Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Azərbaycanda İnstaqram və Tiktok işləmir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

Razi Nurullayev yazır: “Azərbaycan dünyəvi dövlətdir”

Razi Nurullayev yazır: “Azərbaycan dünyəvi dövlətdir”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məktəb uşağın təkcə bilik aldığı yer deyil. Burada onun dünyagörüşü formalaşır, davranış mədəniyyəti inkişaf edir, insanlara və cəmiyyətə münasibətinin əsası qoyulur. 

Ona görə də məktəbdə geyim qaydaları məsələsinə yalnız xarici görünüş çərçivəsində yanaşmaq düzgün deyil. Bu, eyni zamanda məktəb mühiti, nizam-intizam, bərabərlik və milli dəyərlərlə bağlı məsələdir. Vahid məktəbli formasının əsas üstünlüklərindən biri uşaqlar arasında sosial fərqlərin geyim üzərindən qabardılmasının qarşısını almasıdır. Ailələrin maddi imkanları eyni deyil.

Bəzi valideynlər övladlarına bahalı geyimlər ala bilir, digərləri üçün isə bu, əlavə xərc deməkdir. Məktəbdə hamının eyni forma geyinməsi belə fərqlərin gündəlik münasibətlərə təsirini azaldır. Uşaqların bir-birini geyiminə görə deyil, biliyinə, davranışına və şəxsi keyfiyyətlərinə görə qiymətləndirməsi daha sağlam mühit yaradır.

Müəllimlərin geyimi ilə bağlı vahid tələblərin müəyyənləşdirilməsi də bu baxımdan məntiqli addımdır. Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyiminə dair qaydalar təsdiqlənib. Burada əsas yanaşma müəllimin təmiz, səliqəli, sadə və işgüzar üslubda geyinməsidir.

Əlbəttə, söhbət müəllimin sərbəstliyini məhdudlaşdırmaqdan getmir. Əsas odur ki, geyim onun peşə fəaliyyətinə uyğun olsun, dərsin gedişinə mane yaratmasın və məktəbin ümumi mühiti ilə uzlaşsın.

Müəllim şagird üçün yalnız dərs deyən insan deyil. O, həm də davranışı, ünsiyyəti və şəxsi nümunəsi ilə uşaqlara təsir göstərir. Müəllimin öz peşəsinə və işlədiyi mühitə münasibəti onun görünüşündə də müəyyən qədər əks olunur.

Şagirdlərdən məktəb qaydalarına hörmət tələb edilirsə, müəllimlərin də ümumi işgüzar prinsiplərə əməl etməsi təbii qarşılanmalıdır. Bu məsələnin hüquqi tərəfi də var. “Ümumi təhsil haqqında” Qanunda millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasında yer alır. 

Mənə görə, bu iki anlayışı bir-birinə qarşı qoymaq doğru deyil. Milli-mənəvi dəyərlərimizin qorunması dünyəvi təhsil sisteminə zidd deyil. Əksinə, müasir Azərbaycan məktəbi öz milli kimliyinə bağlı, eyni zamanda dünyaya açıq, sərbəst düşünən və savadlı nəsil yetişdirməyə xidmət edir.

Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə şagirdlərin geyim formalarına dair tələblərə də əlavələr edilib. Müəyyən edilmiş formanın vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun gəlməyən geyim elementlərinin istifadəsinə yol verilmir.

Bununla yanaşı, milli tariximizə, mədəniyyətimizə və mənəvi irsimizə həsr olunan tədbirlərdə pedaqoji şuranın qərarı ilə milli geyimlərdən və onların elementlərindən istifadə mümkündür. Bu detal da göstərir ki, vahid forma tələbi milli ənənələrin kənara qoyulması demək deyil.

Müzakirələrdə dini məsələnin ön plana çıxarılması isə mövzunun daha diqqətli izahını tələb edir. Azərbaycan dünyəvi dövlətdir, eyni zamanda xalqımızın tarixi və mədəniyyəti İslam dəyərləri ilə sıx bağlıdır. Ölkədə dini abidələrin bərpası, məscidlərin təmiri, dini icmalara göstərilən dövlət dəstəyi bu münasibətin real nümunələridir. Deməli, dünyəvilik dinə qarşı çıxmaq deyil. Söhbət dövlət və təhsil sisteminin qanunla müəyyən edilmiş prinsiplər əsasında fəaliyyət göstərməsindən gedir.

Məktəb bütün uşaqlar üçün ortaq məkandır. Burada fərqli ailələrdən, müxtəlif sosial mühitlərdən gələn şagirdlər eyni təhsil imkanlarından yararlanırlar. Məktəb mühitində heç bir uşağın dini baxışına, ailəsinin maddi vəziyyətinə və ya şəxsi xüsusiyyətlərinə görə ayrı-seçkiliyə məruz qalması yolverilməzdir. Eyni zamanda, uşağın dünyagörüşünün formalaşması prosesində onun hüquq və mənafelərinin qorunması xüsusi əhəmiyyət daşıyır.

“Uşaq hüquqları haqqında” Qanunun 19.2-ci maddəsində valideynlərin övladlarını öz dini əqidələrinə uyğun tərbiyə etmək hüququ tanınır. Həmin maddə uşaqların dinə etiqad etməyə məcbur edilməsini də qadağan edir. 

Burada həssas məqam valideynin hüququ ilə uşağın şəxsi inkişafı və seçim imkanları arasında tarazlığın qorunmasıdır. Bu mövzuya münasibətdə nə dini inanclara hörmətsizlik, nə də uşağın iradəsini nəzərə almayan yanaşma faydalıdır.

Uşaqların dünyagörüşü hələ formalaşma mərhələsindədir. Onlar ailədən, məktəbdən, sosial şəbəkələrdən və ətraf mühitdən müxtəlif təsirlər alırlar. Buna görə də uşaqların hər hansı dini və ya ideoloji baxışa məcbur edilməməsi, sual vermək, düşünmək və öz fikrini formalaşdırmaq imkanlarının qorunması vacibdir. Bu, dini etiqad azadlığına qarşı deyil, uşağın şəxsiyyət kimi inkişafına verilən dəyərdir.

Digər tərəfdən, geyim qaydalarının tətbiqi zamanı cəmiyyətdəki həssaslığı da nəzərə almaq lazımdır. Belə məsələlərin süni şəkildə dini qarşıdurmaya çevrilməsi heç kimə fayda gətirmir. Qaydaların mahiyyəti insanlara aydın izah edilməli, valideynlərlə məktəb arasında sağlam dialoq qurulmalıdır. Hər hansı mübahisə yarandıqda məsələ emosiyalarla deyil, qanunvericilik və uşaqların mənafeyi əsasında həllini tapmalıdır.

Bir məqamı da unutmayaq: məktəbdə intizam yalnız geyimlə təmin olunmur. Müəllimin peşəkarlığı, şagirdin dərsə münasibəti, qarşılıqlı hörmət, məsuliyyət və tədrisin keyfiyyəti məktəb mühitinin əsas göstəriciləridir.

Geyim qaydaları bu bütöv sistemin yalnız bir hissəsidir. Onun əhəmiyyətini şişirtmək də, tamamilə əhəmiyyətsiz saymaq da düzgün yanaşma deyil. Bu gün Azərbaycanın ehtiyac duyduğu gənc nəsil həm milli-mənəvi dəyərlərinə bağlı, həm də müasir dünyanın çağırışlarını anlayan, müstəqil düşünən insanlardan ibarət olmalıdır.

Belə bir nəslin yetişməsində məktəbin rolu əvəzsizdir. Vahid geyim qaydalarının da əsl mənası məhz burada üzə çıxır: məktəbdə uşaqların bərabərliyi, nizam-intizam və qarşılıqlı hörmət qorunsun, təhsilin dünyəvi xarakteri təmin edilsin, milli kimliyimizə bağlılıq isə gündəlik həyatımızın ayrılmaz hissəsi olaraq qalsın.

Razi Nurullayev,
Milli Cəbhə Partiyasının sədri, millət vəkili

"Cebheinfo.az"
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Oktyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1053

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see354

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see351

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see262

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see255

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see254

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see244

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see237

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see224

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see213

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see211

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see204

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see198

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see191

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see187

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see184

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see181

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see180

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see169

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri