Icma.az
close
up
RU
Tüstüsüz tütün məhsulları KONKRET

Tüstüsüz tütün məhsulları KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnsanların siqaret çəkmə tarixi çox qədim dövrlərə gedib çıxır. Bu vərdiş hətta minilliklər əvvəl formalaşıb və zamanla dəyişərək bugünki vəziyyətə gəlib. Siqaretin insan sağlamlığına, cəmiyyətə və ətraf mühitə zərərləri həddindən artıq çoxdur. Onun tərkibində 6 mindən çox kimyəvi maddə var və onların təxminən yüzə yaxını zəhərli və təhlükəlidir. Siqaretin tüstüsü ağciyərləri, ürək-damar sistemini və immuniteti zədələyir. Uzunmüddət siqaret çəkən adamda ağciyər xərçəngi, ürək tutması, bronxit və digər ölümcül xəstəliklər yaranır.

Bəs bu xəstəliklərə tutlmamaq üçün, ümumiyyətlə, bu zərərli vərdişdən uzaqlaşmaq üçün hansı addımları atmalıyıq? Bu sualın cavabı təqdim etdiyimiz müsahibədə geniş formada izah edilir.      

KONKRET.az “Philip Morris International” şirkətinin Cənub və Cənub-Şərqi Asiya, MDB, Yaxın Şərq və Afrika üzrə Elmi fəaliyyət direktoru TOMOKO İida ilə olan müsahibəni təqdim edir.

PMI-nin insan orqanizminə zərəri azaltmaq üçün müxtəlif yolları araşdırdığı məlumdur. Tüstüsüz tütün məhsulları bu zərərin azaldılmasına nə dərəcədə töhfə verib?

– Bəli, PMI tüstüsüz tütün məhsullarının zərərinin azaldılmasına mühüm töhfə vermişdir. İsveç və Yaponiya kimi ölkələrin təcrübəsi göstərir ki, siqaret çəkən böyüklər ənənəvi siqaretdən imtina edib yandırılmayan daha az zərərli alternativlərə keçdikdə, uzunmüddətli dövrdə əhalinin sağlamlıq göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşır.

Məsələn, İsveçdə snus kimi tüstüsüz məhsulların geniş istifadəsi nəticəsində ağciyər xərçəngi də daxil olmaqla siqaretlə bağlı xəstəliklərin nəzərəçarpacaq dərəcədə azalması müşahidə olunub. Eyni qaydada, Yaponiyada qızdırılan tütün məhsullarının tətbiqi siqaret satışlarının və siqaret çəkənlərin sayının kəskin şəkildə azalmasına gətirib çıxarıb.

Əlbəttə, siqaret çəkənlər üçün ən yaxşı seçim siqareti tamamilə tərgitməkdir. Lakin başa düşürük ki, bir çox insan siqareti çəkməyə davam edəcək. Belə olan halda, onlara daha az zərərli alternativlərə çıxış imkanı vermək risklərin azalmasında mühüm rol oynaya bilər. Siqaretdən tamamilə imtina etmək istəməyənlərin bu alternativlərə keçməsi sayəsində qısa müddətdə (3-6 ay) əhalinin sağlamlığı baxımından öskürəyin azalması və tənəffüsün yaxşılaşması kimi real faydalar görünür, əhali səviyyəsində isə 30–40 il ərzində siqaret çəkməklə bağlı xəstəliklərin azaldığını görəcəyik.

Ümid edirik ki, belə nəticələr Azərbaycanda da əldə oluna bilər, bunun üçün yetkin siqaret çəkənlərin tüstüsüz alternativlərə çıxış imkanlarını təmin etmək lazımdır.

Bu məhsullar niyə ənənəvi siqaretlərdən daha az zərərli hesab olunur?

– Çox yaxşı sualdır. Məsələn, siqareti yalnız yandırıb çəkdiyiniz zaman 6000-dən çox kimyəvi maddə əmələ gəlir və onların təxminən yüzə yaxını xüsusilə təhlükəli və zərərli maddələrdir. Hamısı eyni dərəcədə zərərli olmasa da, məhz həmin yüzə yaxın maddə insan sağlamlığı üçün ən böyük risk yaradır. Buna görə biz daha az zərərli alternativ məhsullar hazırlayıb istifadəyə veririk ki, siqareti tərgitməyən və çəkməyə davam edən insanlar ən azı bu alternativlərdən birini seçərək sağlamlıqlarına dəyən zərəri azaltsınlar.

Bundan başqa, artıq biz çoxsaylı kliniki tədqiqatlar aparmağa ehtiyac duymuruq, çünki məhsullar bir çox bazarlarda, o cümlədən sizin ölkənizdə də əlçatandır. Bu gün biz real dünya məlumatları (real-world data) toplayırıq: məhsullarımıza keçid edən insanları uzunmüddətli izləyirik və əhalinin sağlamlıq göstəricilərində hansı dəyişikliklərin baş verdiyini öyrənirik.

Məhz bu yolla bilirik ki, İsveç kimi ölkələrdə siqaretlə bağlı xəstəliklərin səviyyəsi azalır və Yaponiya da tezliklə ona qoşulacaq. Məhsullarımız artıq 97 ölkədə satılır və biz həmin ölkələrdə məhsullarımıza keçən insanların sağlamlıq göstəricilərini izləyərək, əhalinin sağlamlığına real təsiri müşahidə edə bilirik.

Şirkətiniz tütün istehlakının insanlara vurduğu zərəri minimuma endirmək üçün hansı tədqiqatları aparır? Yaxın gələcəkdə yeni həllər gözləyə bilərikmi?

– Ümumiyyətlə, zərərin azaldılmasının iki əsas elementi var. Onilliklərlə aparılan tədqiqatlardan öyrəndiyimiz budur ki, əlbəttə, zərərli kimyəvi maddələrin təsirini azaltmaq vacibdir, lakin biz həm də zərərin azaldılmasının ikinci vacib elementini öyrəndik: siqaret çəkənin həmin məhsulu qəbul etməsi azı kimyəvi zərərin azaldılması qədər önəmlidir.

Məsələn, əgər biz tamamilə risksiz məhsullar hazırlaya bilsək belə, əgər siqaret çəkənlər dad fərqi, istifadə vərdişi və ya digər səbəblərə görə həmin məhsullara keçmək istəməsələr, bu halda əhalinin sağlamlığı baxımından heç bir müsbət təsir olmayacaq.

Araşdırmalardan öyrəndiyimiz odur ki, biz bir tərəfdən mümkün qədər çox zərərli kimyəvi maddələri azaltmalı, digər tərəfdən isə istehlakçıların qəbul edib keçmək istədiyi məhsullar təqdim etməliyik. Bu, diqqətimizi üzərində cəmləşdirdiyimiz iki əsas elementdir.

Məqsədimiz, əlbəttə ki, ilk növbədə sağlamlığa dəyən zərəri azaltmaqdır. Amma ikinci əsas məqsəd odur ki, istehlakçı məhsulu dadına, istifadəsinə və ya digər xüsusiyyətlərinə görə rədd etməsin, əksinə, onu qəbul etsin və keçid etməyə hazır olsun.

Bəzi insanlar deyirlər ki, bu yeni məhsulların dadı əvvəlki siqaretlərdən fərqlidir, “öncədən olduğu kimi ləzzətli deyil”, “qızdırılanda tam eyni effekti vermir”. Onlar soruşurlar: insanlar əvvəlki siqaret təcrübəsini itirməsinlər deyə, siz dad və istifadə baxımından nə edirsiniz? Dadın fərqli olmamasına necə əmin olursunuz və bunun üçün hansı tədbirlər görülür?

– Bu, çox açıq bir sualdır. Əvvəlcə qeyd etmək lazımdır ki, siqaret yanma nəticəsində istifadə olunur, qızdırılan məhsullar isə qızdırma yolu ilə işləyir. Buna görə də dadın tam eyni olması mümkün deyil. Bu, tavada kotleti qızartmaqla, eyni kotleti suda bişirmək arasındakı fərq kimidir — hər ikisi ət olsa da, dadları fərqli olur.

Biz də anlayırıq ki, qızdırılan tütün məhsulları ilə siqaret arasında dad fərqi qaçılmazdır. Amma eyni zamanda istehlakçılar üçün bu fərqi minimuma endirmək üçün çalışırıq. Məhsullarımızı elə hazırlayırıq ki, onların istifadəsi daha rahat və daha məqbul olsun.

Təcrübə göstərir ki, istifadəçi məhsula bir-iki həftə davamlı şəkildə uyğunlaşdıqdan sonra bu fərq artıq o qədər də hiss olunmur. Məhz buna görə də statistik göstəricilərimizə əsasən, siqareti tərgitib qızdırılan məhsullara (məsələn, IQOS-a) keçən insanların təxminən 75%-i həmin məhsuldan istifadə etməyə davam edir və geri siqaretə qayıtmır.

Başqa sözlə, istifadəçilərin təqribən 75%-i siqareti tamamilə atır və yalnız alternativ məhsullardan istifadə edir. Bu da əhalinin sağlamlığı baxımından çox əhəmiyyətli nəticədir.

“Philip Morris”in Tədqiqat və İnkişaf mərkəzlərində tüstüsüz məhsulların sağlamlığa təsiri ilə bağlı hansı mühüm nəticələr əldə olunub?

– Mən bu sualın cavabında elm, şəffaflıq və qəbul edilmənin önəminə toxunacam.

Əslində, bizim komandamızın işi də məhz bundan ibarətdir. Birincisi, bütün məlumatlarımızı və qiymətləndirmələrimizi açıq mənbələrdə dərc edirik, tədqiqat nəticələrimizi tam şəffaf şəkildə bölüşürük ki, hər kəs onlara çıxış əldə edə bilsin.

İkincisi, biz tibbi və elmi ictimaiyyətlə ünsiyyət qururuq və onlardan nəticələrimizi müzakirə etmələrini xahiş edirik. İstəyirik ki, bizim elmi işlərimizə baxsınlar, öz təhlillərini aparsınlar, nəticələrimizin düzgünlüyünü təsdiqləsinlər ki, ümumi bir anlayış və razılaşma yaransın.

Üçüncüsü və ən vacibi isə, maraq artdıqca dövlətin özü müstəqil təhlillər aparır. Bu, ən yaxşı yanaşmadır. Çünki səhiyyə nazirliyi kimi qurumlar mövcud məlumatları incələyərək, obyektiv rəy verə bilər.

Amma burada başqa bir mühüm tərəf də var: bu məhsullar istehlakçı tərəfindən qəbul ediləcəkmi? Əgər insanlar qəbul etməsələr, onda onların sağlamlığa faydası sıfıra bərabər olacaq. Ona görə də məsələ təkcə texnologiyanın hazırlanması və ya məhsulun kimyəvi cəhətdən daha az zərərli olması deyil. Əsas məsələ həm də siqaret çəkənlərin həmin alternativi qəbul etməsidir.

Biz çalışırıq ki, məhsullarımız həm daha az zərərli olsun, həm də insanlar tərəfindən istifadə üçün uyğunlaşsın. Yalnız bu halda tüstüsüz məhsullar siqaretin yerini tutaraq insanların sağlamlığı üçün real fayda verə bilər.

Son elmi nailiyyətlərin tətbiqi ilə tamamilə zərərsiz tütün məhsulu əldə etmək mümkündürmü və bu istiqamətdə işlərin hazırkı vəziyyəti necədir?

– Hal-hazırda üzərində işlədiyimiz məhsullardan biri nikotin kisəcikləridir (nicotine pouch). Bu məhsullar mövcud siqaretsiz alternativlər arasında belə ən az zərərli hesab olunur.

Nikotin kisəciklərinin kimyəvi tərkibinə baxdıqda görürük ki, onlar siqareti tərgitmək üçün istifadə olunan nikotin əvəzləyici terapiyaya (nikotin saqqızı, plastır və s.) olduqca bənzəyir. Yəni burada tütün yoxdur, sadəcə nikotin xüsusi formada ağız boşluğu vasitəsilə qəbul olunur.

Buna görə də ümid edirik ki, siqaretdən imtina etməyən, amma nikotindən istifadəni davam etdirən insanlar üçün nikotin kisəcikləri daha az zərərli alternativ ola bilər və onlar siqaretdən bu məhsullara keçid edərlər.

Fadil Paşayev,

Qazaxıstan, Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Oktyabr 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see290

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see232

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see192

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see140

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see140

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see122

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see122

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see122

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri