Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Yüksək qan təzyiqi yaddaşı pozur

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Hobbin varsa, zövqün var! Günel Musa yazır

Hobbin varsa, zövqün var! Günel Musa yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Günel MUSA

Uşaqlıqdan həmişə bir çox hobbim olub, yenə də var. Ona görə indi heç bir hobbisi olmayan insanlar mənə qəribə gəlir. Müxtəlif səbəblərdən işimizi, həyatımızı istədiyimiz kimi qura bilməsək də, hamımız peşəmizin və ətrafımızdakı insanların bizə yapışdırdığı etiketlərdən daha artıq potensiala sahibik əslində. Məsələn, sənətçi olmaq istədiyimiz halda həkim, müəllimliyin xəyalını qurarkən mühasib, səyyah olmaq istəyərkən aqronom ola bilərik. Lakin özümüzə bir hobbi seçərkən həqiqətən daha azad oluruq. Bu yol ilə istədiklərimizi həyata keçirmək daha rahatdır. Hobbilər sayəsində özümüzü ifadə etməyin yollarını kəşf edə bilirik. Bir sözlə, hobbilər insanın strategiya qurub inkişaf etdirmək, planlı hərəkət etmə, xırdalıqları görə bilmək, problemlərin həllindəki hakimiyyətini artırır. Fikir verirsinizsə, bütün yarışma proqramlarında, işə qəbul CV-lərində namizədlərə verilən suallar arasında boş vaxtlarını necə dəyərləndirdiklərinə dair sual olur mütləq. Bu, bir namizədi tanımaq üçün verilən ən doğru sualdır, məncə də. Çünki insanın harada, nə zaman dünyaya gəldiyini, hansı məktəbi bitirib, hansı peşəni seçdiyi öz iradəsi xaricində reallaşdığı üçün o insan haqqında bütün məlumatları vermir. Amma boş vaxtlarımızda nə etdiyimiz bizim şəxsi, azad seçimlərimizdir və insanın boş vaxtlarını necə keçirdiyi onu tam mənada ifadə edir. Dünyaca məşhur sahibkarlar və ya şirkət idarəçiləri keyfiyyətli vaxt keçirə bilmələri üçün işçilərinə yaratdıqları iş mühitində yelləncəklər, oyun konsolları, stolüstü tennis, hovuzlar və ya hobbi otaqları da yerləşdirirlər. Bir çox aparıcı biznes liderləri də iş həyatındakı böhranların fürsətə çevrilməsinin vacibliyini vurğulayırlar. Dünyanın ən gənc sahibkarlarından biri olan Mark Zukerberq onun şirkətinə qoşulacaq potensial şəxslərin tərcümeyi-halları ilə yanaşı, hobbiləri ilə də maraqlanır. O, hobbiləri və ya xüsusi sahələri olan insanların digərlərindən çox fərqli perspektivlərə malik ola biləcəyinə inanır. Hobbi ilə məşğul olmaq təkcə vaxt keçirmək deyil. Sosial, təhsil və iş həyatında digər həmkarlarınızdan fərqlənmək üçün əldə etməli olduğunuz bir fəaliyyətdir.

Maraqlıdır ki, Fransada Fransua Mitteranın hakimiyyəti illərində (1981-ci ildən) Boş Vaxtları Dəyərləndirmə Nazirliyi adlı bir qurum yaradılmışdı. Əslində nazirliyin vəzifələri arasında turizm və idman olsa da, adının Boş Vaxtları Dəyərləndirmə Nazirliyi olması ictimaiyyətin diqqətini bu sahəyə çəkmək üçün bilərək düşünülmüşdü. Eləcə də 2005-ci ildə Kanadada Boş Zamanları Dəyərləndirmə, Təhsil və İdman Nazirliyi qurulub. Hobbinin insan həyatına daha əhəmiyyətli töhfələrindən biri də insanın özünə inamını artırmaqdır. Yeni bir məşğuliyyət qazanmaq, yaxud da bir layihəni tamamlamaq insanın özünə olan inamını gücləndirir. Birdən artıq hobbinin olması isə fərqli sahələrdə uğur əldə etmək fürsəti yaratmış olur. Bu müddət insanların həyatdan məmnuniyyətini artırır və şəxsi inkişaflarında rol oynayır. Bəzən insanlara boş vaxtlarını necə dəyərlədirdiyinə dair sual verəndə "Boş zamanım olmur", "Mənim hobbim işimdir" kimi klişe cavablar verirlər. Belə insanlar əsasən öz işlərini qurub uğur qazanmış insanlar olur. Amma bəzən insan həyatdan həzz almaq üçün həmin o boş zamanlarını özü yaratmalıdır.

Şübhəsiz ki, hər kəs öz işində uğurlu olmaq, yüksəlmək və daha çox qazanmaq, daha yaxşı yaşamaq istəyir. Rəqabət şərtlərinin dünənlə müayisədə bu gün daha ağır olduğu günümüzdə bunu təmin etmək olduqca çətindir. Çox işləmək lazımdır, amma uğurlu olmaq üçün təkcə işləmək yetərli olmur. Həyatını tarazlaşdırmaq üçün işləmək qədər keyfiyyətli zaman keçirməyə də ehtiyacımız olduğunu unuduruq. Yalnız işdən ibarət olan bir həyat tarazılığın itirildiyi bir həyatdır. Ağıl və ruh sağlamlığımızı qorumaq, yaradıcılığımızı canlı tutmaq və mübarizə edə bilmək üçün iş həyatı ilə keyfiyyətli zamanı tarazlaşdıra biləcəyimiz bir həyat yaşamalıyıq. Yuxarıda da qeyd etdiyim kimi, hobbilərin insan həyatında boş zamanı doldurmaqdan daha əhəmiyyətli fəaliyəti var. Hər hansı bir hobbisi olan insanlar daha asan sosiallaşa və ətrafındakı insanlarla sağlam ünsiyyət yarada bilirlər. Pedaqoji araşdırmalar da göstərir ki, uşaqların oyuncaqları ilə vaxt keçirə bilmələri təklik problemini həll etmək, ən əsası da doyumlu bir həyat yaşamaq qabiliyyətlərini artırır. Hobbilərin yetkin insan həyatındakı təsiri oyuncağın uşağın həyatındakı təsiri ilə eynidir. Hobbilər bizi özümüzə yetən, tənhalığımıza qalib gələn doyumlu və yaradıcı bir insana çevirir.

Təbii ki, hər kəsin xüsusi bir qabiliyyəti yoxdur. Ancaq hamımızın maraqlandığı, zövq ala biləcəyi bir fəaliyyət sahəsi mütləq vardır. Məcburiyyətdən deyil, öz istəyimizlə seçdiyimiz bir hobbi sahəsində peşəkarlaşmaq üçün səy göstərdikcə daha intizamlı bir həyat yaşamağa başladığımızı hiss edə bilərik. Bu şəkildə həyatımızın bütün sahələrində hədəflərimizə sarı daha qərarlı şəkildə addımlamış olarıq. Rəsm çəkərək, rəqs edərək, mahnı oxuyaraq, əl işləri ilə məşğul olaraq əslində fərqli sahələrdə uğurlu olmağın həzzini yaşaya bilərik.

İnsan qəribə varlıqdır. Həzz aldığı bir məşğuliyyət tapdığı zaman özünü itirənə qədər onunla məşğul olmaq istəyir. Bəzilərimiz bu mövzuda xüsusilə şanslıyıq. Bəzi insanlar hobbi olaraq başladıqları sahədə peşəkarlaşaraq onu işə çevirməyi bacarırlar. Sevdiyi, həzz aldığı işlə məşğul olmaq insanın xoşbəxtlik hormonlarını tətikləyir və beləcə, hobbi fərdin həyat tərzinə çevirilmiş olur. Bir çox insan "mən yaradıcı deyiləm" kimi xətalı qənaətə sahibdir. Təbii ki, hamı möhtəşəm şeirlər yazmaq, rəsmlər çəkmək və ya gözəl səslə mahnı oxumaq məcburiyyətində deyil. Ümumilikdə yaradıcılıq "möhtəşəm" olmaq deməkdirmi? Qətiyyən! Özünüzü ifadə edə bilmək, ətrafınızdakıların ittihamlarına ilişib qalmadan yeni bir şey yaratmaqdan həzz almaq da bir yaradıcılıqdır. Yaradıcı hobbilər üçün ruhun qidası demək yanlış olmaz. 2024-cü ildə İsveçrədə nəşr olunan "Frontiers in Psychology" ("Psixologiyanın sərhədləri") adlı elmi jurnaldakı bir məqalədə yaradıcı hobbilərlə məşğul olan insanların həyatdan daha çox zövq aldığı, xoşbəxtlik hissinin daha yüksək olduğu bildirilir. Bunlardan bir neçə örnək verilib. Bu örnəklər belə sıralanır:

Gündəlik yazmaq və yaradıcı yazarlıq - düşüncələrimizi kağıza tökərək inanılmaz bir rahatlıq əldə etmiş ola bilərik. Şah əsər yazmaq məcburiyyətində deyilik. Hisslərimizi, xəyallarımızı və yaşadıqlarımızı yazaraq möhtəşəm bir yenilənmə hissinə sahib ola bilərik.

Mətbəxt işləri - yaradıcılığın ifadəsi üçün ən geniş sahələrdən biri hesab olunur. Yeni reseptlər təcrübə edərək, tort bəzəyərək öz ləzzətlərimizi qataraq ortaya çıxartdığımız yeməklər yalnız qarnımız deyil, ruhumuzu da doyurmuş olur.

Əl işləri ilə məşğul olmaq - ritmik və rahatlıq təmin etdiyi üçün əl işləri mükəmməl bir hobbi seçimi ola bilər.

Müəyyən bir yaşdan sonra məna axtarışında, özünü tapmaq səyində şanslı olan insanlar var. Bir işi görərkən ona dəyər verir, məna yükləyir və gördüyü işi həyatın məqsədinə çevirir. Bu insanlar əsasən işlərini inanılmaz sevgi ilə görən insanlardır.

Uzun sözün qısası, əgər həzz aldığınız və bacardığınız bir hobbi kəşf etsəniz, öz sərhədlərinizi, nəyi daha yaxşı edə bildiyinizi də görə bilərsiniz. İntizamlı şəkildə hobbiyə vaxt ayırmaq və onu inkişaf etdirməklə zamanımızı daha yaxşı idarə etmiş olarıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://525.az
archiveBu xəbər 05 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see402

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see352

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see265

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see262

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see257

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see250

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see245

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see228

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see224

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see221

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see207

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see198

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see197

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see197

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see192

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see188

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see183

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri