Icma.az
close
up
RU
Qərib məzarlar PƏRVİZ YƏHYALI YAZIR

Qərib məzarlar PƏRVİZ YƏHYALI YAZIR

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

(Toğrul Nərimanbəyov səhifəsi)

Parisin Passi qəbiristanlığında bütün ətrafın İsanın çarmıxa çəkilməsini xatırladan baş daşlarının sırasında bir fərqli məzar var. Bu qərib və fərqli baş daşından Göyçay bağlarının əsrarəngiz yaz gözəlliyinin çiçəkləri boylanır. Bəlkə də baş daşına burada uyuyan rəssamın vəsiyyətinə görə ya da doğmalarının qəriblikdə vətən çiçəklərilə ruhunu daim ovundurmaq istəyindən çəkilib bu çiçəklər.

O, bütün dünyanı gəzib, dolaşdı. Sanki ölkələr, şəhərlər onun yaşayış yeri olmaq üçün bəhsləşirdi. Son nəhayətdə anasının ana yurdunda əbədiyyətini tapdı. Öz ata-baba yurduna, atasının ata yurdu Şuşaya həsrət.

Toğrul Fərman bəy oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakıda anadan olmuşdur. Onun atası Fərman bəy Əmirbəy oğlu Tuluza Universitetində təhsil almışdır. O, vətənə dönərkən mühəndis-elektrik ixtisaslı mütəxəssis idi. Fərman bəy tələbəlik illərində Toğrulun anası İrma Lya Rude ilə ailə qurmuşdur. Nərimanbəyovlar Bakıya gələndən bir il sonra, 1930-cu ildə ailənin ikinci uşağı, Toğrul doğulur.

30-cu illərdə nəhəng sovetlər birliyində elektirikləşmə prosesinin qızğın dövrü olduğundan ixtisaslı mühəndis üçün tələbat hava-su kimi bir şey idi. Fərman bəyin İş həyatının uğuru və ailə xoşbəxtliyi təəssüf ki, uzun sürmədi. Otuzuncu illərin ikinci yarısında repressiyaların tuğuyan etdiyi dövrdə Nərimanbəyovlar kənarda qala bilməzdi. Keçmiş qubernatorun oğlu xaricdə təhsil almış Fərman bəy elə ilk qurbanlıq dalğasında həbs edilərək sürgünə göndərilir. “Siyasi məhbus” un ailə üzvü kimi azyaşlı Toğrulun anası da sürgün edilir. Toğrul Nərimanbəyov sürgün həyatında olmazın məşəqqətlərini çəkir. Bütün məhrumiyyətlərə baxmayaraq onun oxumaq ehtirası hər şeydən üstün idi. Bu baxımdan sürgün illərində Toğrula dayəlik etmiş polyak mənsubiyyətli Anna Andreyevnanın da təsiri az olmamışdır.

Sürgündən geri dönmək üçün icazə verildikdə Toğrul anası ilə Bakıya qayıdır. O, Bakıda rəssamlıq texnikumunu bitirib, ali təhsil almaq üçün Vilniusa yollanır. Vilnius İncəsənət Akademiyasında oxuduğu illərdə Toğrul parelel olaraq konservatoriya təhsili də alır.

XX əsrin altınıcı onilliyinin ikinci yarısından Toğrul Nərimanbəyov istedadlı fırça ustası kimi Azərbaycandan uzaqlarda da tanınır. Onun əsərləri rəngkarlığın müxtəlif janırlarında olmaqla əsl şedevr hesab olunurdu. Rəssamın portret, mənzərə əsərləri artıq nüfuzlu sərgi salonlarını bəzəyirdi.

Sərhədləri qapalı olan Sovet İttifaqı Toğrul Nərimanbəyov istedadını buxovlayıb, sovet çərçivəsində saxlamağa aciz idi. 70-80-ci illərdə Toğrul Nərimanbəyovun əsərləri ABŞ, Fransa, Polşa, Almaniya, Macarstan, Bolqarstan kimi ölkələrin sərgi salonlarında sərgilənir, hərraclara çıxarılan əsərlərinə yüksək məbləğ ödənilirdi.

Tale elə gətirir ki, Boston, Paris, Moskva, lüksenburq, Peterburq, Səmərqənd, Vilnius şəhərlərin sakini olan Toğrul Nərimanbəyov opera müğənnisi kimi yalnız iki şəhərdə, doğma Bakıda və İtaliyanın Baloniya şəhərində səhnəyə çıxır. Dünya Nərimanbəyovun ecazkar ifası haqqında az məlumatlı olsa da onun tablolarındakı fırça dilinin bənzərsiz ifası hamını heyran edir. Onun “Bayıl mənzərəsi”, “Xəzərdə şəfəq”, “Köhnə Bakı”, “Bakıda küləkli gün”, “ Göyçay bağları”, “Baltik balıqçıları” əsərləri sadəcə rəsm tabloları deyil. Bu əsərlər tanrı lütfi ilə Toğrul barmaqlarından kətana köçmüş təbiət parçasıdır. Onun portret janrında işlədiyi əsərlərdə belə təbiət harmoniyasını sezmək mümkündür.

Toğrul Nərimanbəyov bədii rəngkarlıqda Azərbaycan etnoqrafiyasını özünəməxsus tərzdə, məharərlə verməyi bacaran rəssam idi. Onun dünyanın harasında olmasından, yaşamasından asılı olmayaraq öz əzəli Azərbaycan təbəti və bu təbiətin fonunda Azərbaycan insanı mövzusu yaradıcılığının məxsusi xəttini təşkil edirdi.

SSRİ “xalq rəssamı” fəxri adı almış çəmi üç azərbaycanlıdan biri olan, adı “Fransa Müasir İncəsənət Ensklopediyası” na düşmüş yeganə azərbaycanlı Toğrul Nərimanbəyov 2 iyun 2013-cü ildə Parisdə vəfat etmiş, Passi məzarlığında dəfn edilmişdir. Onun hal-hazırda dünyanın bir çox muzey və sərgilərində nümayiş etdirilən əsərləri isə fırça dilində Azərbaycanın səsi hesab olunur. Toğrul rəngkarlığının sadə və eynən də əzəmətli səsi.

Pərviz Yəhyalı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri