Messi və Ronaldo yenə bir siyahıda
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı ilin rəmzi yığmasına daxil olmaq üçün namizədlərin siyahısını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "FIFPro"nun rəsmi saytında məlumat verilib.
Siyahıya dünyanın 73 ölkəsindən olan 19 806 peşəkar futbolçunun səsverməsi nəticəsində müəyyənləşdirilmiş 26 oyunçu daxil edilib.
Futbolçuların 2025-ci il avqustun 4-dən 2026-cı il iyulun 19-dək göstərdikləri performans qiymətləndirilib. Namizədlərin bu müddət ərzində azı 30 rəsmi oyunda iştirak etməsi tələb olunub.
Rəmzi yığmaya ən çox səs toplayan bir qapıçı, üç müdafiəçi, üç yarımmüdafiəçi və üç hücumçu seçiləcək. Sonuncu - 11-ci yer isə mövqeyindən asılı olmayaraq, ən çox səs toplayan növbəti meydan oyunçusuna veriləcək.
"FIFPro"nun 2026-cı il rəmzi yığmasına namizədləri:
Qapıçılar:
- Tibo Kurtua ("Real Madrid");
- Emiliano Martines ("Aston Villa" / "Çelsi");
- David Raya ("Arsenal").
Müdafiəçilər:
- Pau Kubarsi ("Barselona");
- Mark Kukurelya ("Çelsi" / "Real Madrid");
- Vircil van Deyk ("Liverpul");
- Qabriel Maqalyaeş ("Arsenal");
- Əşrəf Hakimi (PSJ);
- Nunu Mendeş (PSJ);
- Uilyam Saliba ("Arsenal");
- Dayot Upamekano ("Bavariya").
Yarımmüdafiəçilər:
- Cud Bellinqem ("Real Madrid");
- Brunu Fernandeş ("Mançester Yunayted");
- Enzo Fernandes ("Çelsi" / "Mançester Siti");
- Pedri ("Barselona");
- Deklan Rays ("Arsenal");
- Rodri ("Mançester Siti" / "Barselona");
- Vitinya (PSJ).
Hücumçular:
- Erlinq Holand ("Mançester Siti");
- Harri Keyn ("Bavariya");
- Xviça Kvaratsxeliya (PSJ);
- Kilian Mbappe ("Real Madrid");
- Lionel Messi ("İnter Mayami");
- Maykl Olise ("Bavariya");
- Kriştianu Ronaldu ("Ən-Nəsr");
- Lamin Yamal ("Barselona").
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 02 Noyabr 2026 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















