Əcnəbi aqronom və baytarlar iş icazəsindən azad edilə bilər
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir.
Gununsesi.info xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müvəqqəti yaşamaq üçün icazə verilən, iş üçün icazə tələb olunmayan əcnəbilərin əhatə dairəsi genişlənir. Aqroparkın rezidentinin hüquqi şəxs olduqda onun rəhbərinin və müavinlərinin, habelə həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq fəaliyyət sahəsində təcrübəyə malik aqronomların, bağçılıq üzrə mütəxəssislərin və baytar həkimlərin bu subyektlər dairəsinə daxil edilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 20 Oktyabr 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















