Ebola virusu yayılan ölkələrin sayı artır
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 1 noyabr, AZƏRTAC
Nigeriyanın şimal-şərqində iki nəfərin Ebola virusuna yoluxduğu ehtimal edilir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qızdırma qeydə alınan hər iki şəxs təcrid olunublar və onların tibbi göstəriciləri dəqiqləşdirilməklə yanaşı, təmaslarının da izlənməsinə başlanılıb. Həmin şəxslərdə Ebola virusunun olub-olmaması hələ təsdiqlənməyib, bu, laboratoriya testlərinin nəticələrindən sonra aydınlaşacaq.
Qeyd edək ki, oktyabrın 26-da Nigeriyada ilk xəstənin Ebola virusuna yoluxduğu təsdiqlənib. O, isveçrəli olub. Həmin şəxs Uqandadan təyyarə ilə Nigeriyaya gəlibmiş.
Bu arada, Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 5000-i keçib. Ölkənin Milli İctimai Səhiyyə İnstitutunun məlumatına görə, Konqo Demokratik Respublikasında hazırda bu virusa yoluxmuş 10 min 351 nəfər var.
Xatırladaq ki, Ebola epidemiyası bu ilin may ayında Konqo Demokratik Respublikasında və Uqandada başlayıb. Konqo Demokratik Respublikasının 8 əyalətində Eboladan yoluxma və ölüm halları aşkarlanıb. Uqanda hakimiyyəti epidemiyanı iyulun 28-də başa vurduğunu elan edib. Ümumdünya Səhiyyə Təşkilatı bunu avqustun 25-də təsdiqləyib. Keniya hakimiyyəti tərəfindən isə oktyabrın 6-da ölkədə ilk Ebola hadisəsi elan olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 01 Noyabr 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















