Icma.az
close
up
RU
Düşmən gülləsinə sipər oğul

Düşmən gülləsinə sipər oğul

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalqımızın şanlı qəhrəmanlıq tarixinə qızıl hərf­lərlə yazılan mübarizə yolunda Vətənin mərd oğulları torpaqlarımızın azadlığı uğrunda misilsiz fədakarlıq göstərdilər. Hərbi anda son nəfəsinədək sadiq qalan, dö­yüş meydanında şücaət göstərən qəhrəmanlarımızdan biri də şəhid Əlihüseyn Məmmədovdur.

Əlihüseyn dürüstlüyü, sə­mimiyyəti, doğma torpağa bağlılığı ilə seçilirdi. Boya-ba­şa çatdığı ailədə milli-mənə­vi dəyərlərə bağlılıq ruhunda tərbiyə alan Əlihüseyn ətrafın­dakı insanların, dostlarının və yaxınlarının hörmətini qazan­mışdı.

Əlihüseyn Məmmədov 1998-ci ildə anadan olub. Bir müddət Şəkidə babasıgildə ya­şayıb. 2005-ci ildə Şəki şəhə­rindəki 18 nömrəli məktəbdə ilk təhsilə başlayan Əlihüseyn sonralar Bakıya valideynləri­nin yanına köçür, ibtidai təh­silini Xarici dillər təmayüllü gimnaziyada tamamlayır. Ailə­si Əlihüseynin təhsilini rayon­da davam etdirməsinə qərar verir. Beləliklə, orta təhsilini əvvəl oxuduğu Şəki şəhəri 18 nömrəli tam orta məktəbdə bi­tirir. 2016-cı ildə ADNSU-nun İstilik energetikası mühəndis­liyi fakültəsinə daxil olur və 2020-ci ildə ali təhsilini başa vurur. 

Əlihüseyn tələbəlik illərin­dən işləməyə başlayır. Böyük məsuliyyət hissi, yoldaşlarına münasibətdə son dərəcə səmi­mi olması ona hörmət qazan­dırır.

2020-ci ilin yayında Əli­hüseyn hərbi xidmətə yolla­nır. Evdə hamıya tapşırır ki, əziyyət çəkib yanına gəlmə­sinlər. Xidmət edəcəyi hərbi hissə uzaq rayonda yerləşdiyi üçün valideynlərinə əziyyət vermək istəmir. Əlihüseyn nənə-babasının yanında bö­yüdüyü üçün onlara çox bağlı idi. Nənəsi ondan ötrü yaman darıxırdı. Bu həsrəti görən valideynləri qərara alırlar ki, nənəni də götürüb əsgər ba­lalarını görməyə getsinlər. Həmin ərəfədə respublika­da pandemiya şəraiti olduğu üçün rahat hərəkət etmək ol­murdu. Müxtəlif maneələrdən keçib, nəhayət, həmin hissəyə gələn valideynlər Əlihüseyni bir qədər gözləyirlər. Sevinc dolu görüş baş tutur. Uzaq yolu əziyyətlə gəlməklərinə narazılıq edən Əlihüseyn ürə­yinin dərinliyində, bəlkə də, bu görüşə çox sevinirdi. Axı bu doğmaları ilə onun son gö­rüşü idi.

Sentyabrın 27-si 2020-ci il. Vətən müharibəsi. Qarabağ uğrunda əks-hucum əməliy­yatı ilə başlanan müharibə. Əlihüseyn 2020-ci il oktyab­rın 9-da Füzuli-Cəbrayıl-Xo­cavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. 

Prezident İlham Əliyevin sərəncamlarına əsasən Azər­baycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliy­yatlarında iştirak edərək igid­lik göstərmiş, hərbi hissə qar­şısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Məmmədov Əlihü­seyn Elşad oğlu 3–cü dərəcəli “Vətənə xidmətə görə” orde­ni, “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olundu.

Şəhidimizin əziz xatirəsi­ni doğmaları, silahdaşları və bütün Azərbaycan xalqı də­rin ehtiramla yad edir. Onun keçdiyi şərəfli həyat və döyüş yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.

Əli SADIQOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri