Icma.az
close
up
RU
Dünyaya sülh gətirən lider

Dünyaya sülh gətirən lider

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Avqustun 8-də Vaşinqtonda keçirilən tarixi üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış zamanı Azərbaycan Prezidenti İlham Əliyev ABŞ lideri Donald Trampın Nobel Sülh Mükafatına layiq olduğunu bəyan etdi. Dövlət başçısı bildirdi ki, üç onillikdən artıq müharibədə olmuş ölkələrin rəhbərlərinin burada tarixi imza atmaları həqiqətən böyük əhəmiyyət kəsb edir: “Bu, Prezident Trampın rəhbərlik səylərinin nəzərəçarpan nəticəsidir. Heç kəs buna nail ola bilməyib. 1990-cı illərin əvvəlindən burada çox prezidentlər olub, Minsk qrupu olub. Yeri gəlmişkən, 1992-ci ildə fəaliyyətə başlamış həmin qrupa bu gün biz erməni həmkarımla son qoyuruq. ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqlar üç onillikdən çox çəkdi və heç bir nəticə vermədi”.

Dövlət başçısı daha sonra sual edib: “Bəs əgər Nobel Sülh Mükafatı Prezident Trampa verilməsə, kimə verilməlidir? Mən heç bir iş görməmiş, lakin mükafat almış şəxslərlə bağlı Nobel Sülh Mükafatının çox müəmmalı qərarlarının tarixinə varmaq istəməzdim. Lakin Prezident Tramp altı ay ərzində möcüzə yaratdı”.

Azərbaycan lideri hətta Prezident Trampa Nobel Sülh Mükafatının verilməsi məqsədilə Nobel Komitəsinə Ermənistanın Baş naziri Paşinyanla birgə müraciətin göndərilməsini də təklif edib: “Düşünürəm ki, erməni həmkarım da dəstəkləyəcək. Auditoriyanın reaksiyasından hesab edirəm ki, biz qayıdan kimi birgə məktubun hazırlanması üzərində razılığa gələcəyik”.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Tramp altı ay ərzində dünyada münaqişələrin dayandırılması, sülhə nail olunması istiqamətində Afrika qitəsindən tutmuş Asiyaya qədər böyük səylər göstərib və nəticələrə nail olub. Dövlət başçısı Trampla ikitərəfli görüş zamanı bu məqama toxunaraq deyib ki, “Son bir neçə ay ərzində Asiya, Afrika və nəhayət, Cənubi Qafqaza sülh gətirdiniz. İnanılmazdır”.

Bu gün ABŞ artıq Trampın liderliyi ilə sülh yaradan dövlət missiyasını həyata keçirir. İndiyə qədər heç bir ABŞ administrasiyası Cənubi Qafqazda həqiqi sülhün olması üçün çalışmayıb. Baxmayaraq ki, fövqəldövlət olaraq bunun üçün bütün imkanlara malik olub. Üstəgəl, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri idi.

Azərbaycan Prezidenti İlham Əliyev Trampın həm birinci dönəm, həm də indiki prezidentliyi dövründəki fəaliyyətini, gördüyü işləri daim təqdir edib, onun yeni müharibələrə başlamayan lider olduğunu bəyan edib.

Ötən il II Şuşa Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlı ünvanlanan suala Prezident İlham Əliyev diplomatik tərzdə cavab verərək, Trampa öz dəstəyini ifadə etdi: “Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin eyni zamanda bu, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər”.

Nobel Sülh Mükafat dünyada sülh və əmin-amanlığ uğrunda çalışan, mübarizə aparan, sülhə nail olan, onun qoruyub saxlamağı bacaran şəxslərə və təşkilatlara verilir. Tramp da məhz bu məqsədə xidmət edir. Prezidentliyə namizəd olarkən belə bəyan etdi ki, onun zamanında heç bir müharibəyə yol verilməyəcək. İndi onun həll etməyə çalışdığı əsas problemlərdən biri də Rusiya-Ukrayna müharibəsidir. Tramp haqlı olaraq bunu “Baydenin müharibəsi” adlandırır və bildirir ki, əgər onda hakimiyyətdə olsaydı, bu müharibə təbii ki, baş verməyəcəkdir. Görünən odur ki, “Baydenin mirası” digər dövlətlərlə yanaşı, ABŞ-ın özünə də problemlər yaradıb.

Milli Məclisin deputatı Azər Allahverənov mövzu ilə bağlı “525”ə bildirib ki, avqustun 8-də Vaşinqtonda keçirilən tarixi üçtərəfli görüşdən sonra Azərbaycan, ABŞ, Ermənistan liderləri media nümayəndələrinin suallarını cavablandırarkən Donald Trampın Nobel Sülh Mükafatına layiq görülməsi ilə bağlı fikir irəli sürüldü: "Cənab Prezident İlham Əliyev hətta qeyd etdi ki, Nobel Komitəsinə birgə müraciətin göndərilməsi də mümkündür. Dialoq zamanı belə bir fikir də səsləndirildi ki, hazır bir forma, müraciət sənədi varsa, onu dərhal yerində də imzalamaq mümkündür.  Donald Tramp şübhəsiz ki, Nobel Sülh Mükafatına layiqdir, Tramp ikinci dəfə prezident seçilməzdən əvvəl cənab Prezident İlham Əliyev bildirmişdi ki, onun dönəmində ABŞ hər hansı müharibələrə başlamayıb. Əksinə, yeganə ABŞ prezidentlərindən biridir ki, nəinki müharibələrə başlayıb, onların qarşısını alıb. O, xüsusilə ikinci prezidentliyi dönəmində bütün vəchlə mövcud münaqişələrin yatırılması istiqamətində müəyyən fəaliyyət göstərməkdədir. Bu, həm Afrika qitəsində, həm Asiya qitəsində baş verir. Biz ayrı-ayrı məsələlərə nəzər saldıqda, onların arasında xüsusilə daha qabarıq şəkildə olan iki münaqişə var. Birincisi, Rusiya-Ukrayna münaqişəsidir ki, Tramp bu istiqamətdə müəyyən səylər göstərməkdədir. Nəzərə alsaq ki, son bir neçə ay ərzində, yəni may ayından bəri Rusiya-Ukrayna nümayəndələrinin iştirakı ilə üç görüş keçirilib, müsbət nəticə əldə olunmasa belə, ABŞ tərəfindən səylər davam etdirilir. Eyni zamanda, Hindistan-Pakistan münaqişəsini qeyd etmək lazımdır. Tramp Vaşinqton sammitində vurğuladı ki, hər iki dövlət nüvə silahına malikdirlər, belə olan halda müharibəyə başlanması nüvə silahının istifadəsini də qaçılmaz edəcəkdi. Bunların hamısını nəzərə alan ABŞ lideri müxtəlif səylərlə çıxış edərək, münaqişənin dayandırılmasına nail oldu. Məsələlər diplomatik müstəvidə müzakirə olunmağa başladı. Bu baxımdan yanaşanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması xüsusilə qeyd olunmalıdır. Çünki məsələn, Afrikada Ruanda-Konqo Demokratik Respublikası, Cənub-Şərqi Asiyada Kamboca-Tailand münaqişələrində əgər nizamlanma baş verdisə, Ermənistan-Azərbaycan məsələsində isə post-münaqişə dövründə sülh quruculuğunun daha da intensiv şəkildə həyata keçirilməsi üçün zəruri sənədlərin imzalanması Vaşinqtonun ev sahibliyi ilə gerçəkləşdi və burada şübhəsiz ki, Trampın çox mühüm rolu oldu. Bütün bunlar nəzərə alınaraq təbii ki, ABŞ liderinə Nobel Sülh Mükafatının verilməsi təklifi kifayət qədər əsaslandırıla biləcək bir təşəbbüsdür. Bir məsələni də yaddan çıxartmayaq ki, istənilən halda Cənubi Qafqazda, xüsusilə də Ermənistan-Azərbaycan məsələsində gərginlik bu və ya digər formada zaman-zaman özünü büruzə verirdi. Torpaqlarımız işğal altında idi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi. Daha sonra 23 saatlıq lokal antiterror əməliyyatı ilə ölkəmiz öz suverenliyini bütün ərazisində bərpa etdi. Nəticə etibarilə separatçılığa son qoymaqla dövlətimizin konstitusion əsasları ölkənin bütün ərazisində təmin edildi. Amma bu reallığı qəbul etmək istəməyən müəyyən qüvvələr var idi. Onlar bu gün də Ermənistan üzərindən təzyiq göstərməkdədirlər, onu yeni münaqişəyə sürükləməyə cəhd göstərirlər. Hətta imzalanmış sənədlərin spesifikasına da nəzər saldıqda, onlar hamısı bilavasitə sülhün təmin olunmasına xidmət edən sənədlərdir. Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklər var – Zəngəzur dəhlizi və s. Yenə də bunun üzərindən  Ermənistana təzyiq göstərməyə cəhd edən qüvvələr var. ABŞ da bu prosesdə çalışır ki, həmin qüvvələri maksimum neytrallaşdırsın ki, həssas bir dövrünü yaşamaqda olan post-münaqişə mərhələsi müəyyən təhlükələrlə üz-üzə qalmasın, əldə olunan nəticələr öz məntiqi sonluğuna çatsın. Cənubi Qafqazda sülh və təhlükəsizliyin hərtərəfli şəkildə bərqərar olması üçün yaranmış əlverişli mühit öz müsbət nəticələrini vermiş olsun”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Avqust 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri