Qalanlarının bu altı komandanı üstələyəcəklərinə gümanım yoxdur Aslan Kərimov
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avqustun 15-də Misli Premyer Liqasında yeni mövsüm start götürəcək. Tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb hansı komandaların yüksək hədəflər uğrunda mübarizə aparacaqlarını güman etdiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Çempionat yeni formatda keçiriləcək. Legioner limitinin ləğvindən sonra Premyer Liqadakı mübarizənin necə alınacağı təbii ki, maraq doğurur. Komanda sayı artırılıb, debütantlar var. Yenilikləri izləməyi hamımız səbirsizliklə gözləyirik. İndiki durumda bəzi komandaların oyunlarına baxsaq da, digərlərini iş başında görməmişik. Məsələn, mən "Sumqayıt"ı, "İmişli"ni görməmişəm... "Kəpəz"i, "Qəbələ"ni, "Şamaxı"nı da həmçinin. Bu komandaların necə komplektləşdiklərini bilmirəm. Nə qədər gücləri, nə qədər potensialları olduğu barədə məlumatsızam. Onu deyə bilərəm ki, klublarımızın hamısı transfer bazarında aktiviydilər. Əksəriyyəti heyətlərinin yarısından çoxunu dəyişiblər. Hərəsində dörd-beş yeni sima var.
Çempionat iştirakçılarını iki yerə bölərdim. Maliyyəsi, dəyişməyən ciddi hədəfləri olanları - "Qarabağ", "Sabah", "Zirə", "Araz-Naxçıvan", təbii ki, "Neftçi" və "Turan Tovuz"u eyni kateqoriyaya daxil etmək olar. Əlbəttə, "Qarabağ" bütün komponentlərdə favoritdir, amma "altılıq"dakı qalan beş komandadan kimin neçənci olacağını indidən demək olmaz. Hərçənd qalanlarının bu altı komandanı üstələyə biləcəklərinə gümanım yoxdur. İkinci "altılıq"dakıların büdcələri bahalı legionerlərlə güclənməyə, sabit nəticələr qazanmağa omkan vermir. İstər "Sumqayıt" olsun, istər "Şamaxı", istər "Kəpəz", istərsə də qalanları, hamısında vəziyyət oxşardır. Beş minlik legionerlə əlli minlik eyni ola bilməz axı. Ucuz qiymətə gətirilmiş hansısa futbolçu da effekt verə bilər, bu, öz yerində. Bəzən belə də olur. Amma lap az maaşa oynayan bir əcnəbinin xüsusi inkişafla diqqət çəkməsi də böyük ölçüdə nəyisə dəyişmir...
Onu deyə bilərəm ki, bizi həqiqətən istər yuxarı pillələr uğrunda rəqabət, istərsə də digərlərinin mübarizəsi baxımından maraqlı çempionat gözləyir.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 12 Avqust 2025 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















