Icma.az
close
up
RU
Dünyanın yol fəlakəti Hər il bir ölkənin əhalisi yol qəzalarının qurbanı olur FOTOSESİYA

Dünyanın yol fəlakəti Hər il bir ölkənin əhalisi yol qəzalarının qurbanı olur FOTOSESİYA

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sürətlə inkişaf edən texnoloji yeniliklər erasında hər il milyonlarla insan həyatını itirir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)bu ilin 10 ayına olan statstikasına əsasən müharibələr də daxil olmaqla dünyada 47 milyona yaxın insan müxtəlif səbəblərdən dünyasını dəyişib. İnsanların ən çox ölməsinə səbəb olan, son dövrlərin parlayan ulduzu COVID-19, pnevmaniya və müxtəlif tənəffüs yolu infeksiyaları, yeni doğulanların ölüm faktları, vərəm, ishal xəstəlikləri ÜST-nin təqdim etdiyi statistik cədvəldə ilk sıralarda yer alıb. Ən alt sıralarda isə yaxşı qidalanmama, təbii fəlakətlər, ana ölümü, hətta müharibələrdə ölən insanlar yer alıb. Hətta hepatit və QİÇS-dən ölənlərin sayı da 1 milyonu keçməyib.

Avtosfer.az xəbər verir ki, ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri təşkilatının sonunaçıqladığı rəqəmlərə əsasən, hər il dünyada 1.2 milyon insan yol-nəqliyyat hadisələri zamanı dünyasını dəyişir, 20-50 milyon arası şəxs isə yaralanır. Ümumdünya Səhiyyə Təşkilatının bu ilin 10 ayı ilə bağlı təqdim etdiyi rəqəmlərə görə, dünyada 1 milyon 390 min nəfər bu cür qəzaların qurbanı olub. Ölənlər arasında 5-29 yaş arası şəxslər çoxluq təşkil edib.

Bununla əlaqədar BMT Baş Məclisinin 2005-ci il 26 oktyabr tarixli qətnaməsi ilə dünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirə günü təsis edilib və hər il noyabrın üçüncü bazar günü qeyd olunur. Bunda məqsəd yol-nəqliyyat hadisələri qurbanlarının ailə üzvlərinə və yaxınlarına təsəlli vermək, eləcə də dünya ictimaiyyətinin diqqətini insanların həyatını təhdid edən bu bəlaya yönəltməkdir.

Anım günü ilə əlaqədar hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, yalnız Ümumdünya Səhiyyə Təşkilatının, eləcə də BMT-nin Avropa İqtisadi Komissiyasının statsitik cədvəllərində ölüm hadisələri ilə bağlı tam optimal rəqəmlər təqdim edilə bilər:

“Hətta bəzi ölkələrin ölüm statsitikasına əlçatanlığın olmadığını, daha dəqiq rəqəmlərin təqdim edilmədiyini nəzərə alsaq, dünyada hər il 1 milyon 350 mindən çox insanın yol-nəqliyyat hadisələri nəticəsində öldüyünü demək olar. Elə təsəvvür edin ki, Estoniya kimi bir ölkənin əhalisi qədər dünyada nəqliyyat qəzaları zamanı hər il ölənlər olur. Üstəlik hər il 8 milyondan 50 milyona qədər insan belə hadisələr zamanı xəsarət alır. Hətta bu rəqəmlər qeyri-dəqiqdir. Onların əksəriyyəti əlilliyi olan şəxsə çevrilirlər. Hər il yol-nəqliyyat hadisələri nəticəsində dünyaya 10 milyardlarla maddi ziyan dəyir. Azərbaycanla bağlı bunu hesablasaq, ölkəmizə hər il bu qəzalarla bağlı 2 milyard manata yaxın ziyan dəyir. Bu, çox ciddi faciədir və yol-nəqliyyat hadisələrinin azaldılması, qarşısının alınması üçün tədbirlər görülməlidir. BMT-nin direktiv və qətnamələrində əsas təyin olunan hədəf odur ki, yol qəzalarının qarşısının alınması üçün tədbirlər görülsün, bu tədbirlərin əsasında da maarifləndirmə dayanır. Aidiyyəti dövlət qurumları maliyyələşdirmə mənbələri də olmaq şərtilə bu maarifləndirmə və qarşısının alınması mövzusunda ciddi işlər görməlidirlər. Ona görə də belə xatirə günlərinin keçirilməsi çox vacibdir. Belə məqamlarda müxtəlif tədbirlər keçirilməlidir. Həm də ölkə ərazisinin hər yerində. Hətta yaxşı olardı ki, dövlət səviyyəsində, adətən bazar gününə düşdüyü üçün, yollarda müəyyən təbliğat tədbirləri keçirmək mümkün olsun. Həmçinin bu xatirə günündən 1-2 gün əvvəl və ya sonra məktəblərdə şagirdlərlə söhbətlər aparmaq olar. Dərslərdən birinin yarısını məhz bu mövzuya həsr etmək olar”.

Ərşad Hüseynov sonda onu qeyd edib ki, regionlarda təhlükəsiz davranışa, insanların dünya görüşünü, təfəkkürünü dəyişməyə yönəlik işlər aparılarkən belə günlərdən təbliğat vasitəsi kimi istifadə üçün daha məqsədyönlü ola bilər.

Mövzu ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib ki, idarə tərəfindən baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də nəqliyyat iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmini istiqamətində mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər aparılır:

“Lakin təəssüflə qeyd etməliyəm ki,  edilən xəbərdarlıqlara baxmayaraq, bu gün bəzi sürücü və piyadalar yol hərəkəti qaydalarına biganə yanaşırlar. Nəticədə yol-nəqliyyat hadisələrinin qurbanına çevrilirlər. Sürücülər tərəfindən pozulan qaydalara nəzər salsaq, əsasən sürət həddinin aşılması, ara məsafəsinin düzgün saxlanılmaması, sükan arxasında telefondan istifadə, yolayrıcını keçmə, manevretmə və nasaz nəqliyyat vasitələrinin istismarını qeyd etmək olar. Yol hərəkətinin ən müdafiəsiz iştirakçısı olan piyadalara gəldikdə isə, əsasən piyadavurma hadisələri onların hərəkəti üçün nəzərdə tutulmayan yerlərdə, işıqlandırılmayan ərazilərdə daha çox qeydə alınır. Təsadüfü deyil ki, cari ilin 10 ayı ərzində respublika ərazisində piyadaların günahı ucbatından baş verən 23 yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb. Bütün bunları nəzərə alaraq yol hərəkəti iştirakçılarından xahişimiz ondan ibarətdir ki, qaydalara ciddi şəkildə riayət etsinlər. Unutmaq olmaz ki, ani diqqətsizlik arzuolunmaz hadisələrin baş verməyinə səbəb ola bilər”.

Sonda onu vurğulayaq ki, Ümumdünya Səhiyyə təşkilatının təqdim etdiyi statistikalara əsasən, dünyada il ərzində piyadaların onlara aid olmayan yerdə hərəkəti, onların səhvi ucbatından 204 min nəfər dünyasını dəyişib. Bəzi ölkələrdə qəzaların, hadisələr zamanı ölüm faktının qarşısının alınması məqsədilə “nəqliyyat könüllüləri” faəliyyət göstərir və bu şəxslərə dövlətlər tərəfindən fəaliyyət dairəsinin genişləndirilməsi məqsədilə dəstək nümayiş etdirilir.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Səfər Əlizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Noyabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see185

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see131

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see118

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see118

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see117

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see117

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see115

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see115

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see114

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see114

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see114

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see113

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see112

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see111

Atambayev bu ölkədə mühakimə olunmaq istəyir

08 İyun 2025 10:06see111

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111

Çaylarda su səviyyəsi bu qədər qalxdı

08 İyun 2025 11:06see111

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri