Əbu Dabidə Rusiya Ukrayna görüşü olmaya bilər Səbəb
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna, ABŞ və Rusiya arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan sülh danışıqlarına ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının ikinci mərhələsi mane ola bilər.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı eksperti İvan Us çıxış edib.
Ekspert Əbu-Dabidəki görüşün real nəticə verib-verməyəcəyi ilə bağlı suala cavabında bildirib ki, noyabrın 10-da ABŞ-nin bu il ərzində İrana qarşı ikinci hərbi əməliyyat mərhələsinə başlaması istisna deyil:
“ABŞ və İran arasında hərbi əməliyyatlar başlayarsa, bundan sonra Əbu-Dabidə görüş keçirilməyə də bilər”.
O, həmçinin Rusiyanın bu danışıqlarda əsas məqsədinin ABŞ qarşısında öz biznes maraqlarını irəli aparmaq ola biləcəyini bildirib.
Ekspertin sözlərinə görə, görüş baş tutsa belə, onun ciddi nəticələr verəcəyini gözləmir.
Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Əbu-Dabidə noyabrın 10–11-də üçtərəfli danışıqlar aparması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 08 Noyabr 2026 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















