Icma.az
close
up
RU
Eçmiədzindən Vatikana “şikayət məktubu”...

Eçmiədzindən Vatikana “şikayət məktubu”...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qədim alban irsi erməni kilsəsində “zəlzələ” effekti yaradıb

Azərbaycandakı multikultural həyat tərzi, dözümlülük və tolerantlıq hər zaman nümunə olaraq göstərilib. Cənubi  Qafqazın lider ölkəsi olan Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu mənada, zaman-zaman Azərbaycan təcrübəsinin öyrənilməsinə ehtiyac yaranır - bu təcrübə isə qlobal sabitliyin təminində mühüm amil kimi önə çıxır. Məsələn, Azərbaycanda həm dini, həm də milli rəngarəngliyə baxmayaraq, insanlar arasında heç bir fərq qoyulmur - hətta bütün dinlərə mənsub tarixi abidələrimiz qorunub saxlanılır. Zəngin qədim tarixə malik Azərbaycandakı dini abidələrə dövlət tərəfindən qayğı göstərilir.

Qeyd edildiyi kimi, beynəlxalq aləm davamlı şəkildə Azərbaycanda mövcud olan bu yüksək və hələ qədim zamanlardan formalaşan yaşam tərzinin araşdırmasını aparır, bu istiqamətdə konfranslar keçirir, müzakirələr açır. Azərbaycanın müvafiq strukturları da bu istiqamətdə səylərini əsirgəmirlər - amma təssüf ki, bu kimi yüksək dəyərləri təbliğ edən tədbirlər bir sıra məkrli dairələr tərəfindən qərəzlə qarşılanır, bu  qarşı kampaniyalar aparılır...

Alban irsi Vatikanda müzakirə olunur...

Məsələn, aprelin 10-da Müqəddəs Taxt-Tacın Vatikan Qriqorian Pontifik Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfrans keçirilib. KİV-də yayılan məlumata əsasən, konfransın açılış mərasimində çıxış edən ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov bildirib ki,  Azərbaycanda xristianlığın, dini müxtəlifliyin və multikulturalizmin zəngin tarixinin araşdırılmasına həsr olunub. Diplomat qeyd edib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan uzun müddətdir ki, müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşduğu məkan olub. Bu baxımdan, belə bir mühüm tədbirin nüfuzlu Qriqorian Pontifik Universitetində keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Panel iclaslarında Türkiyə, Qazaxıstan, Özbəkistan, Koreya Respublikası, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislərin məruzələri dinlənilib və bu mövzular ətrafında geniş müzakirələr aparılıb.

Kilsə yenə də öz ampluasındadır...

Bu kimi mühüm tarixi müzakirələrə həsr olunan tədbir ermənilər tərəfindən hədəfə alınıb - erməni kilsəsi və erməni lobbisi bu tədbirin əleyhinə açıq kampaniya başladıb. Belə ki, Eçmiədzin kilsəsi bəyanat verərək guya tədbir “Ermənistanın və Artsaxın tarixi-mədəni irsinin erməni kimliyini inkar etməyə cəhd edilib”. Eçmiədzin “katolik ali təhsil müəssisəsinin divarları arasında belə bir antielmi tədbirin keçirilməsinə icazə verilməsindən təəssüflənir və kilsələrarası ünsiyyət çərçivəsində lazımi addımları atmaq niyyətindədir”. İddia olunur ki, simpozium zamanı guya “artsax”ın bütün erməni xristian irsi alban və ya udin icmasına mənsub olduğu kimi təqdim edilib. Ermənilər əvvəl iddia edib ki, guya etibarlı mənbələrdən rəsmi Vatikanın bu konfransdan xəbərsiz olduğunu öyrəniblər. Qriqorian Universiteti tədbir üçün yalnız zal icarəyə götürüb və erməni icması artıq universitetə etiraz məktubu göndərib. Roma erməni icması şurası da Qriqorian Universitetində “belə bir antierməni tədbirin keçirilməsi faktından məyus olub”. Roma rməni cması urası hətta Vatikana və xəstəhal Papaya da ləkə yaxaraq iddia ediblər ki, guya Bakı rəsmi Vatikana və universitetə külli miqdarda pul vəd edib.

Böyük Kilikiya evinin katolikosu I Aram Vatikanın Şərqi Katolik Kilsələri İcmasının baş prefekti, kardinal C.Kijerotiyə məktub ünvanlayıb. I Aram Vatikanın Qriqorian Universitetində keçirilən “Azərbaycanda xristianlıq” adlı konfransla bağlı etirazlarını bildirib. Katolikos deyib ki, “müzakirə olunacaq mövzular və məruzəçilər, xüsusilə də erməni kilsəsi ilə bağlı mövzularla bağlı yuxarıda adıçəkilən konfransın birtərəfli təşkili və erməni mütəxəssislərin orada iştirak etməməsi tarixi həqiqətə qarşı açıq-aşkar ədalətsizlikdir”. Daha sonra “qədim erməni irsi”, ilk xristian ermənilər və onların kilsələri arasında sıx əlaqələr”, eləcə də “Artsaxda erməni kilsəsinin fəal və mütəşəkkil mövcudluğu” kimi uydurma iddialardan danışaraq xeyli çərənləyib. O həmçinin “Artsaxın erməni xalqının soyqırım siyasəti nəticəsində Azərbaycan hakimiyyətinin təşkil etdiyi məcburi deportasiya” fikrini də məktuba soxuşdurub. I Aram eyni zamanda Qarabağ erməniləri ilə bağlı məsələlərə Vatikan hakimiyyətinin göstərdiyi müsbət yanaşmanı vurğulayaraq, “əminik ki, Vatikan hakimiyyəti yuxarıda qeyd olunan konfransın birtərəfli və qeyri-dəqiq yanaşmalarını bölüşməyəcək” deyərək məktubuna yekun vurub.

Beləliklə, erməni kilsəsi yenə də öz ampluasındadır. Bu kilsə hər zaman xalqlararası münaqişələrin qızışdırılmasında “lokomotiv” rolunu oynayıb. Tarixən Ermənistan ilə Azərbaycan arasında yaranan qarşıdurmalarda hər zaman “xüsusi rol oynayan” erməni kilsəsi indiki mərhələdə də özünün qara niyyətindən əl çəkmək istəmir. Din hər zaman birləşdirici və sülhyaradıcı funksiyası ilə tanınıb, şöhrət tapıb. Erməni kilsəsinin bu qızışdırıcı, müharibəyə təhrik edən mövqeyi isə heç bir dinlə, müqəddəsliklə uzlaşmır. Bu insanların dini inanclara hörməti isə əməllərindən bəllidir - Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində rəsmi qeydiyyatda olan 67 məsciddən 65-i dağıdılıb, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar talan edilib, 2 məscid tövləyə çevrilib, orada İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyasına həqarət olunub.

Saxta təbliğat, qondarma “erməni tarixi”...

Beləliklə, erməni məkri yenə də özünü göstərir - Azərbaycanın təşkil etdiyi tarixi həqiqətlərə həsr olunan bu kimi yüksəksəviyyəli tədbirə qarşı qarayaxma aparmaqda məqsəd isə qorxu və narahatlıqdır. Həm erməni kilsəsi, həm də erməni lobbisi bu kimi tədbirlər nəticəsində dünyanın əsl həqiqətləri eşidəcəyindən narahatdr. Axı illərdir ki, istər Qarabağda, istərsə də tarixi Azərbycan torpaqları olan indiki Ermənistan Respublikasındakı tarixi-dini abidələri öz adlarına çıxan, Azərbaycan xalqına mənsub və məxsus olan qədim alban irsini mənimsəyən ermənilərin bütün yalanları ifşa olacaq - ermənilər hər kəsdən yaxşı anlayrlar ki, yaratmağa çalışdıqları qondarma tarixin heç bir əsası, sübutu və dəlili yoxdur. Azərbaycanın tarixi ərazilərinə qoyduqları qondarma adlar belə sabun köpüyü kimi heç bir effekt daşımır - tam əksinə, bir çox hallarda ermənilərin yalan təbliğatının ortaya çıxmasına şərait yaradır.

Onlar anlayırlar ki, saxta tarix üzərində qurduqları “dini təbliğatın” altı boşdur - Azərbaycan xalqına mənsub alban kilsəsinin tarixinin təbliği zəlzələ effekti yaradır və bu yalan təbliğat yerlə-yeksan olur. Necə ki, vaxtilə özləri haqda yaratdıqları hərbi mif kimi...

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Aprel 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri