Yaponiyada düyü qiymətləri kəskin bahalaşıb
Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiyada düyü qiymətləri may ayında illik əsasda 101,7 faiz artaraq son yarım əsrdən çox müddətdə görülən ən böyük yüksəlişi qeydə alıb.
Banco.az xəbər verir ki, bu kəskin artım aprel ayında müşahidə olunan 98,4 faizlik artımdan və martdakı 92,1 faizlik illik yüksəlişdən sonra baş verib.
Son dövrlərdə Yaponiyada düyü qiymətləri ciddi diqqət mərkəzinə çevrilib. Hökumət ölkənin əsas qida məhsulu olan düyünün qiymətlərini sabitləşdirmək məqsədilə təcili ehtiyatlarını bazara çıxarmağa başlayıb.
Düyü qiymətlərindəki bu yüksəliş Yaponiyada əsas inflyasiya səviyyəsinin may ayında 3,7 faizə çatması ilə eyni vaxta təsadüf edir. Bu göstərici 2023-cü ilin yanvarından bu yana qeydə alınan ən yüksək səviyyədir.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 20 İyun 2025 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















