Icma.az
close
up
RU
Dünyanın milyardlarla il sonraki sonu belə olacaq

Dünyanın milyardlarla il sonraki sonu belə olacaq

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Dünya üçün milyardlarla il sonra baş verəcək faciəli sonun kiçik bir önizləməsi kimi qiymətləndirilən bu kəşf astronomları heyrətə salıb.

Qaynarinfo xəbər verir ki, Yerə təxminən 2 min 283 işıq ili məsafədə yerləşən və səmanın ən ikonik mənzərələrindən biri olan Halqa dumanlığının mərkəzində, daha əvvəl heç rastlanmamış bir struktur aşkarlanıb. Tədqiqatçılar dumanlığın ortasında uzanan, ionlaşmış dəmir atomlarından ibarət nəhəng bir zolaq tapıblar.

Halqa dumanlığı təxminən 4 min il əvvəl yanacağı tükənmiş bir ulduzun xarici qatlarını kosmosa atması ilə əmələ gəlib. Adətən bu cür dumanlıqlar qaz və toz buludlarından ibarət olur, lakin William Herschel Teleskopuna əlavə olunan yeni texnologiya bu mənzərənin kimyəvi sirrini üzə çıxarıb. LIFU adlı inkişaf etmiş görüntüləmə aləti ilə dumanlığı araşdıran komanda daha əvvəl heç bir dumanlıqda görünməmiş bu dəmir zolağı ilə qarşılaşıb. Hesablamalar göstərir ki, bu zolaqdakı dəmir miqdarı Mars və ya Merkuri kimi qayalı bir planetin buxarlanması ilə ortaya çıxacaq miqdara yaxın səviyyədədir.

Dünyanın gələcəyi bu zolaqda ola bilər

Günəş kimi ulduzlar ömrünün sonuna yaxın nüvə yanacağı tükəndikdə, xarici qatları sürətlə genişlənərək "Qırmızı nəhəngə”ə çevrilir. Bu genişlənmə zamanı ulduz yaxın orbitdəki planetləri ya udur, ya da yüksək temperaturla buxarlaşdırır. Təxminən 5 milyard il sonra Günəşimizin də eyni prosesdən keçəcəyi və Yeri udacağı gözlənilir.

Kardiff Universitetindən Dr. Rocer Vesson bildirir ki, Halqa dumanlığındakı bu dəmir zolaq bir zamanlar orada mövcud olmuş və ulduzun genişlənməsi ilə yox olmuş Yer tipli qayalı bir planetin qalıqları ola bilər.

Alimlər hələ bu qəribə strukturun əmələ gəlməsi ilə bağlı dəqiq nəticəyə gəlməyiblər. Başqa ehtimal isə, bu zolağın ulduzun çökməsi zamanı baş verən hələ tam başa düşülməmiş fiziki proseslərin nəticəsi olmasıdır. Lakin planet buxarlanması nəzəriyyəsi doğru çıxarsa, bu astronomlar üçün bir növ "məhkəmə sübutu” rolunu oynayır. "Qırmızı nəhəng" mərhələsinə girən ulduzların ətrafında daha az planet olmasının səbəbini araşdıran digər tədqiqatlar da bu ehtimalı dəstəkləyir. Komanda indi digər bulutsularda da oxşar dəmir strukturlarını axtararaq, kainatın dərinliklərində öz gələcəyimizin izlərini izləməyə davam edir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri