Icma.az
close
up
RU
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb REPLİKA

Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb REPLİKA

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ”ı “Seltik”ə dəyişən Kamilo Duran bu klubun mətbuat xidmətinə diqqətçəkən açıqlamalar verib. Hər futbolçunun yeni komandaya keçəndə dediyi sözlər öz yerində. Ancaq kolumbiyalının bəzi ifadələri var ki, qıcıq doğurmaya bilməz. Söhbət məhz bu sözlərdən gedir:

“Seltik”in mənimlə maraqlandığını eşidəndə heç bir tərəddüdüm olmadı. Təklifə düşünmədən razılıq verdim”.


Əslində həm baş məşqçi Qurban Qurbanovun, həm də “Qarabağ”ın prezidenti Tahir Gözəlin bu transferlə bağlı dediklərindən aydın olur ki, qərar məhz Durana məxsusdu. Onun getməsini nə mütəxəssis, nə də prezident istəyirmiş. Klubun ayrılığı açıqladığı mətndə də qeyd olunduğu kimi, burda yalnız qarşı tərəflə futbolçunun istəyindən söhbət gedir.
Əlbəttə, daha çox maaş almaq, daha böyük turnirlərdə iştirak, xüsusən, millidə çıxış etmək hər futbolçunun arzusudu. Görünür, məhz bu məqamları nəzərə alan Duran Azərbaycanı tərk etmək qərarına gəlib. Həm də Çempionlar Liqasında möhtəşəm oyun göstərməsinə, liqa mərhələsində 5 qol vurmasına rəğmən, Kolumbiya millisinə çağrılmamasını premyer-liqamızın səviyyəsi ilə də əlaqələndirib. O başqa məsələ ki, “Seltik”in ÇL-də iştirakının da bu qərarda əvəzsiz rolu olub. Lakin...
Duran “Qarabağ”la müqavilə imzalayanda “Transfermarkt”dakı qiyməti 200 min avro idisə, indi 2 milyon avrodu. Yəni 10 qat baha! Bununla belə, “Seltik” onun üçün 5,5 milyon funt sterlinq ödəyəcək.
Təbii ki, futbolçunun belə inkişafı “Qarabağ”ın və Qurban Qurbanov sayəsindədi. Odu ki, heç düşünmədən “köhlən atlar”ı tərk etmək qərarını vermək bir ayıbdısa, bunu dilə gətirmək ikinci ayıbdı. Heç şübhəsiz, Duran bu məqamı nəzərə almalı, Qurban bəyin əməyini belə tez unutmamalıydı. Amma buna da tab gətirərik. Çünki elə bir neçə gün əvvəl “Qarabağ”dan “Polesye”yə transfer olunan Leandro Andrade də Bakıdan uçar-uçmaz Azərbaycanla bağlı hər şeyi hafizəsindən silmiş kimi davranmış, yeni klubunun mətbuat xidmətinə açıqlamasında burdakı karyerası barədə bir kəlmə də deməmişdi...
KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 İyul 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri