Icma.az
close
up
RU
Əcnəbi iştirakçıların COP29la bağlı təəssüratları: Ən önəmli ekoloji məsələlər diqqət mərkəzində

Əcnəbi iştirakçıların COP29la bağlı təəssüratları: Ən önəmli ekoloji məsələlər diqqət mərkəzində

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Baku TV "COP-BAKU" layihəsi çərçivəsində COP29-un beşinci günü haqqında reportaj hazırlayıb.

Bildirilib ki, 15 noyabrda "yaşıl enerji"yə keçidin sürətləndirilməsi, hüquq-mühafizə orqanlarının təbiətin qorunmasına diqqəti artırması, karbonun idarə olunması kimi vacib məsələlər gündəlikdə olub. "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" yüksəksəviyyəli sessiyasında çıxış edən COP29 prezidenti Muxtar Babayev bu sahədəki fəaliyyətlərin gücləndirilməsinin önəmini vurğulayıb.

"Ətraf mühitə təsir edən cinayətlər - qanunsuz ağackəsmə, flora qaçaqmalçılığı, dəniz çirkliliyi, mineral və balıq ehtiyatlarının istismarı biomüxtəlifliyimizə ciddi təhdid yaradır və iqlim dəyişikliyinin təsirlərini daha da artırır.

Bu fəaliyyətlər davamlı inkişafı ləngidir, icmaların fəaliyyətini pozur və ekosistemin deqradasiyasını artırır.

Aydındır ki, hüquq-mühafizə orqanlarının fəaliyyətlərini gücləndirmədən bizim təbii resursları qorumaq və ətraf mühiti mühafizə etmək təşəbbüslərimiz qısamüddətli olacaq", - deyə Muxtar Babayev bildirib. Yüksəksəviyyəli dəyirmi masada isə COP29-un enerji öhdəlikləri açıqlanıb.

Müzakirələrdə iştirak edən energetika naziri Pərviz Şahbazov Azərbaycanın "yaşıl enerji"yə keçidi ilə bağlı həyata keçirdiyi və icrasını planlaşdırdığı önəmli məqamları açıqlayıb. "Biz "yaşıl enerji" zonası olan Şərqi Zəngəzurda bp ilə birlikdə ilk sənaye həcmli 240 meqavatlıq Günəş Elektrik Stansiyasının əsasını qoymuşuq. SOCAR da sözügedən layihənin iştirakçısıdır. Bu stansiya həmin ərazidə birbaşa irihəcmli xarici investisiyanı təmsil edir", - deyə nazir qeyd edib.

Ətraflı süjetdə:

Əcnəbi iştirakçıların COP29-la bağlı təəssüratları: Ən önəmli ekoloji məsələlər diqqət mərkəzində

Əcnəbi iştirakçıların COP29-la bağlı təəssüratları: Ən önəmli ekoloji məsələlər diqqət mərkəzində

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Noyabr 2024 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri