Icma.az
close
up
RU
Əbu Dabi danışıqları: "Moskva ilk fürsətdə çevriliş edəcək" Politoloq

Əbu Dabi danışıqları: "Moskva ilk fürsətdə çevriliş edəcək" Politoloq

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Xəbər verdiyimiz kimi, sabah Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində növbəti görüş baş tutacaq. Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə bir araya gələcəklər. Məlumata görə, görüşdə tərəflər arasında sülh sazişi ilə bağlı danışıqlar aparılacaq. Ermənistan müxalifətinin fikrincə, Paşinyan görüş zamanı Azərbaycan və Türkiyənin təkliflərinə razılıq verə bilər. Hətta bəzi dairələr vacib sənədin imzalanacağını da istisna etmir. Bu iddialar Ermənistanda daxili siyasi gərginliyi daha da artırıb.

Bəs görüşdə yekun sülh sazişinin imzalanması nə dərəcədə real görünür?

Erməni müxalifətinin etirazları danışıqlar prosesinə təsir göstərə bilərmi?

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Bakupost.az-a açıqlamasında bildirib ki, sabahkı görüşdə Cənubi Qafqazda yaranmış ümumi vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərində yekun sülh sazişinin imzalanması məsələsi müzakirə oluna bilər:


“Ancaq yekun sülh sazişinin sabahkı görüşdə imzalanma ehtimalı, demək olar ki, yoxdur. Çünki Rəsmi Bakının irəli sürdüyü şərtlər var. Ermənistan əvvəlcə öz Konstitusiyasını dəyişdirərək Azərbaycana qarşı ərazi iddialarını əks etdirən maddələri ləğv etməli və Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməlidir ki, Minsk qrupu ləğv edilsin.Yəni bu iki şərt yerinə yetirilmədən yekun sülh sazişinin imzalanması mümkün deyil”.

Politoloqun sözlərinə görə, hazırda elə bir vəziyyət yaranıb ki, Ermənistan üçün Azərbaycanla sülh sazişini imzalamaq və Türkiyə ilə münasibətləri normallaşdırmaq bir növ “xilas yoluna” çevrilib:

“Çünki Ermənistan hələ də blokada vəziyyətindədir. Eyni zamanda, Rusiya da Ermənistanda daxili sabitliyi pozmağa davam edir. Paşinyan hakimiyyəti son günlər Rusiya kəşfiyyatının nəzarəti altında olan erməni keşişləri, milyarderləri, eləcə də Qarabağ klanına aid olan və Rusiyaya bağlı bəzi siyasətçiləri həbs etməyə başlayıb”.

E.Xalidbəyli qeyd edib ki, Paşinyan Azərbaycanla sülh sazişi imzalayaraq Rusiyadan asılılığı azaltmaq istəyir:

“Paşinyan hakimiyyəti çox yaxşı anlayır ki, əgər Azərbaycanla sülh sazişi imzalayaraq asılılığı azalda bilməsə, Moskva ilk fürsətdə onun hakimiyyətini devirməyə çalışacaq. Bunu bildiklərinə görə, Azərbaycanla sülh sazişi imzalamağa cəhd edirlər.

Erməni müxalifətinin iddiaları isə sadəcə, ictimai rəyi çaşdırmaq məqsədi daşıyır. Əsl təhlükə Rusiya yönlü müxalifətin Ermənistan əleyhinə fəaliyyəti ilə bağlıdır. Böyük ehtimalla, sabahkı görüşdə sülh sazişinin tez bir zamanda imzalanması üçün müəyyən məsələlər müzakirə oluna bilər. Həmçinin, sazişin imzalanma yeri də gündəmə gələ bilər. Ancaq yenə də qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti hələ də rəsmi Bakının irəli sürdüyü iki əsas şərti yerinə yetirməyib. Əgər bu şərtlər yerinə yetirilsə, sülh sazişinin imzalanması üçün heç bir ciddi maneə qalmaz”.

Lalə Novruz,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 İyul 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri