Icma.az
close
up
RU
Düşünməyin cəzası və mükafatı Günel Musa yazır

Düşünməyin cəzası və mükafatı Günel Musa yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Günel MUSA

İnsan düşünən bir varlıq olaraq dünyaya gəlsə də, düşünmək təbiətin bəxş etdiyi bir instinkt deyil, şüurun tələbi olan bir səydir. Düşünməyi bilməyən, düşünmək istəməyən insan bu səydən qaçdığı andan etibarən özünü dərk etmək haqqını da itirir. Nəticədə, özünə aid olmayan fikirlərin, doğruların və mühakimələrin içində yaşamağa məhkum olur.

Fəlsəfə tarixi boyu düşünmək insan yaradılışının təməl şərtlərindən biri olaraq görülüb. Dekart məşhur "Düşünürəmsə, deməli, varam" sözü ilə insanın varlığınının təməlində düşünmə hərəkətinin olduğuna işarə edərkən, Kant "Maariflənmə insanın öz ağlından istifadə etmək cəsarətdir" deyərək düşünməyin həm də insan azadlığının təməli olduğunu vurğulayır. Ancaq müasir dövrdə düşünən, düşünərək danışan və hərəkət edən insan sayı günbəgün azalır. Bu vəziyyət çağdaş ədəbiyyatda və fəlsəfədə "zehni məhkumluq" adlandırılır. Düşünməyən insan düşünülmüş dünyanın qoluqandallı məhkumudur artıq. Çünki insan soğru-sualsız təslim olduğu müddətdə heç bir sərhəddi aşa, ən əsası özünü inşa edə bilməz.

Filosoflar bu qənaətdədirlər ki, düşünmək zəncirləri görməklə başlayır. Bu fərqindəlik bəzən narahatlıq yarada, çox vaxt da insanı tənhalaşdıra bilər. Lakin həqiqi azadlıq rahatlığın deyil, şüurun ona vurulan qandaldan xilas olmanın nəticəsində baş verir. Hər sual bir kilidi açır, hər şübhə bir divarı yerlə-yeksan edir. Və nəticədə insan düşünməyi seçdiyi zaman dünyanı deyil, özünü yenidən yaratmış olur. Çünki azadlıq birmənalı olaraq şüurda başlayır.

Düşünmək rahatlığı tərk etmək, tək qalmağı gözə almaqdır. Hər şeyi anlamağa çalışan bir beyin bəlli bir nöqtədən sonra yalqızlığın bir parçasına çevirilir. Ona görə də düşünmək təbiət etibarilə həm də elitlik sayılır. Cəmiyyətin səssiz fəlakəti onun düşünməyi unutmasıdır. Düşünməyən cəmiyyət yaşasa da, anlamaz, eşitsə də, dinləməz, görsə də, fərqində olmaz. Belə bir topluluqda həyat axar, amma hara axdığını heç kim bilməz. Hamı məşğul görünsə də, çox az adam dərindən düşünür. İnsanın ən böyük fəlakətlərindən biri də düşünməyi öyrənib ondan istifadə etməyi seçməməsidir. Bu seçim dərk etmədən əvvəl aludəçiliyə, sonra isə rahatlığa çevrilir. Zamanla düşünməmək zəiflik yox, bir rahatlıq şəklini alır. Sorğulamaq əvəzinə qəbul etmək, bilmək yerinə eşitmək, anlamaq yerinə təkrarlamaq refleksi formalaşır. Beləliklə də, cəmiyyət öz düşüncə enerjisini yavaş-yavaş itirir.

Bugünün insanı informasiyaya hər zamankından daha yaxın olsa da, düşünməkdən bir o qədər uzaqdır. Ekranlarda, reklamlarda, qısa videolarda, barmaqlarımızın ucunda milyonlarla informasiya dolaşır. Lakin aldığımız informasiya düşüncəyə, fikrə çevrilə bilmir. Çünki düşünmək zaman, səssizlik istəyir. Müasir cəmiyyətin isə bunların heç birinə dözümü yoxdur. Biz sürətli yaşayarkən yavaşlamağın tələb etdiyi dərinliyi itirmişik həm də. Sosial vərdişlər düşünmə qabiliyyətimizin önündəki ən əsas maneələrdən biridir. Media, əyləncə, kütlə mədəniyyəti insanların başını qatsa da, zehni boşluğu əsla doldura bilmir. Fərdlər daxili səslərini eşitməyi unudur və düşüncə rahatlığın kölgəsində itib-batır.

Zaman sürətləndikcə biz də sürət həddini aşırıq. Artıq düşüncələrimizi tərəziyə qoymadan, emosiyalarımızı süzgəcdən keçirmədən danışırıq. Dərin düşüncənin yerini "paylaş" düyməsi alıb. Sosial media azadlıq vəd edərkən bizi dərin düşüncədən məhrum edir. İndi söylənilənlərin çoxu sadəcə küydən ibarətdir. Bəyənilmək, təsdiqlənmək düşünməkdən daha cazibəlidir. Nə söylədiyimiz yox, neçə nəfərin gördüyü əhəmiyyətlidir artıq. İnformasiya dərinliyini itirdikcə sürətin hökm etdiyi çağda dərin düşünənlər geridə qalır.

Düşünmədən danışan cəmiyyət isə sonunda eşitməyi də unudur. Biz informasiyanın kandarında dayanıb içəri girə bilməyən bir cəmiyyətə çevrilmişik. Cəmiyyətin düşüncəsizliyi isə tale deyil, unutqanlıqdır. Bəlkə də çağımızda ən böyük cəsarət bu səs-küylü dünyanın fonunda bir anlıq da olsa dayanıb düşünməkdir.

Rəqəmsal dünyanın qarşımıza səpələdiyi informasiya bolluğu dayaz və keçici olduğu üçün dərin düşünmək üçün zaman vermir insanlara. Buna görə də insanlar informasiya bombardmanı altında düşünmək əvəzinə, daha sürətli reaksiya verməyə fokuslanır. Sosial media, fərdlərin öz fikirlərini istehsal etməyə deyil başqalarının düşüncələrini təkrar etməyə itələyir və paylaşılan fikirlərin əksəriyyəti sorğu-sualsız mənimsənilir. Təsdiq olunmaq axtarışı düşüncəyə mane olur və fərd öz şüurundan istifadə etməyi ertələməyə başlayır.

Düşünməyən cəmiyyət orijinallığını da itirmiş olur. Başqasının davranışını, dilini, hətta hisslərini borc alır. Həyatın mərkəzinə düşüncəni deyil, dəbi, populyar olanı, çoxluğun bəyənməsini qoyur. "Mən belə düşünürəm" demək yerinə, "Hamı belə deyir" demək daha asandır çünki. Ona görə də cəmiyyətlər estetik əməliyyatlı qadınlar kimi getdikcə bir-birinə bənzəyir. Hamı fərqli görünmək istəsə də, yenə eyni qəlibə düşür. Beləliklə də, kütlə mədəniyyəti fərdi şüuru asta-asta silir.

Düşünməyən, soğrulamayan insan öz həyatının deyil, başqalarının düşüncəsinin içində yaşayır.

Buna baxmayaraq, yenə də bütün cəmiyyətlərdə bu qaranlığın arxasında az da olsa qığılcımlar var. Bəzi insanlar düşünməyi bir vəzifə deyil, yaradılış şəkli olaraq görür. Onlar qələbəliyin səs-küyündəki səssiz şüur daşlarıdır. Soğru-sual etməkdən qorxmayan, cavab ala bilməsələr belə, axtarmaqdan əl çəkməyən bu insanlar azdır, amma insanlığın istiqamətini təyin edənlər də məhz belələridir.

Tarix düşüncə azadlığı uğrunda mübarizə aparan saysız-hesabsız filosoflarla, alimlər və yazıçılarla doludur. Məhz suallar qoyan, tənqid edən və yeni fikirlər irəli sürən insanların varlığı cəmiyyətlərin inkişafı üçün həyati əhəmiyyətə malikdir. Buna görə də düşüncə azadlığını qorumaq və onu təşviq etmək təkcə fərdlərin deyil, bütün insanlığın məsuliyyəti olmalıdır. Ancaq bu şəkildə informasiya kirliliyindən xilas ola və mədəniyyətimizi inkişaf etdirə bilərik.

lll

İnsalıq tarixi boyunca azadlıq axtarışı qoldakı zəncirlərin deyil, şüurdakı zəncirlərin qırılması ilə başlayıb. Lakin düşünmək hər dövrdə təhlükəli olub. Çünki düşünmək dünyanın bizə təqdim etdiyi qəlibləri rədd etmək və öz həqiqətini yaratmaq imkanı verir. Ona görə də düşünməyi bilməyən insan ölənə qədər başqalarının qurduğu sistemin içində səssizcə yaşayıb yox olar. Ədəbiyyatın bütün böyük səsləri də yalnız bir həqiqəti fısıldayır: düşünmək bədəl tələb edir. Bu bədəl isə bəzən tənhalıqdır, bəzən kədər, bəzən isə cəmiyyətdən təcrid olunmaq.

Dostoyevskinin qəhrəmanları həyatın, hadisələrin dərinliyinə enmənin, azad düşüncənin və vicdanın ağırlığı altında əzilirlər daima. Yazıçının "Yeraltından qeydlər" əsərinin qəhrəmanı isə deyir: "Həddindən artıq şüurlu olmaq xəstəlikdir". "Cinayət və cəza" əsərinin qəhrəmanı Raskolnikov da üstün düşüncəli insandır. Ancaq bu düşüncə yükü onu cəmiyyətdən təcrid edərək psixoloji böhranlara sürükləyir.

Alber Kamünün "Yad" romanının qəhrəmanı Merso isə cəmiyyətin dəyərlərinə şübhəylə yanaşan bir fərd olaraq qarşımıza çıxır. Düşüncəsi onu ictimai normalardan uzaqlaşdıraraq tənhalığa məhkum edir.

lll

Günümüzdə də düşünmənin cəzası, bir qədər fərqli olsa belə, bizə yad deyil.

Məsələn, sosial mediada yanlış informasiyaların yayılmasını, alqoritmlərin manipulyasiyasını və ya rəqəmsal aludəçiliyi çək-çevir edənlər əksər hallarda böyük mübahisələrin mərkəzi olur. Dünyanın gələcəyi haqqında radikal proqnoz verən alimlər siyasi və iqtisadi güclərlə toqquşur.

Bütün bu sıxıntıların fonunda günümüzdə düşüncəli olmağın cəzasını çəkən, amma buna dəyəcək zəfər əldə edən insanlar da var.

Onlardan biri pakistanlı fəal Malala Yusufzaidir. Malala gənc yaşında ölkəsindəki uşaqların, xüsusilə qızların təhsil almaq haqqını fəal müdafiə etdi. Bunun cəzasını Taliban tərəfindən hədəf alınmaqla çəkdi. Ağır yaralanan Malala öz mübarizəsini davam etdirdi. Qazancı isə dünya miqyasında tanınan ən gənc təhsil fəalı olaraq Nobel Sülh Mükafatına layiq görülməsi oldu.

Daha bir örnək isə məşhur isveçli iqlim fəalı Qreta Tunberqdir. O, iqlim dəyişikliyi ilə bağlı radikal və açıq xəbərdarlıq etdiyi üçün mediada kəskin tənqidlərə və linçə, bəzi liderlər tərəfindən təhdidlərə məruz qalmışdı. Ancaq bunlar onu yolundan döndərmədi və Qreta gəncləri hərəkətə keçirdi, özü isə qlobal iqlim müzakirələrinin mərkəzində yer aldı.

Digər bir nümunə də məşhur çinli rəssam və tənqidçi Ay Veyveydir. Veyvey Çinin insan haqları siyasətini kəskin təqid edən müasir sənətçilərdəndir. Ay Veyvey bu tənqidi çıxışlarının cəzasını tez-tez saxlanılması, şəxsiyyət vəsiqəsinin əlindən alınması ilə ödəsə də, ölkəsində və dünyada azadlıq mübarizəsinin simvoluna çevirilib.

Göründüyü kimi, düşünmənin əvəzi rahatlıqdan, bəzən isə azadlıqdan imtina etməkdir. Amma gətirdiyi qazanc köklü dəyişiklik və insanlıq tarixində qalıcı bir iz buraxmaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Noyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see228

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see177

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see144

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see142

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see140

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see136

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see133

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see133

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see132

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see130

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see130

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see126

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see126

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see123

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see122

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri