Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

DÜNYAYA TÖHFƏ VERMƏK HƏR ÖLKƏNİN İŞİ DEYİL

DÜNYAYA TÖHFƏ VERMƏK HƏR ÖLKƏNİN İŞİ DEYİL

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Düzdür, bu gün dünyada böyük və varlı ölkələr çoxdur. Və bu böyük və varlı ölkələr  dünya siyasətinə, iqtisadiyyatına və eləcə də gündəlik həyat tərzinə diqtə etməyi bacarır. Başqa sözlə demiş olsaq, dünyanın nəhəng dövlətləri öncə özlərinin maddi  və mənəvi maraqlarını güdür və kiçik ölkələrə bir çox halda yuxarıdan aşağı baxırlar. Yəni onlar düşünürlər ki, həmin dövlət iqtisadi və hərbi cəhətdən güclüdürsə, digər kiçik və zəif ölkələr onların dediyi ilə oturub-durmalı, el dilində demiş olsaq, çaldıqları havaya oynamalıdırlar.

Amma Azərbaycan kiçik ölkə olsa da heç vaxt kiməsə, hansısa  dövlətəsə yuxarıdan-aşağı baxmayıb, dünyanın bütün dövlətləri ilə  isti, səmimi  münasibət  yaratmaq istəyib. Hansı ki dünyanın böyük ölkələri Azərbaycanın ərazisi 20 faiz işğal olanda bizə heç bir kömək etməyib və dəstək olmayıb. Ən yaxşı halda onlar ikili standartla Azərbaycana yanaşıblar. Daha doğrusu, təcavüzkarın, işğalçının, qarətçinin yanında olublar. 

Müstəqillik  əldə ediləndən sonra Azərbaycan öz daxili  imkanları  hesabına həm iqtisadiyyatını qurmağa başladı, həm hərbi sahədə  böyük islahatlar apardı və həm də işğal olunmuş  20 faiz torpağını azad etmək üçün çıxış yolları axtardı. Təbii ki, bunlar zaman-zaman əldə edildi. Amma sadəcə olaraq, ölkəmiz ağır və çətin günlər yaşadı. 30 ildə bir milyondan çox  məcburi  köçkünə və qaçqına şərait yaratmaqla bağlı ciddi addımlar atıldı. Bununla yanaşı, ölkənin iqtisadiyyatında yaranmış durğunluq, tənəzzül zaman-zaman aradan qaldırıldı. Dağ boyda yükü Azərbaycan  öz gücü hesabına çəkdi və axırda da qüdrətli bir ölkə yaratdı. 
Aydındır ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev və prezident İlham Əliyev tərəfindən yaradılmış sabitlik, əmin-amanlıq istər-istəməz dünyanın inkişaf etmiş  ölkələrinin böyük marağını yaratdı. Bu mənada ABŞ, Çin, Böyük Britaniya, İtaliya, Fransa, Rusiya, Bolqarıstan, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və çox sayda digər ölkələr Azərbaycana birmənalı  olaraq böyük maraq göstərdilər. Heç şübhəsiz, həmin ölkələr tərəfindən Azərbaycan  iqtisadiyyatına yatırılmış investisiya bu əlaqələrin möhkəmlənməsində önəmli rol  oynadı. Yəni həmin ölkələr gördülər ki, Cənubi Qafqzda ən sabit və sakit ölkə Azərbaycandır və buna görə də milyardlarla dollar məbləğində ölkəmizə neft-qaz sənayesində yatırımlar etdilər. 

Bununla yanaşı, Fransanın, Türkiyənin, Rusiyanın böyük şirkətləri ölkəmizlə iqtisadi əlaqələr  qurdular. İlk növbədə Böyük Britaniyanın BP şirkəti bu sahədə ilk addım atdı, külli miqdarda vəsait qoydu və bir müddətdən sonra onun bəhrəsini  gördü. Hansı ki bizim düşmənlərimiz, daha doğrusu, Azərbaycandan xoşu gəlməyən ölkələr beynəlxalq təşkilatlarda dövlətimizə qarşı təxribatçı çıxışlar edir, ölkəmizə marağı olan dövlətləri bu yoldan çəkindirmək istəyirdilər. Amma illər keçdikcə Azərbaycan dünyaya daha sürətlə inteqrasiya olur, böyük iqtisadi layihələr geçəkləşdirir və dünyanın ən inkişaf etmiş ölkələri dövlətimizdən böyük xeyirlər görməyə başladılar.

Ərazi bütövlüyümüz tamamilə bərpa olunandan sonra Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artdı. Bu da ondan irəli gəldi ki, ölkəmizin daha ərazi bütövlüyü ilə bağlı heç bir problemi qalmadı. Ona görə də həm beynəlxalq təşkilatlar, həm də böyük dövlətlər istər-istəməz bizimlə isti münasibətlər yaratdılar. Birləşmiş Millətlər Təşkilatının və ölkəmizin təşəbbüsü ilə Azərbaycanda çox mötəbər siyasi-iqtisadi və mədəni tədbirlər keçirildi. Hansı ki ən inkişaf etmiş ölkələrdə həmin tədbirlər keçirilərkən müəyyən problemlər yaranır və bu tədbirdə iştirak edən ölkələr narazı qalırdı. Ancaq Azərbaycanda dünya səviyyəli  tədbirlərin keçirilməsindən BMT-nin baş katibi və dünyanı idarə edən super  dövlətlər çox razı qaldılar.

Bu gün Azərbaycan kiçik dövlət olmağına baxmayaraq, dünyada gedən siyasi-iqtisadi və  ekoloji problemlərə çox böyük dəstək olur. Hətta ərazilərində müharibə gedən Fələstin kimi, İran kimi yaxın dövlətlərə maddi və mənəvi köməklik göstərir. 

Bu günlərdə ölkəmiz Cənab prezident İlham Əliyevin  göstərişi ilə İranda müharibədən əziyyət çəkən insanlara tonlarla ərzaq, su, dərman və digər zəruri qida məhsulları  göndərilib. Bütün bunlar onu göstərir ki, Azərbaycan sülhsevər dövlətdir və  qonşu ölkələrdə,  o cümlədən İranda müharibənin yaratdığı böhrana, fəsada laqeyd yanaşa bilmir və onlara öz humanitar yardımını göstərir. Axı bizim İranda 40 milyondan çox qan qardaşımız var. Onları  bu çətin və ağır gündə heç vaxt tək buraxmaq olmaz. 
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-İsrail və İran müharibəsinin dayandırılması üçün  bu gün hər cür vasitəçilik etməyə hazırdırlar. Çünki bu müharibənin uzanması birmənalı olaraq Yaxın Şərqdə, eləcə də Cənubi Qafqazda vəziyyəti gərginləşdirir və müharibənin genişlənməsinə şərait yaradır.

Ona görə də hər iki dövlət başçısı və eləcə də dünyanın digər tanınmış siyasətçiləri bəşəriyyət üçün böyük fəlakət törədə biləcək bu müharibənin qarşısının alınması üçün lazımi  addımlar atır. Heç şübhəsiz, müharibə edən ölkələr də bu addımı qiymətləndirməli, minlərlə insanın məhv olmasına, şəhərlərin, qəsəbələrin  dağılmasına imkan verməməlidirlər. Çünki heç vaxt müharibə bəşəriyyətə xeyir gətirməyib. Müharibə uşaqları yetim qoyub, anaları ağlar qoyub, şəhərləri və kəndləri  viran günə salıb. Ona görə də bu gün dünyamıza müharibə yox, sülh və əmin-amanlıq lazımdır. Bax, Azərbaycanın dünyaya intqerasiya olunması onu deməyə əsas verir ki, bu gün ölkəmiz dünyada  sülh, humanistlik və insanpərvərlik nümunəsi kimi tanınır!

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Mart 2026 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri