Icma.az
close
up
RU
Düzdür, 0:4 dən sonra hər hansı geridönüşə gümanım yoxdur, amma... Aslan Kərimov

Düzdür, 0:4 dən sonra hər hansı geridönüşə gümanım yoxdur, amma... Aslan Kərimov

Icma.az, Fanat saytına istinadən bildirir.

Dünən UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Omoniya"nı qəbul edən "Araz-Naxçıvan" 0:4 hesablı məğlubiyyətlə üzləşdi.Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb "Dalğa Arena"da baş tutan görüş barədə fikirlərini bölüşməsini xahiş etdik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Araz-Naxçıvan" ev oyununda böyük hesabla uduzdu. Əslində, "Omoniya"nın güclü olduğunu hamımız bilirdik. Topa nəzarət edən tərəfin təmsilçimiz olmayacağını təxmin edirdik. Müdafiədə çox sayda səhvə yol verdik. Topu ələ keçirdiyimiz anlarda belə, hücumda arzulanan şəkildə çoxala bilmirdik. Oyunçularımız hücuma qoşulmağa ehtiyat edirdilər, çünki rəqibin heyətində iti hücum qurmağı bacaran bir neçə sürətli oyunçu var idi. Bu ehtiyat daha çox futbolçu ilə həmlələr təşkil etməyimizə imkan vermədi. "Araz-Naxçıvan" çox asan qollar buraxdı. Bu səviyyədə matçda belə qollar buraxırsansa, sonradan vəziyyətdən çıxmaq çətin olur. Müdafiədəki ciddi səhvlər öz yerində, təmsilçimizin qapıçısının zərbələr zamanı topu çıxarmaq əvəzinə meydana qaytarması da vurğulanmalıdır. Bütün qolları nəzərdən keçirsək, hər birinin qarşısını almaq olardı. Biz isə yüzfaizli qol imkanları yarada bilmədik. Əks-hücumlarda belə... "Omoniya"nın məşqçilər korpusu "Araz"ın "Aris"lə əvvəlki mərhələdə keçirdiyi oyunları çox yaxşı təhlil etmişdi. Hiss olunurdu ki, təmsilçimizin güclü tərəflərini öyrənə biliblər. Top bizdə olanda futbolçularımız meydanda dərhal Felipe Santosu axtarırdılar. Rəqib oyunçular isə braziliyalıya yaxın oynayır, onun təhlükə yaratmasının qarşısını vaxtında alırdılar. "Omoniya"nın cinahda yer alan oyunçularının sürəti də qabardılmalıdır. Onlar Felipeyə sürətdə uduzmur, vəziyyəti sığortalayırdılar. Bütün bunlar böyükhesablı məğlubiyyətlə nəticələndi. Hərçənd belə oyunlar da bir təcrübədir. Düzdür, 0:4-dən sonra hər hansı geridönüşə gümanım yoxdur, amma ən azı səfərdə yaxşı oynayıb yaxşı təcrübə qazanmaq imkanımız var".

Nihat    

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://fanat.az
archiveBu xəbər 08 Avqust 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri