Icma.az
close
up
RU
“Dünyanın nəbzi mediada döyünür” təqdimat AZƏRTAC

“Dünyanın nəbzi mediada döyünür” təqdimat AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Jurnalistika fakültəsinin “Dünyanın nəbzi mediada döyünür” adlı təqdimatı keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev universitetin tarixinə nəzər salıb. Vurğulayıb ki, BDU təkcə elmin müxtəlif sahələri üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlamayıb, gənclərin vətəndaş kimi formalaşmasına əvəzsiz töhfələr verib.

Əliş Ağamirzəyev qeyd edib ki, keçmiş SSRİ-də ali jurnalistika təhsilinin əsası 1928-ci ildə məhz BDU-da qoyulub. Müəyyən fasilədən sonra 1945-ci ildən Filologiya fakültəsinin nəzdində yaradılan Jurnalistika şöbəsi 25 il bir kafedra – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası ilə təmsil olunub. 1969-cu ildə Jurnalistika şöbəsi müstəqil fakültəyə çevrilib. Hazırda Jurnalistika fakültəsi BDU-nun istehsalata ən çox inteqrasiya edən fakültəsidir. BDU-nun, o cümlədən fakültənin Medianın İnkişafı Agentliyi, Audiovizial Şura, Mətbuat Şurası, müxtəlif telekanallar və agentliklərlə sıx əlaqəsi var. Son zamanlar fakültədə müxtəlif ixtisaslaşdırılmış auditoriyalar istifadəyə verilib.

Daha sonra Jurnalistika fakültəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli qeyd edib ki, Azərbaycan jurnalistikası milli-mənəvi dəyərləri qorumaq, dövlətçilik maraqlarını müdafiə etmək baxımından daim həmrəylik nümayiş etdirirlər. Ölkə jurnalistləri 44 günlük Vətən müharibəsində həm peşə, həm də vətəndaşlıq borclarını yerinə yetirdilər: “Bütün bunlar müasir jurnalist kadrların yetişməsində faydalandığımız əsas məqamlardır. Jurnalistika fakültəsində Əli Sultanlı, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov kimi korifeylər dərs deyib. Biz də onların öyrətdiyi ənənələr əsasında gənc nəsli formalaşdırır, müasir jurnalistikamızın fundamentini daha da gücləndirməyə çalışırıq”.

“REAL Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev bildirib ki, Bakı Dövlət Universitetinin fakültələri arasında Jurnalistika fakültəsinin tam fərqli yeri var: “Biz burada təkcə informasiya, müsahibə, reportaj yazmaq öyrənməmişik, həm də təmizlik öyrənmişik”.

“ARB 24” telekanalının direktoru Radik İsmayılov bu gün BDU-nun Jurnalistika fakültəsinin tədris fəaliyyətinin təşkili ilə yanaşı, praktik səviyyədə biliklərin tətbiq edildiyi aktiv platforma rolunu oynadığını deyib. Qeyd edib ki, universitet və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində keçirilən “NewsLab” təlim proqramları vasitəsilə indiyədək 17 nəfər BDU tələbəsi telekanalda işlə təmin olunub. Ümumilikdə “ARB24”də 54 nəfər BDU məzunu çalışır, onlardan 42-si Jurnalistika fakültəsinin məzunudur.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Jurnalistika fakültəsinin məzunlarının müxtəlif dövlət qurumlarında BDU-nun adını ləyaqətlə təmsil etdiklərini bildiriblər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi Toğrul Nəsirli hüquq-mühafizə orqanlarında çalışan jurnalistlərin peşə borcunu şərəflə yerinə yetirdiyini və ölkənin mənafelərini hər zaman qoruduğunu deyib.

Tədbir fakültənin tələbələri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Dekabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri