Icma.az
close
up
RU
Əcnəbi ilə evlənən “quyruq yeyər”? Nazirlikdən qəribə statistika

Əcnəbi ilə evlənən “quyruq yeyər”? Nazirlikdən qəribə statistika

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Azərbaycan vətəndaşlarının əcnəbilərlə qurduğu ailələr və bu nikahların sonrakı taleyi cəmiyyətdə hər zaman maraq doğurub. Xüsusilə xarici vətəndaşlarla bağlanan nikahların nə dərəcədə davamlı olması və boşanmaların hansı səbəblərdən baş verməsi diqqət çəkən məsələlərdəndir. Modern.az-ın Ədliyyə Nazirliyinin Mətbuat xidmətinə ünvanladığı sorğuya cavab olaraq təqdim edilən statistikaya görə, 2024-cü ildə Azərbaycan vətəndaşlarının əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərlə həmin və ya əvvəlki illərdə bağladığı 1784 nikah pozulub. 2025-ci ildə bu göstərici 1629, 2026-cı ilin ilk səkkiz ayında isə 1034 olub.

Beləliklə, son iki il səkkiz ay ərzində Azərbaycan vətəndaşlarının əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağladığı ümumilikdə 4447 nikahın pozulması rəsmiləşdirilib.
Məlumata görə, boşanmış nikahlardakı əcnəbi tərəflər əsasən Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Qazaxıstan vətəndaşlarıdır.

Bəs bu rəqəmlər nə deməkdir? Əcnəbilərlə nikahların yüksək boşanma göstəricisi belə evliliklərə münasibətdə daha ehtiyatlı olmağa əsas verirmi? Bu nikahların neçəsi real ailə münasibətləridir, neçəsi isə başqa məqsədlərlə bağlanır?

Sosioloq Üzeyir Şəfiyev Musavat.com-a bildirib ki, əvvəllər azərbaycanlıların əcnəbilərlə nikaha münasibəti daha ehtiyatlı olub: “Əcnəbilərlə nikah əvvəllər azərbaycanlılar üçün bir qədər tərəddüdlü məsələ idi. Nə oğlanlar, nə də qızlar əcnəbilərlə nikaha çox meylli idilər. Lakin zaman keçdikcə həm coğrafi, həm də mənəvi sərhədlərin aradan qalxması ilə əcnəbilərlə, eləcə də vətəndaşlığı olmayan şəxslərlə nikaha daxil olan azərbaycanlıların sayı artıb”.

Sosioloq qeyd edib ki, onların bir qismi hesablanmış, yəni müəyyən məqsədlərlə qurulan ailələrdir: “Məhz bunun qarşısını almaq üçün ölkəmizdə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımlar atılıb. Məqsəd bəzi əcnəbilərin Azərbaycan vətəndaşı ilə nikaha girərək burada oturum və ya digər hüquqi status əldə etməsindən sui-istifadə etməsinin qarşısını almaqdır”.

Sosioloqun sözlərinə görə, əcnəbilərlə qurulan nikahların pozulmasının səbəbləri müxtəlifdir. Onun fikrincə, burada həm formal məqsədlərlə bağlanan nikahlar, həm də tərəflərin bir-birinə uyğunlaşa bilməməsi rol oynayır: “Əcnəbilərlə bağlanan nikahların bir qismi hesablanmış nikahlardır. Həm azərbaycanlıların xaricə getməsi, orada karyera və digər məqsədlərlə yaşaması, həm də xarici vətəndaşların Azərbaycana gəlməsi bu cür nikahların sayının artmasına təsir edir. Bəzi hallarda nikah müəyyən məqsədlə qurulur və müəyyən müddətdən sonra həmin məqsəd öz aktuallığını itirir. Nəticədə tərəflər nikaha son qoyurlar. Təbii ki, digər səbəblər də var. Tərəflər arasında psixoloji və mənəvi uyğunsuzluqlar yarana bilər”.

Üzeyir Şəfiyev hesab edir ki, əcnəbi ilə ailə quran şəxslər yalnız nikah münasibətlərini deyil, gələcəkdə yarana biləcək hüquqi problemləri də əvvəlcədən nəzərə almalıdırlar: “Əcnəbilərlə ailə qurarkən ən çox diqqət edilməli məsələlərdən biri uşağın taleyidir. Uşaq hansı ölkədə yaşayacaq? Valideynlər boşandıqdan sonra uşaq kimin yanında qalacaq? Uşağın hüquqi statusu necə müəyyənləşdiriləcək? Bəzən uşağın kimliyi, hansı ölkənin vətəndaşlığını daşıması, onun bir ölkədən digərinə aparılması və ya gətirilməsi ilə bağlı problemlər yaranır. Həmçinin əmlak bölgüsü və aliment məsələləri üzrə də mübahisələr meydana çıxa bilər. Ona görə də insanlar əcnəbi ilə ailə qurarkən bu məqamları əvvəlcədən nəzərə almalıdırlar”.

Sosioloq qeyd edib ki, statistik rəqəmlərə qiymət verərkən “əcnəbi” anlayışının arxasında kimlərin dayandığını da araşdırmaq lazımdır: “İnsanların öz vətəndaşlarımızla ailə qurması daha məqsədəuyğundur. Amma əcnəbi vətəndaşlarla ailə quranlar arasında da müxtəlif kateqoriyalar var. Məsələn, statistikada Rusiya, Türkiyə və Gürcüstan vətəndaşları da əcnəbi kimi göstərilir. Halbuki onların arasında etnik azərbaycanlılar da ola bilər. Ona görə bu statistikanı daha detallı şəkildə araşdırmaq lazımdır. Burada əsas məsələ hansı nikahların söhbət mövzusu olduğunu, tərəflərin sosial və etnik mənşəyini dəqiqləşdirməkdir. Yəni yalnız rəqəmə baxaraq əcnəbilərlə bağlanan bütün nikahların uğursuz olduğu qənaətinə gəlmək düzgün olmaz”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Sentyabr 2026 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri