Icma.az
close
up
RU
Əcnəbi jurnalistlər Türkiyə səfirliyində FOTOLAR

Əcnəbi jurnalistlər Türkiyə səfirliyində FOTOLAR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycanda səfərdə olan türkiyəli jurnalistlər qardaş ölkənin Bakıdakı səfirliyini ziyarət ediblər. Səfər çərçivəsində baş tutan görüşdə Azərbaycan-Türkiyə münasibətlərində medianın rolu, tarixi bağlar və iki ölkə arasındakı strateji əməkdaşlıq müzakirə olunub.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bu cür görüşlərin əhəmiyyətini vurğulayıb. O, media nümayəndələrinin yalnız informasiya daşıyıcısı olmadığını, eyni zamanda cəmiyyətlər arasında körpü rolunu oynadığını bildirib.

Birol Akgün qeyd edib ki, Azərbaycan və Türkiyə münasibətləri sadəcə diplomatik və iqtisadi deyil, həm də dərin mədəni və tarixi köklərə əsaslanır. 

“Bu yaxınlıq 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın rəhbərliyi ilə türk əsgərlərinin Bakını azad etməsi ilə daha da möhkəmlənib”.

“Biz bir millət, iki dövlətik. Bu anlayış tariximizdə, coğrafiyamızda, dilimizdə və mədəniyyətimizdə əksini tapıb. Dünən Laçın Beynəlxalq Hava Limanının açılışında Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın birlikdə iştirakı da bu birliyin canlı sübutudur”, – deyə Birol Akgün vurğulayıb.

O əlavə edib ki, regional və qlobal proseslərin dinamik şəkildə dəyişdiyi dövrdə Azərbaycan və Türkiyə kimi dost və müttəfiq ölkələrin birgə mövqeyi daha böyük əhəmiyyət daşıyır. Bu baxımdan medianın rolu həlledicidir.

Görüşdə çıxış edən digər jurnalistlər də media əməkdaşlığının gücləndirilməsinin vacibliyini önə çəkiblər.

Sonda türkiyəli jurnalistlər Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında səfirliyin rolunu yüksək qiymətləndirib, bu cür görüşlərin davamlı şəkildə keçirilməsinin zəruriliyini bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 May 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri