Icma.az
close
up
RU
Əbülfəs Qarayev uzun müddət sonra göründü Foto

Əbülfəs Qarayev uzun müddət sonra göründü Foto

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aprelin 7-də Azərbaycan Dillər Universitetində tanınmış alim, Azərbaycanın ictimai-mədəni həyatında özünəməxsus yeri olan, zəngin mənəvi irsi və çoxşaxəli fəaliyyəti ilə seçilən görkəmli ziyalı Revekka Yuliyevna Barsukun 110 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib.

Kult.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Həmidə Əliyeva tədbirin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, Revekka Yuliyevna Barsuk öz dövrünün maarifçi və təşəbbüskar simalarından biri kimi cəmiyyətin inkişafına mühüm töhfələr vermiş, təhsil və mədəniyyət sahəsində səmərəli fəaliyyəti ilə seçilmişdir. Onun zəhməti, fədakarlığı və yüksək mənəvi keyfiyyətləri bu gün də dərin ehtiramla xatırlanır.

Dəyərli alim, tərcüməçi, Azərbaycan Xarici Dillər İnstitutunun professoru Revekka Yuliyevna Barsukun həyat və yaradıcılığını əks elətdirən videoçarx izlənilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, görkəmli alim, tərcüməçi Revekka Barsuk haqqında ürək sözlərini bölüşüb. Bildirilib ki, görkəmli ziyalı Revekka Yuliyevna Barsukun anadan olmasının 110 illiyi münasibətilə keçirilən xatirə tədbiri onun həyat və yaradıcılığına bir daha nəzər salmaq, gələcək nəsillərə örnək olan fəaliyyətini tədqiq etmək baxımından xüsusi əhəmiyyət kəsb edir.

Rektor çıxışında Revekka Barsukun elmi və pedaqoji fəaliyyətinin Azərbaycan elm və təhsil tarixində xüsusi yer tutduğunu vurğulayaraq, onun zəngin yaradıcılıq irsinin bu gün də öz aktuallığını qoruduğunu qeyd edib.

Akademik Kamal Abdulla xanım Barsukun tərcümə sahəsindəki xidmətlərini yüksək qiymətləndirərək, onun müxtəlif dillər və mədəniyyətlər arasında körpü rolunu oynadığını diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov tanınmış ziyalı Revekka Barsukun həyat və yaradıcılığı haqqında danışıb. Nazir müavini qeyd edib ki, Revekka Barsukun zəngin irsi bu gün də tədqiqatçılar və gənc nəsil üçün dəyərli mənbə olaraq qalır, milli-mənəvi dəyərlərin təbliğinə töhfə verir.

Sabiq mədəniyyət naziri, ADU-nun məzunu Əbülfəs Qarayev çıxış edərək Revekka Barsukun həyat və elmi fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. O, Barsukun zəngin elmi irsindən, pedaqoji fəaliyyətindən və tələbələrinə göstərdiyi xüsusi qayğıdan bəhs edərək, onun Azərbaycan elmi və təhsil mühitində silinməz iz qoyduğunu vurğulayıb.

Əbülfəs Qarayev öz müəlliminə olan dərin sevgi və hörmətini ifadə edərək bildirib ki, Revekka Barsukun xatirəsi onun üçün hər zaman əzizdir və daim ehtiramla yad olunur.

Daha sonra çıxış edənlər - filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rafiq Salahov, pedaqogika elmləri doktoru, professor Akif Abbasov, pedaqogika elmləri doktoru, professor Dilarə İsmayılova, professor Adil Babayev, Lalə Alahverdiyeva, professor Fərman Zeynalov, dosent Misgər Məmmədov, professor Məsmə Qazıyeva Revekka Yuliyevna Barsukla bağlı xatirələrini bölüşüblər.

Çıxışçılar xanım Barsukun yüksək insani keyfiyyətlərindən, zəngin elmi irsindən və pedaqoji fəaliyyətindən bəhs edərək, onun tələbələrinə və həmkarlarına daim qayğı ilə yanaşdığını, elmi mühitdə xüsusi hörmət qazandığını vurğulayıblar.

Qeyd olunub ki, xanım Barsukun elmi fəaliyyəti yalnız öz dövrü ilə məhdudlaşmır, bu gün də öz aktuallığını qoruyur və gələcək nəsillər üçün dəyərli örnəkdir.

Tanınmış jurnalist, tərcüməçi, Revekka Yuliyevna Barsukun oğlu Mixail Qusman tədbiri təşkil edən ADU rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Mixail Qusman anasının xatirəsinə göstərilən diqqət və ehtiramın ailəsi üçün böyük mənəvi dəyər daşıdığını vurğulayaraq, bu cür tədbirlərin görkəmli ziyalıların irsinin yaşadılmasında mühüm rol oynadığını qeyd edib.

Mixail Qusman çıxışında həmçinin bildirib ki, Revekka Barsukun həyatı və fəaliyyəti yalnız bir ailənin deyil, bütövlükdə cəmiyyətin yaddaşında dərin iz buraxıb. O qeyd edib ki, Barsukun elmi və mənəvi irsi bu gün də yaşayır, onun yetişdirdiyi tələbələr və davamçıları tərəfindən yaşadılır və inkişaf etdirilir.

Mixail Qusman anasının Azərbaycanla bağlı xatirələrinin hər zaman xüsusi yer tutduğunu vurğulayaraq, onun bu ölkəyə olan sevgi və bağlılığının ailə dəyərlərində də yaşadığını diqqətə çatdırıb. O, belə tədbirlərin xalqlar arasında dostluq və mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə verdiyini qeyd edib.

Tədbir müzakirələrlə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Aprel 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri