Icma.az
close
up
RU
Dünyanın iki gücü müharibə hazırlığında?

Dünyanın iki gücü müharibə hazırlığında?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son zamanlar Pekinin qərbində nəhəng hərbi komanda mərkəzi inşa edilir. 

“Financial Times” (FT) yazır ki, bu obyekt ölçüsünə görə ABŞ-nin Pentaqon binasını on dəfədən çox üstələyəcək. Layihə "Pekin Hərbi Şəhəri" adlanır və onun tikinti sahəsi təxminən 607 hektara bərabərdir. ABŞ kəşfiyyat mənbələri və peyk görüntülərinə əsasən, əsas tikinti mərhələsi 2024-cü ilin ortalarında başlayıb. 

Çinin Xalq Azadlıq Ordusunun (NOAK) indiki baş qərargahı Pekinin mərkəzində yerləşir. Lakin ekspertlər hesab edirlər ki, bu bina müharibə şəraitində kifayət qədər qorunmaya malik deyil. ABŞ kəşfiyyatının keçmiş yüksək rütbəli əməkdaşlarından biri bildirib ki, yeni kompleksin ölçüsü, strukturu və yerin altına qismən yerləşdirilməsi onun təhlükəsizlik baxımından üstün olduğunu göstərir. 

Çin rəhbərliyi bu yeni obyektin Pentaqonun sığınacaq sisteminə qarşı daha dayanıqlı olacağını və hətta nüvə hücumlarına belə tab gətirəcəyini düşünür. Çinli analitiklərin fikrincə, bu nəhəng hərbi obyekt  ölkə lideri Si Cinpinin ABŞ-ni hərbi cəhətdən üstələmək istəyinin göstəricisidir. 

Bir mənbə FT-yə bildirib: "Bu obyekt yalnız bir məqsədə xidmət edir – Çinin getdikcə güclənən və daha mürəkkəb silahlı qüvvələri üçün sığınacaq rolunu oynamaq". Tayvan Müdafiə Nazirliyinə yaxın mənbələr də NOAK-ın yeni bir komanda mərkəzi inşa etdiyini təsdiqləyiblər. Bununla belə, bəzi ekspertlər bildirirlər ki, bu ərazinin ölçüsü onu adi bir hərbi bazadan daha böyük və strateji baxımdan vacib bir obyektə çevirir. 

Pentaqon ABŞ-nin Müdafiə Nazirliyinin qərargahıdır və dünyada ən böyük beşbucaqlı binalardan biri sayılır. 1943-cü ildə tikilmiş bu bina 343,7 min kvadrat kilometr ərazini əhatə edir. Pekində tikilən yeni hərbi obyekt isə ölçüsünə görə Pentaqonu xeyli üstələyir və Çinin gələcək hərbi strategiyasına ciddi təsir edəcək. 

Donald Tramp yenidən prezident seçildikdən sonra Pentaqona yeni rəhbər təyin olunub. Bu, “Fox News”-un keçmiş aparıcısı Pit Hegsetdir. O, ABŞ-nin "dünyanın ən güclü və təhlükəli hərbi qüvvəsi" olaraq qalacağını bildirib. Onun əsas prioritetlərindən biri ordunun modernləşdirilməsi və qlobal təhlükələrə qarşı daha effektiv müdafiə mexanizmlərinin gücləndirilməsi olacaq. 

Latviyalı hərbi ekspert Einars Graudins mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Avropada İkinci Dünya müharibəsindən sonra ən böyük hərbi münaqişə davam edir: 

“Bu kontekstdə hər hansı bir ölkənin nə qədər böyük komanda mərkəzlərinə və ya nə qədər əraziyə sahib olmasının heç bir real əhəmiyyəti yoxdur. İkinci Dünya müharibəsindən bəri istənilən normal ölkənin Müdafiə Nazirliyi və ya digər strateji obyektləri paytaxtda və ya onun yaxınlığında yerləşir. Lakin bu binaların hərbi əməliyyatlarda birbaşa rolu olmur. Çünki istənilən məlum hərbi obyekt, ilk növbədə, hava və raket hücumları ilə hədəfə alınır. Ona görə də müəyyən obyektlərin "vahid komanda mərkəzi" kimi təqdim edilməsi sadəcə siyasi bir rəmzdir. 

Məsələn, Moskvada Frunzenski sahilində yerləşən Rusiya Müdafiə Nazirliyinin binasını götürək. Bütün dünya bu binanı tanıyır, amma əslində, orada real döyüş əməliyyatlarına dair heç bir idarəetmə prosesi baş vermir. Belə mərkəzlər siyasi və inzibati funksiyaları yerinə yetirir. Əsl hərbi idarəetmə isə tamamilə fərqli, gizli və qapalı yerlərdə baş verir. 

Bu prinsip ABŞ üçün də keçərlidir. Pentaqon hərbi məmurların və zabitlərin işlədiyi bir bina olub, formal planlaşdırma və idarəetmə işləri üçün nəzərdə tutulub. Amma əgər fövqəladə vəziyyət baş versə, real strateji qərarlar tamamilə fərqli, gizli yerlərdə qəbul ediləcək". 

Ekspert qeyd edib ki, Çin və ABŞ heç vaxt quru qoşunlarının iştirakı ilə müharibə aparmayacaq: 

“Çünki belə bir münaqişə texniki olaraq mümkün deyil. Heç bir ABŞ əsgəri Çin torpaqlarına hücum etməyəcək, eləcə də Çin ordusu Los-Anceles və ya San-Fransiskoya hücum etməyəcək. Əgər bu iki ölkə arasında qarşıdurma kəskinləşərsə, yeganə real təhlükə qarşılıqlı nüvə zərbələri ola bilər. “Bəs Çin niyə nəhəng hərbi obyektlər tikir?” sualına gəlincə, bu, daha çox siyasi jestdir. Çin dövləti dünyaya öz gücünü nümayiş etdirmək istəyir və "Biz böyük gücük, bizimlə hesablaşın" mesajını verməyə çalışır. Amma bu binalar və ya onların ölçüsü qlobal güc balansını heç bir şəkildə dəyişməyəcək. Əsas hərbi infrastruktur həmişə gizli, çoxqatlı və ehtiyat planlarla qurulur. Bir sözlə, hansısa ölkənin Müdafiə Nazirliyinin binasının neçə mərtəbədən və ya neçə hektardan ibarət olması onun real hərbi gücünə təsir edən əsas amil deyil. Bu, sadəcə görüntü və siyasi rəmzdir”. 

Səbinə Uğur 
“Cebheinfo.az”

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Fevral 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri