Düzgün qərar verməyin nəticəsi erməni xalqının xeyrinə olacaq Deputat
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Ermənistan Prezidenti Nikol Paşinyan çox ağıllı və praqmatik siyasətyeridir. O, erməni xalqının gələcəyini düşündüyü üçün Qarabağı tərk edən ermənilərin Azərbaycana qayıtmasının qeyri-real olduğu barədə açıqlama verib. Məncə, burada təəccüblü heç nə yoxdur. Əslində, erməni xalqının liderin fikirlərini mənimsəməsi onun xilas yoludur".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Ermənistan Baş naziri Nikol Paşinyanın xalqa müraciəti zamanı səsləndirdiyi "Qarabağı tərk edən ermənilərin Azərbaycana qayıtması qeyri-real və sülh üçün təhlükəlidir" fikrinə münasibət bildirərkən dedi.
"Qonşularla düşmənçilik edərək, hansısa separatçılıq ocağını yenidən alovlandıraraq sülhdən danışmaq mümkün deyil. Əslində erməninin qayıtması, separatçılığın qayıtması deməkdir. Paşinyan da bunu anlayır. Ermənistan bu prosesdə müəyyən addımlar atmağa məcburdur. Necə ki, Kosovada və Serbiya bu əziyyəti yaşadı, başqa ölkələr də oxşar çətinliklərdən keçdi. Deməli, vaxtında düzgün qərar verməyin nəticəsi hər halda erməni xalqının xeyrinə olacaq. Paşinyan da bunu düşündüyü üçün mövqeyini açıq şəkildə dilə gətirir", - deyə Fazil Mustafa qeyd etdi.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 20 Avqust 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















