Icma.az
close
up
RU
“Əcnəbi qonaq ofisianta dedi ki, restoranınızda Azərbaycan mahnısı dinləmək istəyirəm, xarici mahnı yox”

“Əcnəbi qonaq ofisianta dedi ki, restoranınızda Azərbaycan mahnısı dinləmək istəyirəm, xarici mahnı yox”

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bu gün restoran və kafelərdə, kiçik məişət obyektlərində müştərilər xarici musiqi dinləyirlər. Buna məcburdurlar! Çünki səslənən musiqilər sırf xarici ifalardır. Bu biyabırçılıqdır. Azərbaycan mahnılarından istifadə olunmur. Təəssüf hissi ilə demək istəyirəm ki, vətənimizə gələn xarici qonaqlar özlərini Azərbaycanda hiss etmirlər. Bizə elə gəlir ki, onlar öz musiqilərini eşidib sevinəcəklər. Hər bir millətin özünəməxsus milli-mənəvi dəyərləri, həm də musiqisi var. Musiqi ən böyük, başlanğıc mədəniyyətlərindən biridir. Azərbaycan xalqının musiqi mədəniyyəti hər zaman yüksək olub. Bizim retro mahnılarımız var ki, xaricdə yaşayan insanlar onları dinləyirlər”

Bunu Moderator.az-a açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Folklor İnstitunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova deyib. 

O daha sonra əlavə edib: 

“Bu mahnıların restoranlarda səslənməməsinin nə qədər qüsurlu olduğunu, musiqi mədəniyyətimizin geriləyəcəyini düşünürəm. Birmənalı olaraq mən bunu qınayıram. Yaşadığım bir hadisəni sizinlə bölüşmək istəyirəm. Dekabr ayında qardaş Türkiyədən konfransa gələn iki elm adamı, professor məndən onları “Araz” restoranına aparmağımı xahiş etdilər. Çünki onlardan biri 1987-ci ildə həmin restoranda oturub çay içmişdi. Öz keçmiş xatirələrini yada salmaq istəyirdi. Biz həmin restorana getdik. Çay sifariş etdik, söhbət etmək istədik, amma xarici musiqinin səsindən bir-birimizi dinləyə bilmirdik. Düşündüm ki, ofisiant yaxınlaşacaq və mən öz iradımı bildirəcəm. Həmin iradı məndən öncə türkiyəli professor bildirdi. O həmin ofisianta dedi ki, mən çox istərdim ki, bu restoranda Azərbaycanın klassik mahnılarını-Rəşid Behbudovu, Şövkət Ələkbərovanı, Sara Qədimovanı dinləyim. Amma təəssüflər olsun ki, 3 gün ərzində mən bu klassiklərin heç bir əsərini restoranlarda dinləyə bilmədim. Amma mənim maşınımda Rəşid Behbudovun bütün mahnıları işə gedənə qədər təkrar-təkrar oxunur. Təbii ki, burada bizə qulluq edən ofisiantın heç bir günahı yox idi. Restoran sahibləri bu işdə maraqlı olmalıdırlar. Bu kimi problemlər təkcə restoranlarda yox, digər obyektlərdə də olur. Bu problemləri mağazalarda da, gözəllik salonlarında da görmək mümkündür. O insanlar özlərini dünyagörüşlü, dünya musiqisindən xəbərləri varmış kimi göstərirlər. Hər bir xalqın torpağında həmin dildə səslənən musiqi daha gözəldir. Bu kimi məsələlərdə düşünürəm ki, biz təbliğat aparmalıyıq. Çalışmalıyıq ki, Azərbaycan dilində musiqilər səsləndirək. Mən düşünmürəm ki, əcnəbilər bizim musiqini sevmir. Flora Kərimovanı istənilən əcnəbi vətəndaş dinləsə musiqidən zövq alacaq. Bu sahədə aidiyyatı qurumların da üzərinə yük və məsuliyyət düşür. Gəlin gedək başqa bir xarici ölkə restoranlarında Azərbaycan musiqisi axtaraq. Görək varmı? Heç bir yerdə yoxdur! Çünki hər bir ölkə özünün musiqi təbliğatı ilə məşğuldur” deyə İlhamə Qəsəbova bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Fevral 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri