Icma.az
close
up
RU
EAPV prezidenti: Dünya əhalisinin artması mənzil problemini daha da aktuallaşdırır

EAPV prezidenti: Dünya əhalisinin artması mənzil problemini daha da aktuallaşdırır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 may, AZƏRTAC

Hazırda iştirak etdiyim sessiya mənzil təminatı məsələsinə həsr olunub. Bu müzakirələr yalnız yeni ideyaların təqdimatı deyil, həm də BMT səviyyəsində müəyyən edilmiş qlobal inkişaf məqsədlərinin həyata keçirilməsinə xidmət edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Avrasiya Patent Təşkilatının Avrasiya patent şöbəsinin (EAPV) prezidenti Qriqoriy İvliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirlər zamanı AZƏRTAC-a açıqlamasında deyib.

Qriqoriy İvliyevin sözlərinə görə, dünya əhalisinin artması mənzil problemini daha da aktuallaşdırır.

“Əgər biz tikinti sahəsində ən yeni texnologiyalardan, innovativ modelləşdirmə və planlaşdırma üsullarından istifadə etməsək, bu problemi köhnə metodlarla həll etmək mümkün olmayacaq. Müasir texnologiyalar uzunömürlü və dayanıqlı tikinti materiallarının hazırlanmasına imkan yaradır. Bu gün elə patentlər mövcuddur ki, istifadə olunan beton materialları zaman keçdikcə daha da möhkəmlənir və yüz illərlə dayanıqlığını qoruyur. Şəhərsalmada ekoloji yanaşmaların tətbiqi də xüsusi əhəmiyyət daşıyır. Şəhərlərin inkişafı düşünülməmiş tikinti üzərində qurulmamalıdır. Bütün ekoloji tələblərə riayət olunmalı və qabaqcıl ekoloji həllər tətbiq edilməlidir”, - deyə EAPV prezidenti bildirib.

O, nümunə olaraq istifadə müddəti başa çatmış avtomobil təkərlərinin tikinti sektorunda təkrar istifadəsini göstərərək deyib: “İstifadə olunmuş avtomobil şinləri yeni tip binalar üçün möhkəm təməl konstruksiyalarının yaradılmasında tətbiq oluna bilər. Bu kimi innovativ həllər kifayət qədər çoxdur və onların tətbiqi böyük əhəmiyyət daşıyır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri