətən də nazirin vurğuladığı kimi gəlir vergisi dərəcələri Azərbaycanla müqayisədə yüksəkdir. Amma burada diqqət çəkən məqam ondan ibarətdir ki, qonşu ölkələrdə orta aylıq əməkhaqqı daha yüksək olduğundan, vergilər çıxıldıqdan sonra işçinin sərəncamında qalan vəsait Azərbaycanla müqayisədə daha çox olur.

Məsələn, hazırda Rusiyada orta aylıq əməkhaqqı 1247 dollar (99 422 rubl), gəlir vergisi isə 13 %-dir. Həmin faiz dərəcəsini maaşdan çıxan zaman işçinin sərəncamında 1084 dollar vəsait qalır. Digər bir region ölkəsi olan Türkiyəyə baxaq: burada orta aylıq əməkhaqqı 1130 dollar (47 420 türk lirəsi), gəlir vergisi isə 15 %-dir. Vergini çıxsaq, işçinin sərəncamında 960 dollar vəsait qalır. Qazaxıstanda 10 % vergi tətbiq edilir. 847 dollar olan orta aylıq əməkhaqqından 10 %-lik məbləğ çıxıldıqda sərəncamda 762 dollar qalır. Gəlir vergisinin 20 % olduğu Gürcüstan və Ermənistanda isə orta aylıq əməkhaqqı müvafiq olaraq 822 və 771 dollar təşkil edir. Həmin vergi dərəcəsi çıxıldıqdan sonra Gürcüstanda vətəndaşın sərəncamında 657 dollar, Ermənistanda isə 616 dollar olur.

Qeyd edək ki, Azərbaycanda hazırda orta aylıq əməkhaqqı 1094 manat (643 dollar) təşkil edir və həmin 3 %-lik vergi dərəcəsini çıxdıqda sərəncamda 623 dollar vəsait qalır. Göründüyü kimi, vergi dərəcəsi hər nə qədər aşağı olsa da, yekunda işçinin sərəncamında qalan məbləğ region ölkələrinin vətəndaşları ilə müqayisədə belə aşağıdır…


Digər MDB və keçmiş sovet respublikalarında orta aylıq əməkhaqqı məbləği də Azərbaycandan yüksəkdir:

-Litva – 2750 dollar (2338 avro) – mart 2025;

-Estoniya – 2366 dollar (2011 avro) – mart 2025;

-Latviya – 1582 dollar (1345 avro) – mart 2025;

-Moldova – 872 dollar (14 568 ley) – mart 2025;

-Belarus – 824 dollar (2718 rubl) – iyun 2025.

Avropaya gəlincə, burada da vergilər kifayət qədər yüksəkdir və gəlirdən, ölkələrin vergi siyasətindən asılı olaraq 11–50 % arasında dəyişir. Amma yenə də yekunda maaş məbləği əsas götürülərək ona uyğun faiz dərəcəsi tətbiq edilir və təbii ki, Avropada da maaşlar kifayət qədər yüksəkdir. Avropa Statistika İdarəsinin (Eurostat) 2024-cü il üçün Avropa İttifaqında illik əməkhaqqı məlumatlarına görə, Avropada tam ştatlı işçilərin orta illik əməkhaqqı əvvəlki illə müqayisədə 5,2 faiz artaraq 39 808 avroya (aylıq 3317 avroya) çatıb. 2023-cü ildə bu illik əməkhaqqı 37 840 avro idi (3153 avro).

Ölkələr üzrə araşdıranda, yüksək maaşların siyahısına aylıq 6900 avro ilə Lüksemburq başçılıq edir. Sonrakı yerdə Danimarka (aylıq 5964 avro), üçüncü yerdə isə İrlandiya (aylıq 5088 avro) gəlir.

Almaniyada maaşlar aylıq 4483 avro, Fransada isə 3650 avro təşkil edib.

Siyahıda əməkhaqqı ən aşağı olan ölkələr – Bolqarıstan (aylıq 1282 avro), Yunanıstan (aylıq 1496 avro) və Macarıstan (aylıq 1538 avro) olub.

Göründüyü kimi, bizdə hər nə qədər faiz dərəcəsinin aşağı olduğu qabardılsa da, son nəticədə çalışanın əlində qalan vəsait Avropa, MDB, elə region ölkələrinin özü ilə belə müqayisədə aşağı olur…

E. Bəyməmmədli
“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Dekabr 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2054

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see233

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see205

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see202

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see164

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see137

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see130

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri