Düz oturan insanlar daha düzgün qərarlar verirlər
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Düz oturmağın insanın emosional vəziyyətinə və qərarvermə qabiliyyətinə müsbət təsir etdiyi müəyyənləşib.
Yeniavaz.com “Science Daily”yə istinadla xəbər verir ki, Kanadanın Makqil Universitetinin alimləri bədən duruşu ilə insanın psixoloji vəziyyəti arasındakı əlaqəni araşdırıblar.
Təxminən 200 nəfərin iştirak etdiyi tədqiqatda könüllülərə necə oturmalı olduqları barədə göstəriş verilməyib. Sadəcə masaların və planşetlərin hündürlüyü dəyişdirilərək iştirakçıların bir hissəsinin fərqində olmadan düz, digər hissəsinin isə önə əyilərək oturması təmin edilib.
Daha sonra iştirakçılar risk və mükafat balansını ölçən virtual oyunda sınaqdan keçirilib. Nəticədə düz oturanların daha çox risk götürərək daha yüksək qazanc əldə etdiyi məlum olub. Alimlər bunu onların daha effektiv risk analizi aparması ilə əlaqələndiriblər.
Bundan başqa, düz oturan iştirakçılarda qürur, özünəinam və pozitiv emosiyaların səviyyəsinin də daha yüksək olduğu müəyyən edilib.
Tədqiqatçılar hesab edirlər ki, masa və monitorun düzgün yerləşdirilməsi, eləcə də ekranın göz səviyyəsində olması gündəlik həyatda həm əhval-ruhiyyəyə, həm də qərarverməyə müsbət təsir göstərə bilər.
“Beləliklə, bu kəşf sübut edir ki, bədənimiz və zehnimiz bir-biri ilə sıx bağlıdır. İş rejimində və ya vacib qərarlar ərəfəsində sadəcə oturuş mövqeyini düzəltmək, zehni performansı artırmağın ən asan və effektiv yoludur”, - nəşr yazır.
Bu mövzuda digər xəbərlər:İnsanlar düz bağırsaqla nəfəs ala bilərlər
24 Oktyabr 2025 11:13
Erməni lobbisinin təsiri altında qərarlar verirlər
01 May 2026 18:46
İnsanlar niyə susmağa üstünlük verirlər?
04 Noyabr 2026 10:39
İnsanlar niyə özlərinə zərər verirlər? ARAŞDIRMA
06 Mart 2026 11:38
İnsanlar bu halda daha emosional qərarlar verir Yeni ARAŞDIRMA
22 Aprel 2025 14:56
Baxış sayı:129
Bu xəbər 08 Oktyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















