Icma.az
close
up
RU
Düşmənçiliyə bir addımda yaxın:Rusiyanın Azərbaycan qazı axan kəməri vurması...

Düşmənçiliyə bir addımda yaxın:Rusiyanın Azərbaycan qazı axan kəməri vurması...

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Ötən gündən başlayaraq sosial şəbəkələrdə Rusiya hərbçilərinin Odessa vilayətində magistral qaz kəmərinə zərbələr endirdiyi müzakirə obyekti olub.

Məlumatlarda qeyd olunur ki, zərbələr nəticəsində İzmail rayonunun Orlovka kəndi yaxınlığında “Orlovka-1/2” qazpaylayıcı stansiyası dağılıb. Söhbəti gedən  kəmər vasitəsilə Ukrayna  Yunanıstandan, Rumıniyadan, Türkiyə və Azərbaycandan da qaz alırdı. 

Mövzu sosial şəbəkə istifadəçilərini iki yerə ayırıb.  Bir tərəf düşünür ki, əgər Azərbaycanla  Rusiya arasında  gərginlik olmasaydı, Rusiya həmin kəməri vurmazdı. Əllərindəki fakt da odur ki,  2008-ci ildə  Rusiya Gürcüstana qarşı  işğalçı müharibəyə başlayanda  istəsəydi Bakı-Tiflis-Ceyhan boru xəttini asanlıqla bombalayardı, amma bunu etmədi! Amma politoloq Elxan Şahinoğlu bununla bağlı sosial şəbəkə hesabında dəqiqliklə qeyd etdi ki, həmin savaş uzansaydı, Kreml qəsdən boru xəttini zədələyə bilərdi:" Çünki Azərbaycan neftinin Gürcüstan və Türkiyə üzərindən dünya bazarlarına nəqli Kremlin yaralı yerlərindən biri idi".

 İkinci tərəf isə düşünür ki, Rusiya, xüsusən Putin üçün heç bir şey önəmli deyil, əsas onun məqsədləridir ki, ona da mütləq çatmaq üçün qarşısında duran hər şeyi məhv etməyə qadirdir. İstifadəçilər onu da vurğulayır ki, əgər Putin qanı qanından, dili dilindən, dini dinindən, kökü kökündən olan insanları Ukraynada amansızcasına , kütləvi şəkildə qırırsa, o Azərbaycana qarşı nələr etməz ki?

Əslində ikincilərin fikri ilə daha çox razılaşmaq olar.  Bir faktıda mən qeyd edim: Deməli,  2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalandı.Tərəfdaşlıq, müttəfiqlik, dostluq, təhlükəsizlik əlaqələri ilə bağlı yekə-yekə saziş və müqavilələr imzalandı, bəyanatllar səsləndirildi.

 Amma bu təntənəli "atəşfəşanlıqdan" heç bir ay belə  keçməmiş Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakının neft mədənlərinə bomba zərbəsi endirməyi təklif etdi. Mixail Delyaqin iddia etdi ki, Azərbaycan Rusiya üçün böyük təhlükədir və Bakının cəzalandırılması lazımdır: "Azərbaycanın neft sənayesini məhv etməli və nüvə zərbəsi endirməliyik".

 İl başa çatmamış isə Kremlin "ağzı" hesab edilən,  Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov Azərbaycana qarşı təxribat xarakterli bəyanatlar  verdi . O, kütləvi informasiya vasitələrində verdiyi geniş auditoriya kütləsinə ünvanlanan audiomüraciətində "Azərbaycanın bütün neft sənayesinin, enerji sisteminin raketlərlə bombalanması və tamamilə məhv edilməli olmasını" bildirməklə açıq çağırışlar etdi. 

Rusiya hakimiyyəti bununla bağlı hər iki rəsmi şəxs haqqında heç bir ciddi ölçü götürmədi və bu da onu göstərirdi ki, əslində Putinin sözlərini onun "ağzı" hesab edilən rəsmilər bəyan edb!

 Bu da el arasında bir misal kimi deyilən"behi-bazarı" olmayan adam anlamına gəlir. Zənnimcə, kəmərə vurulan zərbə də nəyinsə xəbərdarlığıdır, hədəsidir! Biz tanıdığımız Putin düşmənçilik aparmağa başlayanda bütün müqəddəs sədləri tapdalayır! Onun üçün pislik, rəzillik, faciə, dəhşət yaratmaq 2vur 2-dir! Bu qədər bəsit!

 Bu dəfə də yaxşı qurtardıq  !

 Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Avqust 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri