Icma.az
close
up
RU

ƏbuDabidə “Tüstüsüz gələcək” mövzusunda tədbir keçirilib

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Philip Morris International” (PMI) şirkətinin təşkilatçılığı ilə “Technovation: PMI-dən tüstüsüz gələcək” mövzusunda tədbir təşkil olunub.

APA xəbər verir ki, tədbirə “Tüstüsüz gələcək” filminin nümayişi ilə start verilib.

Daha sonra PMI şirkətinin Beynəlxalq kommunikasiya və qarşılıqlı fəaliyyətlər üzrə vitse-prezidenti Tomasso Di Covanni “Texnologiya və innovasiya: Qlobal həllərin hərəkətverici qüvvəsi” mövzusunda əsas məruzə ilə çıxış edib.

O bildirib ki, innovasiyalar əsas hərəkətverici qüvvə kimi önə çıxır. İbtidai icma quruluşunda yaşamış mağara adamlarının belə innovativ olduğunu qeyd edən məruzəçi məhz bunun sayəsində insanın digər canlılardan önə keçərək, inkişafa nail olduğunu vurğulayıb: “İnnovasiya cəmiyyəti gələcəyə aparır. Siqaret və nikotin sahəsində də innovativ yanaşmanın tətbiqi müsbət nəticələrini verir”.

Dünyada hələ də 1.1 milyard insanın siqaret çəkdiyini diqqətə çatdıran Tomasso Di Covanni siqaretə alternativ olan məhsullar hazırlandığını, istehsal edildiyini və satışa çıxarıldığını bildirib: “Məqsədimiz siqareti daha yaxşı tüstüsüz alternativlərlə əvəz etməkdir. Bizim üçün üç əsas prinsip mövcuddur: siqaret çəkmirsənsə, çəkməyə başlama; çəkirsənsə, at; atmaq istəmirsənsə, dəyiş.

2008-ci ildən indiyədək bu məqsədlə 12,5 milyard dollar investisiya yatırmışıq. 1500-dən çox alim, mühəndis, texniki və yardımçı personal bu layihə üzərində işləyir. Düşünürük ki, dövlətlərin və vətəndaş cəmiyyətlərinin dəstəyi ilə 10-15 il ərzində bir çox ölkə tüstüdən azad ola bilər”.

“PMI-nin tüstüsüz yolu: Keçmiş, indi və gələcək” mövzusunda çıxış edən PMI-nin Baş icraçı direktoru Yatsek Olçak bildirib ki, son 10 ildən də az müddətdə şirkət dəyəri 10 milyard dollar olan tüstüsüz biznes qurub: “Bu bizə investisiya yatırmağa imkan verir. 2014-cü ildə alternativ “IQOS” məhsullarını istehsal edəndə bilirdik ki, cəmiyyətə həm də cəlbedici məhsul təqdim etməliyik. Bunun üçün dizayn üzərində də işləmək lazım gəldi. Artıq 36 milyondan çox insan siqareti tüstüsüz alternativlərə dəyişib və biz bununla fəxr edirik. Lakin biz bilirik ki, daha çox iş görə bilərdik. Yeni texnologiyaların əleyhinə olanların yaratdığı maneələrə görə biz ciddi problemlərlə üzləşirik”.

Yatsek Olçak bəzi ölkələrin siqaretə alternativ məhsullara qadağa qoymasını da qeyd edib: “Siqaret çəkənlərin alternativ varianta çıxışını əngəlləməklə vaxt itiririk. Maraqlıdır ki, siqareti qadağan edən ölkə yoxdur, siqaretə alternativ məhsulları qadağan edən ölkələr var. Bizim əsas vəzifələrimizdən biri məhsullarımız haqqında daha çox məlumat vermək olmalıdır. Məhsullarımız haqqında elmi əsaslı məlumatları daha çox çatdırmalıyıq. Cəmiyyət məlumatlandırılmalıdır, insanları informasiyadan məhrum etmək olmaz. Bundan başqa, məhsullarımızın daha da təkmilləşdirilməsi üçün milyardlarla dollar investisiya qoyuruq”.

O, nikotin haqqında dezinformasiyaların da həddindən artıq çox olduğunu diqqətə çatdırıb: “Nikotin deyil, yanma problemə səbəb olur. Yanma nəticəsində meydana gələn kimyəvi maddələr siqaret çəkməklə əlaqədar xəstəliklərin kökündə dayanan səbəblərdir. Öz növbəsində risksiz olmamasına və aludəçilik yaratmasına rəğmən nikotin siqaret çəkməklə əlaqədar xəstəliklərin əsas səbəbi deyil. Biz bunu müxtəlif səhiyyə qurumlarının siqaret tüstüsündə olan maddələri dəyərləndirməsindən və kateqoriyalara ayırmasından bilirik”.

Yatsek Olçak siqaretə alternativ məhsulların tətbiqinə ilk dəfə 10 il əvvəl Yaponiyanın Naqoya şəhərində başladıqlarını xatırladıb: “Hazırda Yaponiyada tüstüsüz məhsullardan istifadə faizi çox yüksəkdir, siqaret çəkənlərin sayı isə kəskin azalıb. Analoji olaraq, İsveçdə siqaret çəkənlərin sayı çox azdır və Avropada ən aşağı göstəricidir”.

Sonra PMI-nin Xarici əlaqələr üzrə vitse-prezidenti Andrea Qontkoviçova “Qanunvericilik” mövzusunda təqdimatla çıxış edib. O qeyd edib ki, yanmayan, qızdırılan tütün məhsulları siqaretə ən yaxşı alternativdir. Xanım Qontkoviçova bildirib ki, bəzi Qərb ölkələrində tüstüsüz tütün məhsullarına keçid nəticəsində siqaret çəkənlərin sayında 25-50% azalma baş verib: “Tüstüsüz gələcək üçün hamı birlikdə çalışmalıdır. Alternativ məhsullar artıq dünyanın 90-dan çox ölkəsində tətbiq olunur. Lakin biz bütün siqaret çəkənləri əhatə etmək istəyirik. Bunun üçün nə etmək lazımdır? Düşünürük ki, məhsul əlçatan olmalı, istehlakçı tərəfindən qəbul edilməli və dadı ilə bağlı addımlar atılmalıdır. Məhsul haqqında daha çox məlumat verilməli, üstünlükləri və riskləri izah olunmalı, maarifləndirilmə aparılmalı, niyə bu məhsula keçməyin zəruriliyi açıqlanmalıdır. Məhsuldan istifadə qaydalarını bilmək də vacibdir. Bundan başqa, əsas amillərdən biri məhsulun qiymətidir. Məhsulun vergisi siqaretlərdən aşağı olmalıdır ki, bu məhsulları istehsal edən şirkətlər sərmayə yatırmağa davam etsinlər, istehlakçılar isə belə məhsullara keçsinlər. Biz məhsullarımızı siqaret çəkməyənlərə təklif etmirik, tərgitməyənlərə alternativ yol, tüstüsüz gələcək seçimi veririk”.

O, Yeni Zelandiyanın siqaretə alternativ yanmayan məhsullara keçiddə lider olduğunu söyləyib: “Yeni Zelandiyanın 2025-ci ildə siqaretdən tam azad ölkə olacağını düşünürük. Avropada bu sahədə lider isə İsveçdir. İsveç Avropa İttifaqı ölkələrində ən az siqaretin çəkildiyi ölkədir. Orada siqaret çəkənlərin payı 5.3%-ə düşüb”.

PMI-nin Cənub Şərqi Asiya, MDB, Yaxın Şərq üzrə Prezidenti Frederik de Vilde isə “PMI-nin tüstüsüz baxışının gələcəyinə dair məlumatlar” mövzusunda təqdimatla çıxış edib.

O bildirib ki, region siqaretə alternativ məhsullara keçiddə mühüm rol oynayacaq. Frederik de Vildenin sözlərinə görə, əsas məsələ istehlakçıların məlumatlandırılmasıdır: “Onların əksəriyyəti siqaretin ziyanı barədə bilmirlər, tüstüsüz tütün məhsulları, onların üstünlükləri barədə məlumatları yoxdur. Bu məsələdə iqtisadi amil, qiymət uyğunluğu da vacib rol oynayır. Bu məhsullar əlçatan olmalıdır, onların qadağan edilməsi düzgün deyil. Belə olan halda siqaret çəkənlərin sayı daha da artacaq. Düzgün qərar vermələri üçün hökumətlərə təsir etmək lazımdır. Əsas məqsədimiz siqareti tərgitməyənlərin yanmayan alternativ məhsullara keçməsinə nail olmaqdır. Bir şeyi anlamaq vacibdir ki, nikotinin özü yox siqaretin yanması nəticəsində yaranan kimyəvi maddələr problemlərə səbəb olur. Alternativ məhsullarda isə yanma prosesi yoxdur, qızma var. Alternativ məhsulların üstünlükləri elmi cəhətdən faktlarla çatdırılsa, daha çox insan siqareti atıb, bu məhsullara keçər. Artıq 36 milyondan çox insan bu addımı atıb. Bu rəqəm gələcək perspektivdən xəbər verir”.

Tədbirdə “Siqaretsiz məhsulların tənzimlənməsinin ritorikası və reallığı”, “Əsas istehlakçılardır. Bir istehlakçını belə arxa plana keçirməyən siyasət” mövzusunda panel müzakirələr, “PMI-nin çox kateqoriyalı portfeli: İstehlakçılara seçim imkanı yaratmaq” mövzusunda təqdimat olub.

Sonda tüstüsüz məhsulların sərgisi təşkil olunub. Ziyarətçilərə tüstüsüz məhsulların üstünlükləri və çeşidləri barədə ətraflı məlumatlar verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Dekabr 2024 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Xərçəng və diabetdən belə qorunun...

29 Sentyabr 2026 01:56see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

29 Sentyabr 2026 03:43see135

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri