Icma.az
close
up
RU
Ədalət kodlaşdırıla bilərmi?: Süni intellekt hüququn sərhədlərində

Ədalət kodlaşdırıla bilərmi?: Süni intellekt hüququn sərhədlərində

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

21-ci əsrin ən vacib texnoloji nailiyyətlərindən biri olan süni intellekt (Sİ) sistemləri artıq təkcə texnologiya və innovasiya sahəsi ilə məhdudlaşmır, o, iqtisadi, sosial, hüquqi və etik müstəvilərə də dərindən sirayət edir.

Dünyanın aparıcı ölkələrində Sİ texnologiyalarının sürətlə yayılması fonunda bu sistemlərin təhlükəsiz, şəffaf və etik çərçivədə idarə olunması məsələsi dövlətlərin prioritetinə çevrilmişdir. Məhz bu çağırışlara cavab olaraq 2025-ci ilin iyul ayında Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC 42001:2025 “İnformasiya texnologiyası – Süni intellekt – İdarəetmə sistemi” adlı yeni dövlət standartı qəbul edilmişdir.

Bu standart süni intellektin qurulması, tətbiqi və davamlı təkmilləşdirilməsi zamanı etik prinsiplərə riayət edilməsi, risklərin idarə olunması və şəffaflığın qorunması kimi tələbləri əhatə edir.

Lakin burada mühüm hüquqi sual ortaya çıxır: Standartda qeyd olunan etik prinsiplər milli hüquq sistemində məcburi qüvvəyə malikdirmi, yoxsa yalnız tövsiyə xarakterlidir?

Bu sualın cavabı süni intellekt texnologiyalarının hüquqi statusunun müəyyənləşdirilməsi, məsuliyyət bölgüsünün aydınlaşdırılması və istifadəçilərin hüquqlarının qorunması baxımından həyati əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, AZS ISO/IEC 42001:2025 “İnformasiya texnologiyası – Süni intellekt – İdarəetmə sistemi” standartı süni intellekt sistemlərinin etik prinsiplərə uyğun şəkildə qurulması, tətbiqi və idarə olunması üçün nəzərdə tutulmuş beynəlxalq yanaşmanı milli müstəviyə daşıyır:

"Standartın mərkəzində insan hüquqlarına hörmət, şəffaflıq, izah edilə bilənlik, qərəzsizlik, təhlükəsizlik və ictimai rifaha zərər vurmamaq kimi etik prinsiplər dayanır. Lakin bu prinsiplərin hüquqi qüvvəyə malik olub-olmaması məsələsi onların tətbiqi mexanizminin hüquqi statusundan asılıdır".

Ayxan Məmmədli, hüquqşünas

Onun sözlərinə görə, Azərbaycan Respublikasının “Standartlaşdırma haqqında” Qanununa əsasən, dövlət standartları əsasən könüllü tətbiq olunur: 

"Onların hüquqi baxımdan məcburi qüvvəyə malik olması yalnız həmin standartların qanunvericilik aktları və ya icra hakimiyyəti qərarlarında məcburi şəkildə istinad edilməsindən sonra mümkündür. Hazırda AZS ISO/IEC 42001:2025 standartında yer alan etik prinsiplər Azərbaycan Respublikasının qüvvədə olan hüquqi aktlarında birbaşa hüquqi öhdəlik kimi təsbit olunmadığı üçün, onlar etik tövsiyələr kimi qiymətləndirilir və hüquqi məsuliyyət doğurmur".

Hüquqşünas bildirib ki, bununla belə, 2025–2028-ci illəri əhatə edən “Süni İntellekt Strategiyası” çərçivəsində bu cür etik və hüquqi çərçivələrin milli hüquq sisteminə inteqrasiyası nəzərdə tutulur. Bu isə gələcəkdə sözügedən etik prinsiplərin hüquqi norma kimi tanınaraq məcburi xarakter almasına zəmin yaradır:

"AZS ISO/IEC 42001:2025 standartında müəyyən olunmuş etik prinsiplər hazırkı mərhələdə Azərbaycan qanunvericiliyində hüquqi qüvvəyə malik deyildir, lakin dövlətin strateji yanaşmasına əsasən bu prinsiplərin qanunvericiliyə daxil edilməsi və məcburi hüquqi norma kimi tətbiqi perspektivdə mümkündür".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 İyul 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri