Icma.az
close
up
RU
Azərbaycan yeni reallıqlar mərhələsində ŞƏRH

Azərbaycan yeni reallıqlar mərhələsində ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bildiyiniz kimi, oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirildi. Bu gün qurultay məndə böyük təəssüratlar yaratmışdır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilməsi baxımından xüsusi siyasi əhəmiyyət daşıyırdı. Qurultay ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyimiz Zəfərin və qarşıda duran vəzifələrin müzakirəsi üçün mühüm platforma oldu.
Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxışında Azərbaycanın nailiyyətləri ilə yanaşı, qarşıdakı dövrün əsas çağırışlarını da diqqətə çatdırdı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri aparılır, insanların doğma torpaqlarına qayıdışı təmin edilir. Əldə etdiyimiz Zəfəri qorumaq, milli birliyimizi möhkəmləndirmək və ölkəmizin davamlı inkişafına töhfə vermək hər birimizin məsuliyyətidir.
Qurultayda vurğulanan mühüm məqamlardan biri də ideoloji təhlükəsizlik məsələsi idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir”. Müasir dövrdə informasiya məkanı və sosial şəbəkələr vasitəsilə müxtəlif təsirlər cəmiyyətə nüfuz edə bilir. Buna görə də milli dəyərlərimizi, tarixi yaddaşımızı və dövlətçilik düşüncəmizi qorumaq xüsusi əhəmiyyət daşıyır.
YAP fəalı olmaq yalnız tədbirlərdə iştirak etmək deyil. Bu, dövlətçilik prinsiplərini mənimsəmək, milli dəyərlərə bağlı olmaq, insanlarla sağlam ünsiyyət qurmaq və ictimai proseslərdə məsuliyyətli mövqe nümayiş etdirmək deməkdir. Müasir informasiya mühitində daha savadlı, çevik və peşəkar olmaq, dövlət siyasətinin mahiyyətini düzgün çatdırmaq vacibdir.
Bu istiqamətdə məktəbəqədər təhsil müəssisələrinin rolu xüsusilə böyükdür. Məktəbəqədər təhsil işçilərinin müasir biliklərlə yanaşı, milli tariximizi, dövlətçilik ənənələrimizi və milli-mənəvi dəyərlərimizi dərindən bilməsi vacibdir. Ölkəmizin gələcəyinin etibarlı təminatlarından biri məktəbəqədər təhsilin inkişafıdır. Çünki güclü dövlətin təməli uşaqların kiçik yaşlarından düzgün tərbiyə alması, milli-mənəvi dəyərlərə yiyələnməsi və vətənpərvərlik ruhunda böyüməsi ilə qoyulur.
Vətənpərvərlik yalnız Vətəni sevmək haqqında danışmaq deyil. Yaxşı təhsil almaq, öz peşəsində uğur qazanmaq, qanunlara hörmət etmək və cəmiyyətə fayda vermək də vətənpərvərliyin göstəricisidir. Şəhidlərimizin və qazilərimizin bizə əmanət etdiyi dəyərləri qorumaq, Azərbaycanın daha güclü və savadlı olması üçün çalışmaq mənəvi borcumuzdur.
Yeni Azərbaycan Partiyasının əsaslandığı dövlətçilik, milli birlik və davamlı inkişaf ideyaları gündəlik fəaliyyətimiz üçün də mühüm istiqamətdir. Uşaq bağçalarında uşaqlara Vətən sevgisinin aşılanması, dövlət rəmzlərinə hörmətin formalaşdırılması və milli-mənəvi dəyərlərin qorunması gələcəyimiz naminə görülən mühüm işlərdəndir. Bu gün bağçalarda yetişdirdiyimiz uşaqlar sabah Azərbaycanın gələcəyini quracaqlar.
Biz qalib Azərbaycanın vətəndaşlarıyıq. Zəfəri qorumağın ən doğru yolu onu güclü dövlət, sağlam cəmiyyət və savadlı nəsillə gələcəyə daşımaqdır. İnanıram ki, YAP fəalları, xüsusilə məktəbəqədər təhsil işçiləri üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcək və dövlətçilik dəyərlərinin möhkəmlənməsinə öz töhfələrini verəcəklər.

Xəyalə Məmmədova

YAP Culfa şəhər körpələr evi-uşaq bağçası ərazi partiya təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Oktyabr 2026 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri