Icma.az
close
up
RU
“Düşünürəm gələn il bu problemlər geridə qalacaq” Rəşad Sadıqov İdmanXəbər

“Düşünürəm gələn il bu problemlər geridə qalacaq” Rəşad Sadıqov İdmanXəbər

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Zirə” Misli Premyer Liqasının 13-cü turunda səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Günorta saat 2, süni örtüklü meydança, günəşli hava… Yevlax şəhər stadionunun ot örtüyü yenidir. Meydançanın özünü tam tutması üçün 2-3 ay lazımdır. İlk hissədə meydanda daha çox mübarizə gedirdi. Sürətli oyunun şahidi ola bilmirdik. Rəqib çox yaxşı pressinq tətbiq edirdi. İkinci hissədə sürəti bir az artırdıq. İki qol vurub olduqca önəmli qələbə qazandıq.

– İkinci hissədə əvəzetmələrdən sonra oyunun sürəti artdı. Sizcə, dəyişikliklərin rolu oldu?

– Birinci hissədə rəqib çox gümrah idi. Demək olar ki, meydanda başımızı qaldırmağa imkan vermirdilər. Azər Bağırova qarşı oynamaq həmişə çətindir. Bu gün bunu bir daha hiss etdik. Brahim Konate ilə İssa Cibrilla start heyətində olsaydı, onların yerinə Ceyhunla İsmayıl oyuna girsəydi, eyni effekti verəcəkdi. Birinci hissədə hiss olunurdu ki, futbolçularda yorğunluq var. Bu da hava şəraiti və süni örtüklə bağlı idi. Sonradan meydana daxil olanlar oyunumuzu canlandırdılar.

– İssa Cibrillanı hücumun cinahında oynatmaq effektiv olar?

– Sınayacağıq. Beynimizdə belə fikir var. Sınayacağıq deyəndə ki, İssa bizim komandaya vinger kimi gəlmişdi. Sadəcə həmin periodda sol cinah müdafiəçisi kimi ehtiyacımız var idi. Bu gün bizim Enrike kimi sol cinah müdafiəçimiz var. Bu da İssanı digər mövqelərdə istifadə etməyə imkan verir.

– Leroy Mikelsi hansı mövqedə düşünürsünüz?

– Rəqabət olacaq. Mikels də universal futbolçudur. Təki hamı sağlam olsun. Hamıya oynamaq şansı olacaq.

– Ötən turdan sonra gileyləndiz ki, “Karvan-Yevlax” və “Kəpəz”ə qarşı Yevlaxda oynayacağıq. “Zirə”yə qarşı plan olduğunu düşünürsünüz?

– Yox, plan deyil. Qeyd etmişdim ki, hər hansı qayda qoymaq lazımdır. Sabah bizim də başımıza gələ bilər, meydançamız pis ola bilər. Komanda heç olmasa 2 dövrəni bir stadionda oynasa yaxşı olar, hamı ora səfərə gedər. Bəlkə də bu gün Qəbələdə oynasaydıq, məğlub olardıq. Amma oyun daha baxımlı keçərdi. Qəsdən edildiyini düşünmürəm. Sadəcə belə alınır. “İmişli” rəqiblərini Şamaxıda qəbul edirdi. Sonra biz onlarla Qubada pis vəziyyətdə olan meydançada oynadıq. “Turan Tovuz” da həmçinin. Bizim rəqabətdə olduğunuz komandalarla ev oyununu Bakıda keçirdilər. Amma biz iki dəfə Tovuza gedəcəyik. Bunlar reallıqdır. Biz hər zaman gerçəkləri deyirik. Görməzdən gəldiyimiz, susduğumuz vaxtlar da olur. Artıq 3-4-cü komandadır ki, stadionla bağlı dəyişiklik olur. Biz bundan sonra danışdıq. Təsadüfdən elə alınır ki, rəqabət apardığımız komandalarla bir meydançada oynayırlar, bizimlə başqa meydançada.

– Hakimlər Komitəsinə yeni sədr təyin olunub. Sizcə, bu, Azərbaycan futboluna necə təsir edəcək?

– İnşallah hakimliyimizin xeyrinə olar. Uzun müddətdir ki, sədrlər əcnəbi olurdu. Mən hər zaman öz kadrlarımızın tərəfdarı olmuşam. Son vaxtlar millilərdə də öz kadrlarımıza güvənilir. Bu, bizi sevindirir. Son iki ildə hakimlərimizdə inkişaf var. Rəhim Həsənov təcrübə toplayıb. İnşallah bu yükü daşıya biləcək.

– Premyer Liqaya yeni gələn komandaların infrastrukturla bağlı problemləri olduğu görünür. Sizcə, süni şəkildə komanda sayının artırılmasına ehtiyac var idi?

– Daim bu mövzunu müzakirə edirik. Təbii örtüklü, keyfiyyətli meydançalar olsa, oyunumuz yaxşı alınacaq. Çempionatın əvvəlindən narahatlıq var idi. Rəqabət artdı. 12 komandanın olması öz effektini verdi. Bütün komandalar rəqabətə tab gətirir. Hamımızı narahat edən məqam meydança ilə bağlıdır. “Karvan-Yevlax” stadion məsələsini həll etdi. İnşallah “İmişli” də bu problemini həll edər. Gəncədə möhtəşəm stadion tikilib. Düşünürəm gələn il bu problemlər geridə qalacaq. (Sportal.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 28 Noyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri