Icma.az
close
up
RU
Düyü idxalında kəskin azalma qiymətlərə necə təsir edəcək?

Düyü idxalında kəskin azalma qiymətlərə necə təsir edəcək?

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycana düyü idxalında əhəmiyyətli azalma müşahidə olunur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-may aylarında ölkəyə 27 min 210 ton düyü gətirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,5% azdır. İdxal dəyəri də 23,8% azalaraq 25,8 milyon dollar səviyyəsində qeydə alınıb. Bu dövrdə Azərbaycana idxal olunan düyünün bir kiloqramının orta qiyməti 1,61 manat olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 1,77 manat idi. Bu da illik müqayisədə 16 qəpik və ya 9% azalma deməkdir. Maraqlıdır, Azərbaycana düyü idxalının azalmasına səbəb nədir? Bu tendensiya davam edəcəkmi? İdxalın azalması bazara necə təsir göstərəcək?

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

İstehlakçı davranışları dəyişir

İqtisad elmləri doktoru, professor Əli Əlirzayev bildirir ki, düyü üzrə əsas ixracatçı olan ölkələrdə iqlim dəyişikliyi səbəbindən qlobal bazarda düyünün qiymətlərində ciddi artım müşahidə olunur: "Təbii ki, bu vəziyyət Azərbaycanın da daxil olduğu idxalçı ölkələrin bazar davranışına təsir göstərib. Artan qiymətlər fonunda Azərbaycana gətirilən düyü həcmi azalıb və bu da yerli istehsalçılar üçün nisbətən əlverişli imkan yaradıb".

Professorun sözlərinə görə, son dövrlərdə sağlam qidalanmaya marağın artması da düyü istehlakına təsir göstərib: "Bizdə düyüdən adətən, plov bişirmək məqsədilə istifadə olunur. Plov milli mətbəximizin şah yeməyi sayılsa da, sağlam qidalanmaya meyllərin artması bu yeməyə olan marağı azaldıb. Son illər istehlakçılar arasında qarabaşaq, bulqur kimi alternativ taxılların populyarlığı artmaqdadır. Bu dəyişiklik, bir tərəfdən düyüyə olan ümumi tələbatı azaltsa da, digər tərəfdən bazarda yeni çağırışlar yaradıb".

Qiymətlər dəyişə bilər

Ekspert vurğulayır ki, bu şəraitdə yerli məhsulun bazar payının artması mümkündür. Lakin keyfiyyət və çeşid baxımından yerli məhsullar hələ ki, idxal düyülərini tam əvəz edə bilmir.

Əli Əlirzayev deyir ki, düyü idxalındakı azalma Azərbaycanın ərzaq təhlükəsizliyini gücləndirmək istiqamətində atılmış önəmli addımdır. Lakin bu uğurun davamlı olması üçün kompleks tədbirlərin həyata keçirilməsi vacibdir: "Yerli istehsal artırılmalı, məhsulun keyfiyyəti yüksəldilməli və bazar tənzimlənməlidir. Əks halda, əldə olunan nəticələr uzunmüddətli olmayacaq".

İdxaldan asılılıq davam edəcək

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, son illərdə Azərbaycanda aqrar məhsullarının istehsalında artım müşahidə olunur: "Yerli istehsalın güclənməsi, xüsusilə də düyü sahəsində məhsuldarlığın yüksəlməsi diqqət çəkir. Məhsuldarlıqda müşahidə olunan artım əsasən daha keyfiyyətli toxumların əkilməsi, aqrotexniki xidmətlərin yaxşılaşdırılması və dövlət tərəfindən ayrılan subsidiyalarla bağlıdır. Subsidiyalar imkan verir ki, aqrotexniki xidmətlər daha keyfiyyətli həyata keçirilsin. Bu da nəticə etibarilə məhsuldarlığın artmasına və yerli istehsalın güclənməsinə səbəb olur. Nəticədə, düyü idxalında müəyyən azalma müşahidə edilir".

Lakin mütəxəssis onu da vurğulayır ki, yerli istehsalın artması ilə yanaşı, düyü üzrə özünütəminetmə səviyyəsi hələ də çox aşağıdır. Ölkənin bu məhsul üzrə xaricdən asılılığı davam edir və yaxın illərdə tam daxili tələbatın ödənilməsi real görünmür: "Ölkədə düyü əsasən Mərkəzi Aran və cənub bölgələrində əkilir. Digər regionlarda isə iqlim və su təminatı bu sahə üçün yetərli deyil".

Ekspertin fikrincə, bu şərtlər daxilində ölkənin ümumi düyü tələbatını daxili istehsal hesabına ödəmək hazırkı mərhələdə mümkün deyil. Bu isə o deməkdir ki, yaxın gələcəkdə də ölkə xaricdən düyü idxalını davam etdirmək məcburiyyətində qalacaq.

Yerli istehsalçılar bazarda 15-20 faiz paya malikdirlər

İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, çəltikçiliyin inkişafına dair dövlət proqramlarının icrası nəticəsində bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə olunub: "Çəltik istehsalı xeyli genişlənib. İstehsal həcmi ümumi tələbatı ödəməyə yetməsə də, keyfiyyət göstəriciləri baxımından yerli düyü idxal olunan məhsulların əksəriyyətindən üstündür. İstehsalın genişlənməsi paralel olaraq ölkə daxilində bu məhsula olan marağı da artırıb. Azərbaycan düyüsü istehlak edən ailələrin sayı ildən-ilə artır. Yerli istehsalçılar artıq müəyyən bazar seqmentinə sahibdirlər. Bu, sektor üçün mühüm göstəricidir".

Ekspert əlavə edir ki, 2023-cü ildə Hindistanın düyü ixracına tətbiq etdiyi məhdudiyyətlər qlobal bazarda qiymət artımına səbəb olub. Bu vəziyyət Azərbaycanda yerli istehsalçılar üçün bir fürsətə çevrilib: "İdxalın azalması fonunda yerli istehsalçılar bazarda boşluğu doldurmaq üçün fəaliyyətlərini genişləndirdilər. Beləliklə, onlar daxili bazarda daha möhkəm mövqe tutmağa başladılar. Bu müsbət dinamika yaxın illərdə də davam edəcək. Bu, həm bazarda rəqabəti artıracaq, həm də yerli məhsula etimadı gücləndirəcək".

Bununla belə, ekspert qeyd edir ki, idxalın azalması hələlik qiymətlərə ciddi təsir göstərməyəcək: "Əgər yerli istehsalçılar bazarın 50 faizinə sahiblənsələr, bu zaman qiymətlərdə müəyyən ucuzlaşma müşahidə oluna bilər. Lakin mövcud iqlim və su ehtiyatları bu səviyyədə istehsala hələlik imkan vermir. Azərbaycanda düyü istehlakı ildə 70 min tona yaxındır. Bunun 75-80 faizi idxal hesabına qarşılanır. Hazırda yerli düyü istehsalçılarının bazar payı 15-20 faiz civarındadır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 İyul 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri