Durovdan SENSASİON İDDİA “WhatsApp mesajlarınızı başqalarına ötürür”
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Telegram”ın qurucusu Pavel Durov “WhatsApp” tətbiqinin məlumatların qorunması ilə bağlı yanaşmasını sərt tənqid edib və onu “istehlakçıların tarixdə ən böyük aldadılması hallardan biri” adlandırıb.
Bizim.Media xəbər verir ki, Durov bu barədə öz Telegram kanalında paylaşım edib.
Durov bildirib ki, WhatsApp-ın “şifrələmə” sistemi real vəziyyəti əks etdirməyə bilər:
“WhatsApp-ın “şifrələməsi” tarixdə ən böyük aldadılma hallardan biri ola bilər. Şirkətin bəyanatlarına baxmayaraq, tətbiq istifadəçilərin mesajlarını oxuyur və üçüncü tərəflərə ötürür. Telegram bunu heç vaxt etməyib və etməyəcək”, – deyə o yazıb.
Onun sözlərinə görə, WhatsApp milyardlarla istifadəçini yanlış məlumatlandırır.
Bununla yanaşı, Durov WhatsApp-a sahib olan Meta Platforms şirkətinə qarşı qaldırılmış məhkəmə iddiası ilə bağlı media materialını da paylaşıb. Materialda bildirilib ki, 2026-cı ilin yanvar ayında bir qrup beynəlxalq iddiaçı şirkətə qarşı məhkəməyə müraciət edərək, messencerin və onun ana qurumunun guya istifadəçilərin demək olar ki, bütün şəxsi yazışmalarını “saxladığını, analiz etdiyini və onlara çıxış əldə edə bildiyini” iddia edib.
Xatırladaq ki, Durov daha əvvəl də WhatsApp tətbiqinin təhlükəsiz olmadığını vurğulayıb. Onun sözlərinə görə, servisdə messencerə qarşı hücumlar üçün çoxsaylı imkanlar mövcuddur.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 10 Aprel 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















