Icma.az
close
up
RU
Əslən Gürcüstandan olan 20 Yanvar şəhidi Yaralılara qan verməyə getmişdi, düşmən gülləsinə tuş gəldi

Əslən Gürcüstandan olan 20 Yanvar şəhidi Yaralılara qan verməyə getmişdi, düşmən gülləsinə tuş gəldi

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

1990-cı ilin Qanlı yanvarında Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən dəhşətli qırğında şəhid olan qəhrəmanlarımızdan biri də Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunun Kirəç-Muğanlı kənd sakini Vəfadar Eminovdur.

“Report”un yerli bürosu Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları ilə birlikdə Marneuli rayonunun Kirəç-Muğanlı kəndində şəhidin doğulub boya-başa çatdığı evi ziyarət edib.

Doğmaları deyir ki, V.Eminov Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin axşam şöbəsində oxuyurdu, eyni zamanda, 1 nömrəli Tikiş fabrikində fəhlə işləyirdi. Hüquqşünas kimi qanunun keşiyində durmaq arzusu olsa da, bu, həyata keçmədi. O, 1990-cı il yanvarın 21-də sessiya imtahanını verib, “5” almışdı. Lakin bu, sevinə biləcəyi bir gün olmadı. İmtahandan sonra saat 13:00 radələrində yaralılara qan vermək üçün xəstəxanaya gedir, oradan çıxarkən düşmən gülləsinə tuş gəlir.

Şəhidin cibindən çıxan sənədlər arasında tələbə bileti, qiymət kitabçası, cib dəsmalı, pencəyinin düyməsi, qəzet, bir də 30 qəpik pul var idi. Üzərindəki qəzet qana bulaşmışdı...

"Vəfadar Azərbaycanın azadlığı uğrunda şəhidliklə əbədiyyət qazandı”, - deyir onu tanıyanlar.

V.Eminovun qardaşı Etibar Eminov şəhidin mübarizliyini və Azərbaycan xalqının azadlığı uğrunda göstərdiyi fədakarlığı qürurla xatırlayır. O, Azərbaycan xalqının şəhidlərə göstərdiyi ehtiramı yüksək qiymətləndirir. E.Eminov Azərbaycan dövlətinə və xalqına şəhidlərin xatirəsini daim uca tutduğu üçün minnətdarlıq bildirir.

Şəhidin dayısı Arif Məmmədov da Vəfadarın xatirəsini sevgi və hörmətlə yad edir:

"Burada, eləcə də Bakıda onun adını daşıyan məktəblər, küçələr var, şərəfinə ucaldılan abidələr var. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı filialı şəhidə hörmət əlaməti olaraq kəndimizə qaz xətti çəkdi. Azərbaycan tərəfindən hər zaman yüksək diqqət və ehtiram görürük".

Vəfadarın əmisi oğlu Kamandar Eminov şəhidin həyatda olduğu son anları xatırlayaraq, onun 22 yanvar 1990-cı ildə tibb bacılarının xəbərdarlıqlarına baxmayaraq, qan verdikdən sonra xəstəxanadan çıxıb getdiyini və həmin vaxt snayper tərəfindən vurulduğunu söyləyir.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Azərbaycanın Gürcüstandakı səfirliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 24 yaşında şəhadətə ucalan Vəfadar Eminov Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Ümumilikdə Qanlı yanvarda şəhid olanlardan 6-sı Gürcüstan azərbaycanlısıdır.

Marneuli və Alget sakinləri 9 aprel 1989-cu ildə Tbilisidə və 20 yanvar 1990-cı ildə gecəsi Bakıda azadlıq uğrunda şəhid olan azərbaycanlı və gürcülərin xatirəsini hər il birlikdə anır.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Yanvar 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri