Dünyanın simvolik komandasına namizədlər Siyahıda Ronaldo və Messi də var
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldo, eləcə də “İnter Mayami" klubunun hücumçusu və Argentina milli komandasının keçmiş oyunçusu Lionel Messi Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPro) “İlin Komandası”na namizədlər siyahsına daxil ediliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Siyahıya cəmi 26 oyunçu daxil edilib.Nazmizədlər üçün 73 ölkədən 19 mindən çox oyunçu səs verib.
Onlarla yanaşı, siyahıda qapıçılar arasında belçikalı Tibo Kurtua (“Real Madrid”), argentinalı Emiliano Martinez (“Çelsi”), ispaniyalı David Raya (“Arsenal”); müdafiəçilər arasında ispanlar Pau Kubarsi (“Barselona”), Mark Kukurella (“Real Madrid”), fransızlar Vilyam Saliba (“Arsenal”) və Dayo Upamekano (“Bavariya”), niderlandlı Virgil van Deyk (“Liverpul”), braziliyalı Qabriel Maqalyans (“Arsenal”), mərakeşli Aşraf Hakimi (PSJ), portuqaliyalı Nuno Mendeş (PSJ); yarımmüdafiəçilər arasında ingilis Cud Bellinqem (“Real Madrid”), Deklan Rays (“Arsenal”), ispanlar Pedri və Rodri (hər ikisi “Barselona”), portuqaliyalı Bruno Fernandes (“Mançester Yunayted”), Vitinya (PSJ) və argentinalı Enzo Fernandes (“Mançester Siti”) yer alır.
Hücumçular arasında norveçli Erlinq Holan (“Mançester Siti”), ingilis Harri Keyn (“Bavariya”), gürcü Xviça Kvaratsxeliya (PSJ), fransız Kilian Mbappe (“Real Madrid”), Maykl Olise (“Bavariya”) və ispaniyalı Lamin Yamal (“Barselona”) var.
Qeyd edək ki, 2026-cı il “İlin Komandası”nın tərkibi 9 noyabrda açıqlanacaq.
Bu mövzuda digər xəbərlər:Messi və Ronaldo yenə bir siyahıda
02 Noyabr 2026 22:39
Messi var, Ronaldo yoxdur: Dünyanın ən yaxşı futbolçusu adına namizədlər
30 Noyabr 2024 22:57
Çempionlar Liqasının simvolik komandası açıqlandı Ronaldo siyahıda yoxdur
07 Sentyabr 2026 21:52
Dünyanın ən təhlükəli qidaları Siyahıda simit də var
01 Mart 2025 06:16
“Ronaldo, yoxsa Messi?” sualından “Ronaldo və Messi” gerçəyinə
02 Aprel 2026 18:14
Baxış sayı:93
Bu xəbər 02 Noyabr 2026 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















