Esmira Fuad: Azərbaycan dünyəvi dövlətdir və öz prinsipləri var
Apa.az saytına istinadən Icma.az xəbər verir.
“Azərbaycan dünyəvi və hüquqi dövlətdir. Ölkəmizin öz qanunları, qaydaları və prinsipləri var. Təhsil müəssisələrində vahid geyim formasının tətbiqi də bu prinsiplərə əsaslanır”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Esmira Fuad bildirib.
O qeyd edib ki, son günlər məktəblərdə geyim qaydaları ilə bağlı aparılan müzakirələr və Nazirlər Kabinetinin qərarı ətrafında yaranan fikirlər müxtəlif qüvvələr tərəfindən fərqli istiqamətlərə yönəldilir.
“Azərbaycan vətəndaş cəmiyyətinin bir nümayəndəsi olaraq, Nazirlər Kabinetinin qərarı ətrafında bəzi qüvvələrin apardığı qarayaxma kampaniyasına münasibət bildirmək istəyirəm. Azərbaycan dünyəvi dövlətdir, hüquqi dövlətdir. Azərbaycanın öz qaydaları, öz prinsipləri var”, – deyə E.Fuad vurğulayıb.
Onun sözlərinə görə, ölkədə müəllimlər üçün nümunəvi geyim qaydaları, şagirdlər üçün isə vahid məktəbli forması müəyyənləşdirilib.
“Təbii ki, bu qərara əsasən, hər bir məktəbdə şagirdlərin və müəllimlərin seçilmiş vahid geyim formasında təhsil müəssisəsinə gəlmələri və dərslərdə iştirak etmələri tələb olunur. Bu təcrübə dünya ölkələrində də mövcuddur”, – deyə o bildirib.
Esmira Fuad qeyd edib ki, vahid geyim forması təhsil müəssisələrində nizam-intizamla yanaşı, estetik görünüş baxımından da əhəmiyyət daşıyır.
“Biz klassik filmlərdə müəllimlərin və şagirdlərin vahid, gözəl, nümunəvi və estetik geyim formalarını görmüşük. Bu görüntülər hər zaman insanda xoş duyğular oyadıb”, – deyə filologiya elmləri doktoru əlavə edib.
O, məktəblərdə geyim qaydalarının tətbiqinə dünya təcrübəsi və Azərbaycanın dünyəvi dövlət prinsipləri çərçivəsində yanaşılmasının vacibliyini vurğulayıb.
Daha geniş videoda izləyin:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 11 Oktyabr 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















