Icma.az
close
up
RU
“Dünyanın zəngin adamları” haqqında Pərvanə Bayramqızı yazır

“Dünyanın zəngin adamları” haqqında Pərvanə Bayramqızı yazır

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Keçən il təşəbbüs irəli sürüb, yarızarafat-yarıgerçək elan vermişdim ki, kitabxana, kitabxanaçılıq mövzusunda tərəfimdən şeir müsabiqəsi elan olunur. Qatılmaq istəyənlər üçün yaş, vaxt məhdudiyyəti qoyulmur.  Şeirləri profilimə göndərə bilərsiniz. Əvvəllər çap olunmuş olsa da qəbul edilir. Toplayıb oxuyacam, müəlliflərə təşəkkür edəcəm. Qonorar vəd verilmir. Mənəvi gözəlliklərə üstünlük verənlər qoşulsunlar.

Onu da qeyd etmişdim ki, peşələrin əksəriyyətinə şeir yazılıb. Müəllim, həkim, təyyarəçi, dənizçi, dərzilik və s. sənətinə aid xeyli ədəbi nümunələr tapmaq olar. Polisə,  şairliyin özünə də həmçinin. Sağıcıya belə sovet dönəmində şeir yazılıb. Uşaqlardan soruşanda, böyüyəndə hansı peşəyə yiyələnəcəksən, populyar ixtisasların adlarını çəkirlər. Kitab olan yerdən – kitabxanadansa qaçırlar. 

Güldən, bülbüldən yazanları demirəm, cəmiyyətin problemini dərd edən vicdanlı qələm adamları nə əcəb iniyədək bu mövzuya laqeyd qalıblar, bilmirəm. Səməd Vurğunun "Azərbaycan" şeirinin bəsit olduğunu yazıb hərə bir irad tutur, amma Azərbaycandan danışanda hamı o şeiri söyləyir. "Azərbaycan" şeiri Azərbaycanın təbiətinin, Azərbaycana sevginin təbliğatçısıdır. Kitabxanaya, kitabxanaçılığa aid də maraqlı bir şeir yazılsa əla olar. Kitabxanaçı deyəndə kitab alıb-vermək işindən başqa ağlına heç nə gəlməyənlər üçün kitabxana işinin elmi-nəzəri biliklərindən mühazirə deyib onları bu sahədən xəbərdar etmək çətin məsələdir. Dinləməzlər. Amma həmin bilgilər, peşənin məsuliyyəti, maraqlı tərəfləri poeziyaya gətirilsə yaxşı təbliğat vasitəsi olar.  Bu bir təşəbbüsdür, dəyərləndirib yazan olsa, mütaliə, kitabxana işinə müsbət təsir göstərər. 

Özüm də bu mövzuda müsahibə vermişəm, ziyalılara da suallar yazıb cavablarını işıqlandırmışam. Bununla yanaşı, hekayə, məqalə, köşə yazıları, statuslar da yazmışam. Qalıb şairlərin köməyi.

Sonda mövzuya müraciət etməyin istəyə bağlı olduğunu bildirmişdim. 

Oxucu qıtlığından gileylənməmək, kitabxanaçılıq haqqında gözəl təsəvvür formalaşdırmaq, gələcək nəslin mədəni yetişməsi üçün gücümüzü toplayıb yaxşı işlər uğrunda çalışmağı təklif etmişdim. Adamları “təhdid” də eləmişdim: gülməyi tutanlar, mənasız iş sayanlar "laqeyd vətəndaşın millətə zərəri" maddəsi ilə mənəvi məsuliyyətə cəlb ediləcəklər.

Bahəddin Həzi təəssüratını bölüşməklə dəstək olmuşdu: özüm şahid olmuşam Amerika Birləşmiş Ştatlarında kitabxanaçılar həkimlər, hüquqşünaslar kimi sevilirlər. Orda bu peşəyə maraqla, hörmətlə yanaşırlar.  

“Müsabiqəyə” həvəslə qoşulanlar oldu. Əfşan Yusifqızı, Elmira Cəfərqızı, Şəlalə Xəlilova, Əlirza Həsrət şeiri mənə həsr etdilər. Mənsə ümumilikdə kitabxanaçılıq peşəsini nəzərdə tutmuşdum. Hər halda sağ olsunlar, mövzuya laqeyd qalmadılar. Təvazökarlıq edib həmin şeirləri mətnə yerləşdirmirəm. Bu gün peşənin təbliğatı məqsədi ilə Əşrəf Veysəllinin, İbrahim İlyaslının, Nəriman Həsənzadənin şeirlərini oxuculara təqdim edirəm. İ.İlyaslının kitabxanaya, kitabxanaçılıq peçəsinə böyük dəyər verdiyini vurğulamağı özümə borc bilirəm. O, bir çox adam kimi kitabxanaçının yalnız kitab verib, kitab alan olmadığından xəbərsiz deyil. Kitaba olan münasibətimi də bilir: – Sizdə kitabı olmaq müəllifin mənəvi qazancıdır – deyir.  Statusların birində: "Kitabı ver kitabçıya..." yazmışdım, o da: "birini də üstəlik"  deyə fikrimi davam etdirmiş və kitabını kitabxanaçıya çatdırmışdı.
Kitabxanaçı haqqında yazan bütün müəlliflərə xoş hisslərimi yetirirəm.

Kitabxanaçı

Qarışar başları uca işlərə,
Uca kürsülərdən gəlməz səsləri.
Səhifə-səhifə yetişdirərlər
Uca kürsülərə qalxan kəsləri.

Asta yeriyərlər, usta dinərlər,
Nur yağar mənalı baxışlarından.
Yerdən ucalarlar, göydən enərlər
Bəşərin həqiqət naxışlarına.

Onlar kitabları əzizləyəntək
Kitablar da sevər xirudarını.
Mən sevib tanıdım, tanıyıb sevin
Dünyanın bu zəngin adamlarını.
Ibrahim İlyaslı

Kitabxanaçı qız

Sənin iş yerinə gəlirəm hər gün,
Əgər bu günahsa, günahımdan keç.
Bəzən bir kəlməni söyləmək üçün
Bir insan ömrü də bəs eləmir heç.

Daha kitablar da yetişmir dada,
Məndə də o dözüm, o tab qalmayıb.
Sənin işlədiyin kitabxanada
Məni tanımayan kitab qalmayıb.

Ölürəm dərdindən ölməkdən ötrü,
Sən mənə ölməyi unutdurmusan.
Təkcə bir kəlməni deməkdən ötrü
Bütün kitabları oxutdurmusan.

Nə mənim qəlbimdə cəsarət, nə də
Sənin ürəyində bir insaf qalıb.
Ancaq bu kitablar əhatəsində
Hələ yazılmamış, çap olunmamış,
Hələ oxunmamış bir kitab qalıb.

Əşrəf Veysəlli

Kitabxanaçı

Limon xanım gözəl-göyçək
Kitabxana işçisiydi.
İşçilərin incisiydi,
bəlkə lap birincisiydi.
Qara uzun hörüyünü
Gah açardı, gah yığardı.
Açanda biz tanımazdıq,
yığanda biz darıxardıq.
Oxu zalı işıqlıydı,
Ütülüydü ag pərdələr.
Oxucusu aspirantlar,
Müəllimlər, tələbələr.
Kitabları gətirərdi,
Yoxlayardı sifarişi.
Biz oxuyub qurtarardıq,
Qurtarmazdı onun işi.
Müdriyyət çağırsaydı,
Bizdən izn istəyərdi.
Sevinəndə bölüşərdi,
qəmlənəndə gizlədərdi.
— Limon xanım!
— Bəli, buyur.
–    Limon xanım, filan kitab.
Stol üstə qoyulardı,
Toz altında qalan kitab.
Çağırmamış gedər-gələr,
əli işdən soyumazdı.
Oturmaqdan biz bezərdik,
Işləməkdən o doymazdı.
Dodaqaltı deyinərdi,
yəqin bir ehtiyat üçün:
gizlin kəsib aparırlar
qəzetləri sitat üçün.
Tariximiz çıxır yoxa,
Sonuncu xəbər itirdi.
Müəllimlər pıçıldaşır,
aspirantlar eşidirdi.
Ali məktəb diplomunun
Qazancı az, yeri dardı.
Bir təşəkkür eşitsəydi,
Neçə sagol, qaytarardı.
Oxudular, dagıldılar,
Hərəsi bir alim oldu.
Bu, elmlər namizədi,
O, əməkdar xadim oldu.
Unuduldu Limon xanım,
Unuduldu kitabxana.
Biri təbrik göndərmədi
Ad günündə o qadına.
Saç ağardı Limon xanım,
Eynək taxdın ala gözə.
Çağır Aşıq Ələsgəri,
“Yandı bağrım, döndü közə”.

Nəriman Həsənzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 Yanvar 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri