Icma.az
close
up
RU
Muğanlı İsmayıllı Qəbələ yolu texniki dərəcələrə uyğun inşa edilmir? İDDİALARA RƏSMİ MÜNASİBƏT

Muğanlı İsmayıllı Qəbələ yolu texniki dərəcələrə uyğun inşa edilmir? İDDİALARA RƏSMİ MÜNASİBƏT

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlıdan sonrakı hissəsində aparılan yenidənqurma işlərinin ikinci texniki dərəcəyə uyğun olmadığı iddia edilib.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə müzakirələr aparılıb.

İddia olunub ki, bu yol heç bir texniki dərəcələrə və normativlərə uyğun inşa olunmur.

"Ayırıcı zolaq olmadığı üçün yol ikinci dərəcəli adlandırılır. Amma yolboyu mövcud olan bütün obyektlərə giriş-çıxış üçün manevr imkanı verilib. Burada isə problem ondan ibarətdir ki, giriş-çıxış yolları hamısı birbaşa kəsişir və normal olaraq giriş-çıxışlar verilib. Amma bu, geriyə və sola dönməyə icazə verdiyi üçün çox təhlükəlidir.

Yolda ortada əks axınları ayıran ayırıcı zolağın olmaması isə bu cür yüksəkintensivlikli yolda qarşılıqlı toqquşma riskini artırır. Bundan əlavə yol çiyni də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) təqdim etdiyi layihədə göstəriləndən ensiz görünür", - deyə iddialarda bildirilib.

Məsələ ilə bağlı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, hərəkət intensivliyinin göstəriciləri və perspektiv inkişaf proqnozları nəzərə alınmaqla, layihələndirilən yol sahəsi üçün II dərəcəli avtomobil yolu kateqoriyası seçilib.

"Bu kateqoriyaya uyğun olaraq, hərəkət zolaqlarının ümumi sayı 4 ədəd olmaqla (iki istiqamət üzrə hərəsində iki zolaq), hər bir zolağın eni 3.5 metr qəbul edilib.

Yolun keçdiyi ərazinin xüsusiyyətləri nəzərə alınaraq, trasa əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan, meşə zolaqlarından və yaşayış massivlərindən keçdiyi üçün torpaq resurslarının qorunması, ətraf mühitə təsirin minimuma endirilməsi və torpaqdan səmərəli istifadə məqsədilə yol çiyinlərinin eni 1.5 metr müəyyən edilib.

Beləliklə, qəbul edilmiş texniki həllər "Avtomobil yollarının layihələndirilməsi Qaydaları" (SNİP və ya müvafiq milli normativ sənədlərə əsasən) tələblərinə tam cavab verir və yolun istismar təhlükəsizliyini, dayanıqlılığını, həmçinin ətraf ərazilərlə landşaft uyğunluğunu təmin edir", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, ikinci texniki dərəcəyə uyğun qurulan yolun ümumi uzunluğu 85.6 kilometrdir. Yenidənqurma nəticəsində əvvəlki yol 8.8 kilometr qısalacaq. Yolboyu Ağsuçay çayı üzərində asma körpü inşa olunur. Körpüdə işlərin 40 faizi yerinə yetirilib. Körpüdən sonra yolun davamı olaraq uzunluğu 885 metr olan tunelin tikintisi aparılır. Ümumilikdə yeni layihə üzrə yolboyu tunel və biri asma olmaqla 17 körpü layihələndirilib.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Oktyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri