Icma.az
close
up
RU
BMT də dünyanın siyasi iqtisadi nəbzi döyünür TƏHLİL

BMT də dünyanın siyasi iqtisadi nəbzi döyünür TƏHLİL

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Bu ortamda böyük şirkətlərin rəhbərlərinin cənab Prezidentlə görüş üçün sıraya girməsi göstərir ki, Azərbaycana inam çox böyükdür 


Dünyanın nəhəng transmilli şirkətləri ölkəmizlə əməkdaşlığa önəm verirlər, investisiyalar yatırmaq istəyirlər



Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfərə gələn Prezident İlham Əliyev bir sıra aparıcı şirkətlərin rəhbərləri ilə göruşlər keçirib. 

“Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi aparıcı şirkətlər Azərbaycanla əməkdaşlıqdan məmnunluqlarını dilə gətirib, bu əməkdaşlığı daha da genişləndirmək istədiklərini vurğulayıblar. Nəzərə almaq lazımdır ki, bu şirkətlər dünya aparıcı qurumlarından hesab olunurlar. Məsələn, “Brookfield Asset Management” şirkətinin idarə etdiyi aktivlərin dəyəri 1.0 trilyon dollardan çoxdur. 250 mindən artıq işçisi olan bu şirkət dünyanın 50-dən çox dövlətində çalışır. Göründüyü kimi, söhbət kifayət qədər iri şirkətlərin sahibləri ilə keçirilən görüşlərdən gedir. Aparıcı şirkətlərin Azərbaycana sərmayə qoyuluşuna marağının artması təqdirəlayiq olmaqla yanaşı, beynəlxalq tədbirlərdə diqqəti çəkən əsas məqamlardan biri də tanınmış iş adamlarının dövlət başçımız ilə görüş üçün müraciətləridir. Ölkəmizdə, həm də onun hüdudlarından kənarda keçirilən beynəlxalq toplantılarda aparıcı şirkətlərlə Azərbaycan Respublikasının Prezidenti arasındakı görüşün məhz həmin şirkətlərin rəhbərlərinin müraciəti əsasında baş tutduğuna şahid oluruq. Bu, birmənalı şəkildə Azərbaycan Respublikası Prezidentinin şəxsi nüfuzunu göstərir. Digər tərəfdən isə dövlətimizin gücünə dəlalət edir. İqtisadi inkişaf baxımdan bu cür əməkdaşlıqlar ölkəmiz üçün olduqca vacibdir. “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” şirkətləri qlobal miqyasda böyük iqtisadi-maliyyə gücünə malik şirkətlərdir. Onlar qeyri-neft sektorunda da mühüm pay sahibidirlər. Bu şirkətlərlə əməkdaşlığın genişlənməsi ölkəmizə yeni investisiyaların cəlb edilməsi baxımından da olduqca önəmlidir. Azərbaycan BMT-nin daha səmərəli fəaliyyət göstərməsinə, beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini verir. Ölkəmiz BMT-nin nüfuzunun artırılmasının tərəfdarıdır. Bu mötəbər qurum son illər dünyada gedən təhlükəli meyillərin qarşısının alınmasında həlledici rol oynaya bilər. Bunun üçün təşkilatın özündə ciddi islahatların aparılması qaçılmazdır. 


Millət vəkili Tural Gəncəliyev Sherg.az-a bildirib ki, BMT-nin yubiley sayılacaq 80-ci sessiyasında iştirakı çox maraqlı və tarixi hadisədir. Deputatın sözlərinə görə, Azərbaycan BMT-nin və dünya ictimaiyyətinin çox önəmli üzvü olaraq təşkilatın Təhlükəsizlik Şurasının qətnamələrini öz gücünə icra edərək BMT-nin azalmış reytinqinin çoxalmasına töhfə verib: 

"Bu faktın özü Azərbaycan liderinə olan diqqəti, marağı artırır. Cənab Prezidentin BMT-nin tədbirində iştirakı təkcə bu qurumla məhddudlaşmır. ABŞ-də telekommunikasiya, dijital iqtisadiyyat, alternativ enerji mənbələri və s. sahələrdə dünyanın ən böyük transmilli şirkətlərinin Azərbaycan lideri ilə görüşə can atması da diqqətçəkən məqamdır. Azərbaycana və onun liderinə çox böyük maraq var. Azərbaycan bu gün BMT-nin coğrafi və əhali sayı baxımından nisbətən kiçik ölkəsi hesab edilsə də, həyata keçirdiyi geosiyasət, iqtisadi layihələr, həmçinin sülh gündəliyi ilə diqqətləri özünə çəkə bilir. Xüsusilə qeyd edək ki, BMT-nin ildə bir dəfə keçirilən sessiyasında dünyanın siyasi-iqtisadi nəbzi döyünür. Bu ortamda böyük şirkətlərin rəhbərlərinin cənab Prezidentlə görüş üçün sıraya girməsi göstərir ki, Azərbaycana inam çox böyükdür və dünyanın nəhəng transmilli şirkətləri ölkəmizlə əməkdaşlığa önəm verirlər, investisiyalar yatırmaq istəyirlər". 


Parlamentari qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində beynəlxalq humanitar hüququn normalarına sadiq qalaraq qazandığı qələbə, eyni zamanda ölkəmizin yerləşdiyi əlverişli coğrafiya Qərb dövlətləri və nüfuzlu şirkətlərlə əməkdaşlığı və ölkəmizə marağı şərtləndirən faktorlardır: 

"Azərbaycan açar ölkədir. Xüsusən, transport kommunikasiya xətlərinin keçdiyi güclü bir ölkə, önəmli məkandır. Müharibə başa çatdıqdan və Azərbaycan Prezidentinin sülh gündəliyini irəli sürməsindən sonra ölkəmizə diqqət daha çox artıb. Hazırda dünyanın müxtəlif regionlarında, xüsusən Böyük Avrasiya məkanının hər yerində müharibələr gedir. Rusiya-Ukrayna müharibəsi geniş areala yayılır. Dünya ictimaiyyətinin diqqəti Azərbaycan liderində, bizim coğrafiyamızdadır. Çünki məhz yeganə stabil ölkə, kommunikasiya xətlərinin təhlükəsiz keçə biləcəyi məkan Azərbaycandır. Kiçik Qafqaz bölgəsi müharibədən sonra əməkdaşlıq platformasına çevrilməkdədir. Baş verən prosesləri kompleks analiz edən dünya gücləri, liderləri və beynəlxalq təşkilatlar Azərbaycanın hansı önəmə sahib olduğunun fərqinə varırlar". 

T.Gəncəliyevə görə, Azərbaycan liderinin BMT tribunasında gözlənilən çıxışı BMT-nin özü üçün bir şərəfdir: "Ona görə ki, güclü bir lider öz çıxışı ilə BMT Baş Assambleyasına rəng və əlavə dəyər qatacaq. Dünyada münaqişələr, problemli məsələlər çox olduğuna görə, BMT və TŞ-si ciddi tənqid olunur. BMT qarşısına qoyduğu hədəflərə çata bilmir. Azərbaycan isə Cənubi Qafqazda sülh yaratmaqla, münaqişəni çözməklə həqiqətən də BMT-nin üzərindəki "qara ləkə"nin də getməsinə kömək etmiş olacaq". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Sentyabr 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri