Dünyəvi Azərbaycan modeli kimi narahat edir?
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycanın dünyəvi dövlət olması Konstitusiya ilə təsbit edilib və ölkənin təhsil mühitində də bu prinsiplərin qorunması mühüm əhəmiyyət daşıyır".
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, bunu deputat Elçin Mirzəbəyli bildirib.
Deputat qeyd edib ki, Azərbaycan xalqı tarixən dünyəvi və tolerant dünyagörüşünə malik olub.
O bildirib ki, Şərqdə qadınlara ilk dəfə seçki hüququ verən ölkənin Azərbaycan olması xalqımızın maarifçilik ənənələrinin və mütərəqqi düşüncəsinin göstəricisidir.
"Təhsil ayrı-ayrı dini baxışların, inancların və dünyagörüşlərinin ortaya qoyulması üçün bir yer deyil. Məktəb Azərbaycan xalqının gələcəyini müəyyənləşdirən, birgəyaşayışın ilkin modelini ortaya qoyan əsas institutlardan biridir. Burada insanlar fərqli dünyagörüşlərinə baxmayaraq, eyni yanaşma ilə təhsil almaq və milli dünyagörüşünə yiyələnmək istiqamətində birləşirlər", - deyə deputat vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 12 Oktyabr 2026 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















