Ebola virusundan ölənlərin sayı 100 ü keçib
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriyada təsdiqlənmiş ölüm hallarının sayı 101-ə çatıb. Bu barədə Afrika ölkəsinin Səhiyyə Nazirliyi məlumat verib.
Hazırkı epidemiya dövründə Ebola virusuna yoluxanların sayı 550-yə çatıb. Bir gün əvvəl bu rəqəmlər müvafiq olaraq 91 və 515 idi.
Konqo Demokratik Respublikasına Ebola virusuna qarşı mübarizədə kömək etmək üçün digər ölkələrdən mütəxəssislər gəlməyə başlayıb. Konqo Demokratik Respublikasının Kommunikasiya və Media naziri Patrik Muyaiya Katembvenin sözlərinə görə, Çinli tibb mütəxəssislərindən ibarət qrup Konqonun paytaxtı Kinşasaya gəlib. O bildirib ki, "Onların tibbi yardım göstərmək və Ebola virusunun yayılmasına qarşı yerli mübarizəni dəstəkləmək missiyası üç ay davam edəcək".
Hazırkı Ebola epidemiyası ötən ay Konqo Demokratik Respublikasında və Uqandada baş verib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu, onilliklər ərzində ən böyük və ən ölümcül epidemiyalardan birinə çevrilmək təhlükəsi ilə üzləşir.
Bu mövzuda digər xəbərlər:Konqoda Ebola virusundan ölənlərin sayı 300 ü keçib
26 İyun 2026 10:13
Dəhşətli Ebola statistikası: Ölənlərin sayı 3600 ü keçdi...
22 Sentyabr 2026 11:23
Konqoda Ebola virusundan ölənlərin sayı 131 nəfərə çatıb
19 May 2026 16:46
Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb
19 İyun 2026 01:36
Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb
14 Oktyabr 2026 06:53
Baxış sayı:143
Bu xəbər 09 İyun 2026 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















