Icma.az
close
up
RU
Düşmənə ağır zərbələr vuran şəhid polkovnik leytenant

Düşmənə ağır zərbələr vuran şəhid polkovnik leytenant

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-na keçən gecə şəhid olub

Bakı, 9 oktyabr, AZƏRTAC

Kəlbəcər işğal olunanda Zaurun 13 yaşı var idi. Onun doğulduğu Başlıbel kəndi Birinci Qarabağ müharibəsində 8 hərbi, 28 mülki şəhid vermişdi. Hələ uşaq ikən rayonda baş verən Ağdaban faciəsi haqqında eşitmişdi. Eləcə də doğma kəndi Başlıbel camaatının başına gələnlərdən xəbərdar idi. Kəlbəcər işğal olunanda ermənilər əsas gediş-gəliş yolu olan Tuneli bağlamış, nəticədə kəndin 80-dək sakini işğal dövründə mühasirə həyatı yaşamış, onların yalnız 29 nəfəri dörd aylıq məşəqqətli mübarizədən sonra xilas ola bilmiş, qalanları isə həyatını itirmişdi. Bütün bunlar onda mənfur qonşularımıza və onların insanlığa zidd əməllərinə qarşı nifrət hissi yaratmışdı.

AZƏRTAC xatırladır ki, Zaur Cəfərov 1980-ci il martın 4-də Başlıbel kəndində dünyaya gəlib. Rayonun işğalından sonra onların ailəsi əvvəlcə Bərdəyə pənah aparıblar, sonra Qax rayonuna, oradan isə Bakı şəhərinə köçüblər. 1997-ci ildə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində orta təhsilini başa vurub, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub.

Həyatını hərb sahəsinə bağlayan Zaur Cəfərov 2001-ci ildə ali təhsilini başa vuraraq “Raket qoşunlarının artilleriya və raket artilleriya qoşunlarının döyüş fəaliyyətinin idarəedilməsi, operativ-taktiki, taktiki-raket, yerüstü artilleriya və sahil raket artilleriya silahlarının döyüş tətbiqi, yerüstü artilleriyanın taktiki komandanlığı” üzrə bakalavr dərəcəsi alıb. O, təhsil aldığı illərdə Rumıniya və Türkiyədə ixtisas kursunda və təlimlərdə iştirak edib. 2014-cü ilin sentyabrında isə imtahan verərək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin magistraturasına daxil olub.

2001-ci ildən ixtisaslı zabit kimi xidmətə başlayan leytenant Zaur Cəfərov 2016-cı il Aprel döyüşlərinin fəal iştirakçılarından olub. Paralel olaraq akademik təhsilini davam etdirən gənc zabit həmin ilin iyununda Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının İxtisaslaşdırılmış Elmi Şurasının qərarı ilə “hərbi idarəetmə (əməliyyat-taktiki səviyyə)” ixtisası üzrə magistr dərəcəsi alıb. Bundan sonra ona polkovnik-leytenant rütbəsi verilib və xidmətini Birinci Ordu Korpusunda davam etdirib. Nümunəvi xidməti ilə fərqlənən gənc zabit hərbi hissənin qərargah rəisi təyin olunub.

Polkovnik-leytenant Cəfərov 2016-cı il Aprel döyüşləri və 2020-ci il Tovuz döyüşlərində öz əsgərləri ilə birgə səngərdə düşmən həmlələrinə qarşı mübarizə aparıb. O, Qarabağ münaqişəsi tarixinə “Tovuz döyüşləri” kimi yazılan həmin əməliyyatlar zamanı “N” saylı hərbi hissənin qərargah rəisi vəzifəsində çalışıb. Həmin ilin sentyabrında başlanan Zəfər müharibəsinin ilk günlərindən isə o, özünü cəsur zabit kimi bir daha təsdiqləyib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində öz briqadası ilə çiyin-çiyinə vuruşub. Həmin döyüşlərdə yaxın dostları Polad Həşimov və İlqar Mirzəyevin, bibisi oğlu Yalçın Mustafayevin qisasını almaq üçün bütün bilik və bacarığını sərf edir, tabeliyində olan əsgərləri hər an düşmənin təxribatına qarşı ayıq-sayıq olmağa və onlara sarsıdıcı zərbə vurmağa səfərbər edirdi.

Bir gün döyüşlərin şiddətli vaxtında ona xəbər çatır ki, qardaşının tələbəsi, 22 yaşlı Ələkbər Ələsgərov şəhid olub. Polkovnik-leytenant onun xatirəsini əbədiləşdirmək üçün ağır döyüşlərin getdiyi bir vaxtda düşmən tankını hərbi qənimət kimi ələ keçirib, tankın üzərinə şəhidin adını həkk etdirib, təsəlli üçün şəklini çəkib, şəhidin ailəsinə göndərib və Ələkbərin qanının yerdə qalmadığını bildirib.

Qərargah rəisi kimi cəbhənin ən qaynar nöqtələrindən olan Suqovuşan-Ağdərə istiqamətində işğalçılara qarşı savaşan Zaur Cəfərov düşmənin döyüş meydanındakı hərbi texnikasını şəxsən özü idarə edərək mövqelərimizə gətirib. Onun rəhbərliyi ilə həmin istiqamətdə keçirilən hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Eyni zamanda, Zaur Cəfərovun komandanlığı altında Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmənin 4 ədəd avtomobil texnikası məhv edilib. Həmin uğurlu əməliyyatlardan sonra Azərbaycan Milli Ordusunun hissələri Suqovuşana nəzarəti ələ keçirib.

Polkovnik-leytenant Zaur Cəfərovun son döyüşü Ağdərə istiqamətində olub. O, Suqovuşan erməni işğalçılarından azad olunandan 6 gün sonra - 2020-ci il oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə istiqamətində düşmənin hücum cəhdinin qarşısını alarkən sərəncamında olan minik avtomobili ilə minaya düşərək şəhid olub. Oktyabrın 19-da polkovnik-leytenant Zaur Cəfərovun nəşi Bakı şəhərində İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Cəsur döyüşçü “Azərbaycan Bayrağı” ordeni, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:746
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri